Kölgəsinə hürənlər

e773e9d213731001863a0d91fdc875ffGet yaltaq yaltaqlıq et
Təzim eylə başın əy
Hayqır özündən danış
Dərə yalnız tülkü bəy

Sabir RUSTEMXANLI ilə mənşəyi məlum olmayan arasında keçən məsələyə bitərəf qala bilmərəm. Sabir bəyi azı 5 ildir tanıyıram şəxsi keyfiyyətlərinə azdan çoxdan bələdəm, Sabir bəy üçün Azərbaycanın nə demək olduğunu da bilməyən yoxdur, eyni zamanda onun nə olduğunu da bilməyən yoxdur. Bir parça ətə farağat vəziyyətində durub quyruq sallamağı da yaxşı bacanlar az deyil.

Ümumiyyətlə biri haqqında fikir bildirməzdən əvvəl baxmaq lazımdır sən hardasan haqqında fikir bildirdiyin insan hardadır?

Dünən hardaydın bu gün hardasan?

Sabir bəyin bir kitabının ağırlığı qədər ağırlığın, bir kitabının dəyərində bir dəyərin yoxdursa, yaşadığın ömrün bir “Difai Fədailəri” qədər dəyərli deyilsə sən nəinki o şəxs haqqında təhqiramiz fikir bildirə bilərsən, hətta buna cəhd belə etməməlisən.

Əlbəttə bunlar xarakterli, öz dəyərləri olan insanlara aiddir. Ancaq həyasızlaşmış insanlar üçün dəyərlərin heç bir fərqi yoxdur. Onların işi , məqsədi şüvənlik etmək, qara yaxmaqdır.

Sabir bəy Azadlıq hərəkatının öndə gedən simalarından olub. Bu günün şəraitindən asılı olmayaraq o insanlar bu günümüzün tarixini yazan insanlardır.

Çox uzatmayacam, heç buna ehtiyyac da görmürəm. İnsanlar paslı dəmirlə, qızılı ayıra biləcək qədər ağıllıdırlar. Kimin kim olduğu onsuz da ortadadır.

Keçmişi unutmamaq lazımdır. Əsgərlikdə deyildiyi kimi, tetexan hamıya məlumdur başqa sözə nə hacət.

Advertisements
namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Qorxu imperiyası və ya Stalinizm xəstəliyi

caf61-bundesarchiv_bild_183-r80329252c_josef_stalin

Ständige Freundschaft mit Stalin.”Freundschaft mit Stalin ist die Gewähr des Sieges, des Friedens und der Zukunft” heißt es in dem Aufruf der Regierung der Deutschen Demokratischen Republik zum 70. Geburtstag von Generalissimus Stalin am 21.12.39.UBz: I.W. Stalin am SchreibtischAufn.: Illus-SNB 5.12.494636-49

Bilirəm tibbə belə bir xəstəlik məlum deyil. Psixologiya sahəsində də bu adda problem yoxdu. Amma stalinizm özlüyündə insanları müxtəlif psixoloji vəziyyətlərə salacaq güc ehtiva edir. Bəs nədir bu stalinizm xəstəliyi?

Yəqin ki, sizlər də mənim kimi nənələrinizin, babalarınızın yaşı qırxdan yuxarı olan tanışlarınızın SSRİ və Stalin haqqında danışarkən gözlərindəki parıltını görmüsünüz. “Ehh o illər” ilə başlayıb heyranlıqla davam edən söhbətləri çox dinləmisiz. Bax budur Stalinizm xəstəliyi. Bir millətin, toplumun öz qatilinə, onu məhvə məhkum edən şəxsə qarşı duyduğu sevgi..

Stalin hakimiyyəti boyunca despotizmdən bir addım belə geri atmadı. Halbu ki, sosializm ziyansız bir model olmalı idi. Ən zərərsiz modelini də Lenin hazırlamışdı.

Hələ Leninin sağlığında Stalin baş katib seçilir. Ancaq Lenin böyük təkidlə tələb edir ki, Stalini başqa, ikinci bir vəzifəyə keçirsinlər. Çünki o Stalinin xarakterindəki qəddarlığın gətirəcəyi fəsadları təsəvvür edə bilirdi. Hətta Stalinin Leninin ölümünə necə biganə yanaşdığı da çoxunuza məlumdur.

