Mart ayında Azərbaycanda çevriliş olacaq :)


“Wikileaks  Azərbaycanla bağlı dəhşət saçan xəbərlər  açıqladı. Yüksək çinli məmurların bir hissəsi Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşırlar. Çevrilişə hazırlaşanlar arasında adı məlum olmayan Nazirlər də varmış.Və bu plana görə Azərbaycanda Amerikanın da dəstəyi ilə Mart ayında hakimiyyət çevrilişi olacaq.
“Wikileaks  Azərbaycanla bağlı dəhşət saçan xəbərlər  açıqladı. Yüksək çinli məmurların bir hissəsi Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşırlar. Çevrilişə hazırlaşanlar arasında adı məlum olmayan Nazirlər də varmış. Hətta hakimiyyətə yaxın şəxslərin adı da var siyahıda. Ancaq o şəxslərin adını hələ sayt açıqlamayıb.

Prezidentin yaxın ətrafı uzun müddətdir bu plan üzərində işləyirmiş  və bu plana görə Azərbaycanda Amerikanın da dəstəyi ilə Mart ayında hakimiyyət çevrilişi olacaq. Çevrilişdə paytaxt başda olmaqla bölgələrdə ordu yollara, meydanlara çıxarılacaq. Xalqı da bu hərəkata qataraq milli çevriliş adı ilə bütün hakimiyyət tərəfdarları həbs olunacaq. Yüksək çinli məmurların ölkədən çıxmasına  imkan verilməyəcək, gizlicə hava yolu ilə qaşmağa çalışanlar isə hərbi hava qüvvələri tərəfindən vurulacaq. Hakimiyyətə müxalifətdə o qədər də aktiv olmaya “ad” gətiriləcək. Bundan qısa müddət sonra Türkiyənin də dəstəyi ilə Azərbaycan ordusu Qarabağa girəcək. Qısa müddətli hərbi əməliyyatlar nəticəsində işğal olunmuş bölgələr azad olunacaq. Amerika İrana qarşı istifadə etmək niyyəti ilə cənub bölgəsinə hərbi baza yerləşdirəcək.” Ancaq təəssüf olsun ki budilnikin sesine oyandım, yuxunun  davamını görəbilmədim. Ama dəhşətli, həyəcanlı yuxu idi. Yuxudan oyananda hələ də yuxunun təsiri altında idim. Yuxumu uşaqlara danışanda biri ölümünə cavab verdi : “ağlına gələni yuxuda görmə”.

Dediyi  mənə o an “Yuxu filmini xatırlatdı”. Polis rəisi Məsmə xalaya dediyi kimi: nəvənə de yuxuda gördüklərinə diqqət etsin.

Advertisements
namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Mart ayında Azərbaycanda çevriliş olacaq :)” üzərində 2 şərh

  1. Qardas Mesme xalanin oglu senin yaninda sukurlu imis hele.Sen neler deyirsen -neler…
    Ama oz aramizdi ardini gorsen yazarsan maraqlidi ki seherimizin geleceyi hece olacaq?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma