Göydən üç bomba düşsə…

dil-çıkarmak_67056Çox uzaltmaq fikrim yoxdur. Hörmətli xanımlar, bəylər, gənclər, qocalar xatırlayırsınızmı cəmisi bir ay əvvələ qədər biz MTN-i dağın başına qoyur, Mossadla yanaşı tutur, SİA, Mİ6, MİT kimi təşkilatları döyər deyirdik. Deyirdik deyəndə ki, deyirdi bizim qariban millətimiz.

Amma gördük ki, dağın başına qoyduğumuz, dövlətin təhlükəsizliyini əmanət etdiyimiz MTN əslində semiçka satanlardan pul yığmaqla məşğul imiş. Sən demə indiyə qədər bizi hər zaman olduğu kimi yenə də Allah qoruyub. Deməyim odur ki, sizə təlqin edilənlərə inanmayın. Əlbəttə bəzən bu mümkün olmur. Alqı operasyonu deyə bir terminləri var qardaş Türkiyənin. Bax ondan edəndə adam istər istəməz inanmaq məcburiyyətində qalır.

İndi də bu gün başqa ölkələrdə baş verənlərə nəzər salsaq görərik ki, necə şanslıyıq. Çünki başqa dövlətlərdə ixtişaşlar və böhran baş versə də Azərbaycanda sabitlik hökm sürür. Yeganə Azərbaycan dövlətidir ki, irq, din, millət ayrımçılığı yoxdur. Hər kəsin rahat və firəvan yaşaması üçün gözəl şərait yaradılıb. Əlbəttə biz bütün əminamanlığı Cənab Prezidentimizə və uğurlu siyasətinə borcluyuq deyənləri çox görəcəksiniz.

Əlbəttə günümüzə şükr hələ ki, başımıza bomba yağmır, canavarın ağzında olan bir tikə çörəyimizi ailəmizin yanına aparırq. Amma bu o demək deyil ki, belə də olmalıdır. Azərbaycanda heç bir sabitlikdən söz gedə bilməz. Digər ölkələrə bu qədər güzəştə gedərək bir yerə qədər. Bir gün çıxış yolları tükənəcək. Onda əslində pili çəkilmiş bomba vəziyyətində yaşadığımız aydın olacaq.

Son olaraq da unutmayın Türkük, Müsəlmanıq, İran və Rusiya kimi qonşularımız  üstə gəl NEFTİMİZ VAR. Başımıza bomba yağmağa ən uyğun namizədik.

Nə deyək Allah insanlığı qorusun.

Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Sonun pəncərəsi

hekayeÖmər yaxşısan?

Səssizlik davam edir. Oğlunun səssizliyi biranlıq ananı ürkütdü. Bir anın içində ağlından bəlkə də minlərlə fikir keçdi. Qaçaraq oğlunun yatdığı yer yatağının kənarına gəlib onu qucağına aldı.

Öməərrr…

Uşaq ağır-ağır nəfəs alıb inildədi. –Atam gəlmədi?

İndi gələcək oğlum biraz da səbr et. Bəlkə də artıq gəlmək üzərədir. Su verimmi sənə bala? Oxumağa davam et

Qırmızı sifət gürcü yoxsa mənim xalqım?

Gürcüstan və Azərbaycan-iki qonşu ölkə, iki keçmiş sovet ölkəsi, iki inkişaf etməkdə olan ölkə, ikisinin də xalqı yeyib içəndi, ikisində də bomba qaqaşlar var, ikisində də qızlar fake profillə oqlanlarla yazışır,  ikisinin də prezidenti gəncdir, ikisi də parlamentli respublikadır…… ancaq eyniləşmə bir yerdən sonra qırılır və iksindən biri, yəni Gürcüstan demokratiyalaşma mərhələsində bizi çoxdan qabaqlayıb. Oxumağa davam et

Bu sistem çökəcək!

Oxuyuculara əvvəlcədən söz verirəm yazımda tam obyektiv olacam. Fikirlərimi bəyənməyənlər buyurub öz arqumentlərini ortaya qoya bilər.

Bu dəfə ki, yazımda Azərbaycandakı indiki siyasi vəziyyətdən daha da açıq desəm indiki iqtdarın real vəziyyətindən yazacam.

Bu siyasi sistem mütləq ama mütləq çökməlidir, çünki:

Oxumağa davam et

Mübariz(əm)…(mein kampf)

(Gələcək bu gündən başlayır.)

Bir gün gələcək insanlar məndən nifrət edəcək, bəzilərinin indi etdiyi kimi. Bir gün gələcək insanlar məni sevəcəklər,bəzilərinin indi sevdiyi kimi. Ancaq mən hər iki ehtimal qarşısında mübarizəmdən geri çəkilməyəcəm…

Mübarizəm – İçimdəki nifrətə qarşıdır.

Mübarizəm – İnsanlara insan kimi yanaşmayanlara qarşıdır.

Mübarizəm- Cahilliyə qarşıdır.