Oxumağa davam et

Axundların Azərbaycanın 20-ci əsr  ictimai həyatında rolu.

ferculla_7Adətən axund, molla dediyimizdə ağlımıza ilk gələn xurafat, xalqı, milləti elmdən, təhsildən uzaqlaşdıran peşə sahibləri gəlir. Əgər bəhs etdiyimiz dövr iyirminci əsrin əvvələridirsə onda bu düşüncələr daha da qüvvətlənir. Bu cür fikirlərin subyektiv səbəbləri olsa da azərbaycan tarixində elm, mədəniyyət sahələrində fəaliyyət göstərmiş, xalqın savadlanması üçün əlindən gələni etmiş, bütün qüvvəsini ortaya qoymuş din xadimləri də olmuşdur.

Bunlar Axund Mirzə Axundzadə, Axund Mir Məmməd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Axundovdur. Bu din xadimlərinin üçü də şərq ölkələrində təhsil almış və Bakının məscidlərində axundluq etmişdilər.

Oxumağa davam et

Bakı Kəndləri haqqında bilmədiklərimiz

baki_35767363634Bakıda baş verən məlum hadisədən sonra Bakı kəndləri və onların tarixləri haqqında yazmaq qərarına gəldim. Çünki baş verən hər hadisənin kökündə onun özünə xas xüsusiyyətlər dayanır ki, bunun da kökləri çox-çox əvvələ gedir. Bəs Bakı kəndləri barədə tarix nə deyir?

Birinci Pyotrun səfəri zamanı Bakıda olmuş bir misyonerin yazdığına görə Bakı 34 kənddən ibarət bir əyalət şəhəri olub. 1870-ci ilin siyahısında isə Bakıda 41 kəndin olduğundan bəhs edilir. Bundan başqa 1865-ci ildə Bakı Quba poçt yolunun üstündə Mixayılkənd kəndi salınmış, sonralar baxımsızlıq ucbatından dağılmışdı.

Bakı kəndlərindən yaşayanların əksəriyyəti tatarlar idi. Oxumağa davam et

Əvvəlcə özünü sonra uşağını tərbiyyə et

hayir-deyinBu yaxınlarda Allah ailəmizə gözəl bir əmanət bəxş etdi. Həyəcanlı gözləyişlərimizdən sonra oğlumuz dünyaya gəldi. Allah bütün balaları qorusun.

Bu yazını yazmaq qərarına oğlumun doğumundan sonra gəldim. Xəstəxanada gördüklərim və eşitdiklərim məcbur etdi. Ölkəmizdə abort sayı həyəcan təbili çalınacaq səviyyədədir. Ölkəmizdə 25000 dən artıq abort olunub ki, bunun da böyük əksəriyyəti qız uşağı olduğu üçün edilib. Ailələr gələcəkdə doğulacağı evladlarının, canlarından ruhlarından bir parçanın cinsiyyətini bəyənmədikləri üçün məhv edirlər. Bunun ən qatı qətldən heç bir fərqi yoxdur.

Bəs o yavruların qulaqlarının, burunlarının, minicik əllərinin, gül ətirlərinin yaranmasında onların hansı rolu var? Sadəcə olaraq heç bir rolları yoxdur. Bunun üçün nə pul ödəyirlər, nə də ki zəhmət çəkib bir orqan hazırlayırlar. Allah bunları ailələrə bir nemət kimi hədiyyə edir.

Evladlarını həsrətlə gözləyib cinsiyyətindən asılı olmayaraq ona ürəklərini açan valideyinlərin keçirdiyi hisslər isə ifadə oluna bilməz. Əsas məsələ isə bu əmanətlərin doğumundan sonra başlayır. Evladlarımız böyüyəcək və qərar vermək istəyəcəklər, düşünəcəklər, nələrisə görüb bəyənəcək və ya bəyənməyəcəklər. Beləliklə valideyinin əsas işi başlamış olur.

Uşaqları tərbiyyə etmək dedikdə qabağına qoyub da ağıllı cümlələr qoymaq başa düşülməməlidir. Evladları onsuz da sizin davranışlarınız, özünüzü aparmaq tərziniz tərbiyyə edəcək. Siz necəsinizsə evladlarınız da inanın ki, elə olacaq. Bu hər zaman beləmi olur? Əlbəttə ki, yox. Bəzən elə ailələrdən elə evladlar çıxır ki, sadəcə maşallah deyirsən. Amma bunlar istisnadır.

