Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Advertisements

Azad “Məhbus”

azad mehbus

Dərindən ah çəkib gözlərini divarın yuxarı küncünə zillədi. Bir anlıq elə bildi ki, yuxarıdan aşağı nəysə süzülür. Həm də qapqara qan. Aşağı doğru divarlarda şıram açaraq ağır-ağır axırdı sanki. Yuxu görmədiyini bilirdi. Onu da bilirdi ki, son günlərin yorğunluğu, stresinin nəticəsi idi bütün gördükləri. Ancaq həqiqətən divarın, çala kötürləşmiş daşların rəngi fərqli idi. Nə qara kimi qara deyildi, nə də kir rəngi deyildi.

Bu illərlə  kamerada günahsız insanların ah naləsinin, iztirabının daşın bağrına qazıdığı rəngi idi. İki aya yaxın idi burda idi amma indi diqqət etmişdi buna. İzdirabın rəngi. Özü qədər rəngi də can sıxıcı idi.

Sonra yavaş-yavaş dostlarından, ailəsindən aldığı məktublara baxdı. İçindən birini əlinə alıb hər zaman etdiyi kimi burnuna yaxınlaşdırıb bərk-bərk qoxladı.

Oxumağa davam et

Qırmızı sifət gürcü yoxsa mənim xalqım?

Gürcüstan və Azərbaycan-iki qonşu ölkə, iki keçmiş sovet ölkəsi, iki inkişaf etməkdə olan ölkə, ikisinin də xalqı yeyib içəndi, ikisində də bomba qaqaşlar var, ikisində də qızlar fake profillə oqlanlarla yazışır,  ikisinin də prezidenti gəncdir, ikisi də parlamentli respublikadır…… ancaq eyniləşmə bir yerdən sonra qırılır və iksindən biri, yəni Gürcüstan demokratiyalaşma mərhələsində bizi çoxdan qabaqlayıb. Oxumağa davam et

25 may…. stəkan əməliyyatı

Dövlət təhlükəsizlik idarələrində həyəcan siqanlı verilmişdi. Avroviziya qabağı ölkənin imicinə xələl verə biləcək bütün qüvvələr neytrallaşdırılmalı idi. Polislər, qara pencəklilər, qolu zorlular bir sözlə el qəhrəmanlarının hamısı hazır vəziyyətdə əmr gözləyirdilər. Axır ki, gözlənilən əmr verilmişdi. Polis maşınları şöbələrdən sovetlərin üzərinə şığıyan alman tankları kimi arxa arxaya çıxırdılar. Bu gün xalq düşmənləri, dövlətçilik imicinə zərər verəcək bütün qüvvələr susdurulacaqdı.

Qarşı tərəf də dinc dayanmamışdı bu müddətdə. “Satqınlar” əvvəlcədən Amerikadan, Fransadan, İngiltərədən təlimatlandırılmışdılar. “Nə olursa olsun mane olmalısınız.” Oxumağa davam et