Mübarizəm – Ədalətsizliyə qarşıdır.

Mübarizəm – Tapdanan hüquqa qarşıdır.

Mübarizəm – Özündən uzaqlaşan gəncliyə, özündən başqasını görməyən yaşlılarladır.

Mübarizəm – Millətinin haqqını verməyən hakimiyyətə qarşıdır.

Mübarizəm- Saxtakarlıq yuvasına çevrilmiş seçki məntəqələrinə qarşıdır.

Mübarizəm- Gələcəyimiz korlayan, cılızlaşdıran tib sektoruna qarşıdır.

Mübarizəm- Rüşvətxor cəmiyyətə qarşıdır.

Mübarizəm- Xalqın əlinin çatmadığı göydələnlərə qarşıdır.

Mübarizəm- “Azadlığa” qarşıdır.

Mübarizəm- Milli təəssübkeşliyi olmayan, çayxanalarda “vor” qanunları ilə özlərini tatmin edən gəncliyə qarşıdır.

Mübarizəm- Ölkəni çapıb talayanlara, milləti zillətdə buraxanlara qarşıdır.

Mübarizəm- Öz vətəndaşını ölkəsindən didərgin salan məmurlara qarşıdır.

Mübarizəm- Polis formasındakı qoçulara qarşıdır.

Mübarizəm- Manqurtlaşdırma mərkəzinə çevrilmiş təhsil sektoruna qarşıdır.

Mübarizəm ətrafıma, millətimə qarşıdır. O millət ki, haqqının tapdanılmasından zövq alır, o millət ki, haqqını tələb etməkdən çəkinir, o millət ki, özündən və özlüyündən uzaqlaşır, o millət ki, dəyərlərini ayaq altına atır, o millət ki, modernlik pərdəsi arxasında inanclarından üz çevirir, o millət ki modernliyin nə olduğunu bilmədən postmodernlik yolunda addımlamağa çalışır, o millət ki özündəki gücü görməməzlikdən gəlib qərbin qapısında dilənir…. MƏHVƏ MƏHKUMDUR!!!

“COOL” gənclik

Bu dəfəki yazı silsiləsini də eyni məzmunla davam etdirmək qərarına gəlmişəm. Necə deyərlər bu yola və bu yolla əməlli başlı “girirəm(miş)”. 🙂

COOL GƏNCLİK YOXSA 10sm≤x≥20sm`ya QUL GƏNCLİK? 🙂 (ölçülər sadəcə atılıb nəzərinizə çatdırım).

Əgər nəyisə dəyişmək lazımdırsa, bunu şərəf və heysiyyatla etmək lazımdır. Əfsuslar olsun ki, özlərinə bəzi “Demokratik gənclər” deyən təriqətlər meydana çıxıb ki, nə şərəf, nə də heysiyyat qalıb ortalıqda. Mən də demokratiya, azadlıq, insansevərlik, mədəniyyətli gələcək istəyirəm. Yox əgər bunun içərisində əxlaqsızlıq varsa bu gün ki, durumumuza şükür etməkdən başqa əlimdən bir şey gəlmir. Azadlıq fikiri ilə peysərinin razmerini böyütmək tərəfdarı deyiləm.  Bax, deyirsiniz ki, qızlar, qadınlar da fəal olmalıdır. Eşq olsun, razıyam… Ancaq Azərbaycanlı qadın deputata demədiyinizi qoymursunuz. Siyasəti yanlış ola bilər, yanlış cəbhədə ola bilər. Amma unudursunuz ki, o qadındır. Əgər bir qadına şərəfsizcəsinə icitimayiətdə fikir bildirirsinizsə, niyyətin də siyasətə, aktivliyə atılmaq istəyən qızlar sizin fikirlərinizi görən də nə hisslər yaşayır?! Təbii ki, öz fikirindən dönəcək… Niyə axı belə mədəniyyətsiz olmusunuz?! Sadəcə bilmək istərdim. Siz öz evinizdə ailəlikcə oturub yemək yeyərkən də belə agressiv söyünclər işlədirsiniz?! Öz məhrəminizdə, valideynlərinizin yanında da söyünc söyərək “cool” görsənməyə çalışırsınız?! Əgər bu əxlaqsız və mədəniyyətsiz fikirləri cəmiyyətə sırımaq istəyirsinizsə, onda tüpürüm sizin fikirinizə. Belə fikirləri, belə gələcəyi ancaq unitaza atıb sifonu çəkmək lazımdır.  Üzeyirsevərləri lağa qoyuruq, düz edirik… Amma unutmayın sizin kimiləri də lağa qoyuruq.. Göbələk kimi bitən yazarlar qızları öz tərəflərin çəkmələri üçün, götlərindən gələni əsirgəmirlər. Sizin istədiyiniz narkoman və fahişə gənclikdir. Amma bacarmayacaqsınız əfəndilər! Bir “gənclik”-ki mitinqlərdə ” Dayan qoy belə durum” – deyib şəkil çəkdirib, axşam da “cool” olmaq üçün fb-də paylaşırsa, gələn like-lərdən özünü Che kimi hiss edirsə, bunlara nə deyəsən?! Ümumiyyətlə cəmiyyəti dəyişdimək idealı olan “oğlanlar”, yatdığı qızları bir-bir hamıya məlum edirsə, bu qız fahişə olur, yoxsa bu “oğlan”?!