Bu hekayə məsələyə daha çox aydınlıq gətirəcək.

Dostları ilə gizlən qaç oynayan balaca qaçıb qonşunun toyuq hininə girir. Baxır ki, yuvada yumurta var. Balaca yumurtanı götürüb cibinə qoyur, evə gələndə isə anasına verir.

Bu hərəkəti qarşısında evladını danlamalı olan ana, evladının başını sığallayıb “afərin”deyir. Hərəkətinin ödülləndirildiyini görən uşaq tez-tez oğurluq edir. Bir dəfə toyuq, sonra qoyun, vaxt keçdikcə mal-qara oğurlamağa başlayır. Günlərin birində daha böyük oğurluq zamanı onu tuturlar. Məhkəmədən sonra edamına qərar verirlər.

Edam stolunda ondan son istəyini soruşurlar, o isə “anamın dilini öpmək istəyirəm” deyir. Bunu eşidəndə anasının gözləri yaşarır. Məhkum anasının dilini öpərkən dişləyib qoparır. Hamı bu hərəkət qarşısında təəccüblənir.

Hakim məhkumdan niyə belə etdiyini soruşur məhkumsa cavabında “yumurtanı evə gətirəndə mənə afərin dediyi üçün” deyib hadisəni danışır.

Hörmətli valideyinlər və valideyin namizədləri evladlar doğularkən oğru, cinayətkar, terrorist, şiddətə meyilli olmurlar. Sonradan sizlərin davranışlarınız, onların psixologiyalarına təsiriniz, sizdən gördükləri və cəmiyyət buna məcbur edir.

Göydən üç bomba düşsə…

dil-çıkarmak_67056Çox uzaltmaq fikrim yoxdur. Hörmətli xanımlar, bəylər, gənclər, qocalar xatırlayırsınızmı cəmisi bir ay əvvələ qədər biz MTN-i dağın başına qoyur, Mossadla yanaşı tutur, SİA, Mİ6, MİT kimi təşkilatları döyər deyirdik. Deyirdik deyəndə ki, deyirdi bizim qariban millətimiz.

Amma gördük ki, dağın başına qoyduğumuz, dövlətin təhlükəsizliyini əmanət etdiyimiz MTN əslində semiçka satanlardan pul yığmaqla məşğul imiş. Sən demə indiyə qədər bizi hər zaman olduğu kimi yenə də Allah qoruyub. Deməyim odur ki, sizə təlqin edilənlərə inanmayın. Əlbəttə bəzən bu mümkün olmur. Alqı operasyonu deyə bir terminləri var qardaş Türkiyənin. Bax ondan edəndə adam istər istəməz inanmaq məcburiyyətində qalır.

İndi də bu gün başqa ölkələrdə baş verənlərə nəzər salsaq görərik ki, necə şanslıyıq. Çünki başqa dövlətlərdə ixtişaşlar və böhran baş versə də Azərbaycanda sabitlik hökm sürür. Yeganə Azərbaycan dövlətidir ki, irq, din, millət ayrımçılığı yoxdur. Hər kəsin rahat və firəvan yaşaması üçün gözəl şərait yaradılıb. Əlbəttə biz bütün əminamanlığı Cənab Prezidentimizə və uğurlu siyasətinə borcluyuq deyənləri çox görəcəksiniz.

Əlbəttə günümüzə şükr hələ ki, başımıza bomba yağmır, canavarın ağzında olan bir tikə çörəyimizi ailəmizin yanına aparırq. Amma bu o demək deyil ki, belə də olmalıdır. Azərbaycanda heç bir sabitlikdən söz gedə bilməz. Digər ölkələrə bu qədər güzəştə gedərək bir yerə qədər. Bir gün çıxış yolları tükənəcək. Onda əslində pili çəkilmiş bomba vəziyyətində yaşadığımız aydın olacaq.

Son olaraq da unutmayın Türkük, Müsəlmanıq, İran və Rusiya kimi qonşularımız  üstə gəl NEFTİMİZ VAR. Başımıza bomba yağmağa ən uyğun namizədik.

Nə deyək Allah insanlığı qorusun.

Balaca qıza məktub

usa

Sən ey uzun hörüklü, gülər üz gözəl bala
Gülümsəyən gözündən, nur çilənir aləmə
Bu millətin tarixi əmanətdir sizlərə
Sal meylini kitaba, oxumağa, qələmə.
Elmli olsan əgər, gələcəkdə bir ailə
Sənin elm nurunla nurlanacaq biləsən
Neçə-neçə qanların qabağını almısız
Cahillik bəlasını məhv edəcən yenə sən.
Sən oxu ki, analar məktəb olsun hər evdə
Sən oxu ki, balalar kitabla boyansınlar
Yatmış, cahil, bixəbər
Olanlar oyansınlar.
Oxu bala, oxu sən
Haqqını qoru özün
Sən oxu ki, bu eldə
Duyulsun sənin sözün.
Uşaqlığın bitmədən
Uşağın, ərin olmaq
Öz evində körpə qız, yad evdə gəlin olmaq
Təkcə səni yox etməz, qırmaz ümidlərini
Təkcə sənin ananın artırmaz dərd sərini
Bir tarixi məhv edər, milləti soxar yerə
Sən elmli olmasan, ayıb bizə min kərə.

Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Mənim uşaqlıq xatirələrim (hekayə)

Heç vaxt yadımdan çıxmaz. 6-cı sinifin ikinci rüb tətilində idik. Havalar gah yağışlı olurdu gah da küləkli. Bizim üçün o qədər də fərqi yox idi. Onsuz da biz öyrəşmişdik. Hava necə olur olsun kefimiz həmişə yerində olurdu. Ən böyük dərdimiz səhər isti yataqdan çıxıb məktəbə getmək idi. hekayeSon vaxtlar havanın soyuması yorğanın altından çıxmaq işini əməlli başlı problemə çevirmişdi. Amma anam hər səhər bizdən əvvəl oyanar, soyuq, külək demədən bayırdakı balaca kürədə çayı qaynadar sonra gəlib bizi oyadardı. Üstümüzü də birdən açmazdı. Azacıq yorğanı qaldırar nəvaziş dolu səsi ilə qulaqlarımızı, ruhumuzu oxşayardı. Təbii ki, o vaxtlar bunu hiss etməzdik. Anamız bizim üçün bizi yuxudan edən şəxs idi. Öz-özümüzə deyinərdik. Hələ süfrə başına keçmək başqa bir aləm idi. Yazıq qadın ilan dili çıxarırdı ki, bir tikə çörək yeyək. Oxumağa davam et

Mənim qızlarım ölüb (hekayə)

siyahbeyaz, loveSəhər oyanandan bəri Səbinə ilə Türkan bir yerdə qərar tuta bilmirdilər. Gah güzgünün qarşısına keçib saçlarını darayır, gah da əyinlərindəki donlarına əl gəzdirib səliqəyə salırdılar. Əslində sadəcə əl alışqanlığı ilə sağa sola çəkirdilər donun ətəyini dəyişən bir şey yox idi.  Gah da analarının yanına qaçıb həyəcanla  sağına-soluna keçirdilər. Heç havanın tutqun olması da bu balaca qızların kefini  korlaya bilməmişdi. Sanki pəncərədən kənarda nələrin baş verməyi onları maraqlandırmırdı. Anaları qızlarının şıltaqlıqlarına gülümsəyərək cavab verirdi. Bəlkə başqa vaxt olsaydı onlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. Ya da ki, bir az da irəli gedər kiçik qızlarına indidən dərs vermək istəyərcəsinə -qız uşağı ağır olar bala- deyərdi. Bu gün onun da kefinə deyəcək söz yox idi. Uşaqlarının atası bu gün axşam evə gələcəkdi. Artıq 6 ay idi ki Bakıya işləməyə getmişdi. 6 ay evə gəlməmişdi. Yoldaşı heç vaxt bundan gileylənib, ərini buna görə narahat etməzdi. O da bilirdi ki, əri elə onlara görə, çörək qazanmaq üçün ordadır. Uşaqlar da bir gün qabaq ataları ilə danışmışdılar. Hərəsi bir şey istəmişdi Bakıdan. Səbinə qırmızı tufli, Türkan isə ağ ayaqqabı istəmişdi. Türkanın  cəmi 3 yaşı vardı. Paltarları ayırmağı bacarmaz sadəcə bütün paltarlarına don, ayaqqabılarına da eləcə ayaqqabı deyərdi.

Oxumağa davam et