Allahı söyürsünüz ?! Hə axı sən “cool”-san.

Diqqətini üzərində cəmləmək istəyirsən… Hə axı sən “cool”-san.

Sonda, bir şey demək istəyirəm: XA-XA-XA! 

Nağıl qəhrəmanları da PEYSƏR çıxdı. (OXUMA)

Nağıl qəhrəmanları da PEYSƏR çıxdı.

Kərəm aça bilməyib Əslinin koftasını

Ay nə bilim qaldıra bilməyib yubkasını

Vallah yalandır bunlar inanmayın nağıla

Axı neynim batmayır deyilənlər ağıla.

Oxumağa davam et

Bakı Kristal Zalı təmirə bağlanacaq (flaş xəbərlər silsiləsindən )

Gecənin üçü olmasına baxmayaraq hələ də kitabxanadayam. Burda olduqda necə deyərlər mənə əməlli başlı “təb” gəlir. Özü də elə belə təb deyil uzaq görənlik, vergi kimi bir şeydir. 🙂 Yəqin ki, ətrafımdakı minlərlə kitabın təsiri ilə mənəvi şüalanmaya məruz qalıram. Fevral ayında verdiyim “Azərbaycanda Mart ayında çevriliş olacaq” vədi tutmasa da bu dəfə yüz faiz əminəm tutacaq. Tutmadı deyə məni qınamayın o dəfə yuxuda görmüşdüm, bu dəfə yuxu üçün ölürəm 🙂

Nə isə keçək mətləbə. Bilirik Azərbaycanda həmişə beynəlxalq proqramlara əla hazırlıq olub. İndi də öz qaydasında davam edir. Bakı Kristal Zalı hazır olur yavaş-yavaş. Hərzamankı kimi inşaat mühəndislərimiz “kəmiyyət keyfiyyətdən önəmlidir” prinsibləri daxilində hərəkət edirlər. Təbii ki, kimi büdcənin 75%i dekorasiyaya ayrılacaq 🙂 Oxumağa davam et

Dəyişməyən ağ qara iqtisadiyyat

ag qara iqdisadiyyatHələ evimizdə ağ qara 30 kilo ağırlığında televizor varikən, ən baxımlı kanal AZTV ikən (başqa seçənəyimiz yox idi onda) Azərbaycan iqtisadiyyatı keçid dövrünü yaşayırdı. O vaxt ele də dərk etmirdim iqtisadi məsələləri. Əslində belə də olmalıymış kimi qəbul edirdim. Yaşım irəlilədikcə hardan hara, nədən nəyə keçdiyimizi fikirləşməyə başlamışdım. Ancaq illər keçdi evimizə rəngli televizor alındı, sadəcə AZTVyə baxmaq məcburiyyətindən xilas olduq ancaq “keçid dövrü” dəyişmədi ki, dəyişmədi. Dünyada iqtisadi sistemlər zaman zaman dəyişsə də, fərqli ölkələrdə fərqli iqdisadi sistemlər mövcud olsa da bütün sistemlərin bir izahı, teorik təməli, hərəsinin də digərinə görə üstün cəhətləri vardı ya da ele olduğu iddia edilirdi. Nə isə əsas məsələ bu deyil. Əsas məsələ budur ki, bizdəki sistem türklər demişkən Kapitalizmin ən babasından olduğuna baxmayaraq niyə gizlədilir. Kapializm bütün vəhşiliyi ilə 86.6min kv.kmlik ölkəni caynağında paraçalayırkən niyə hələ də nəyəsə keçəcəyimizi gözləyirik. Sonra fikirləşdim ki, əslində bizdə iqtisadi sistem deyə bir şey yoxdur çünki ölkə iqtisadiyyatı tamamən müəyyən şəxslərin monopoliyasında cəmləşdirilib. Elə Azərbaycanın özü kimi. Jeton Türkün məsəli yavaş yavaş düşməyə başladı. Sən demə bizdəki filankəsof falankəslərin əlində cəmləşdirilmiş ölkə iqtisadiyyatı (əslində şəxsi biznesdir) klassik iqtisadçılardan qalma Merkantalizmin elə özü imiş. Bu “iqtisadçılar” da kişi kimi sistemin bütün qanunlarına uyğun hərəkət edirlər. Sadəcə bir fərq var: merkantalizm qızıl ehtiyyatlarının artırılmalı olduğunu irəli sürərkən bizimkilər günü gündən lüks daşınmaz əmlak, şirkət və bank rezervlərini artırırlar.