Əvvəlcə özünü sonra uşağını tərbiyyə et

hayir-deyinBu yaxınlarda Allah ailəmizə gözəl bir əmanət bəxş etdi. Həyəcanlı gözləyişlərimizdən sonra oğlumuz dünyaya gəldi. Allah bütün balaları qorusun.

Bu yazını yazmaq qərarına oğlumun doğumundan sonra gəldim. Xəstəxanada gördüklərim və eşitdiklərim məcbur etdi. Ölkəmizdə abort sayı həyəcan təbili çalınacaq səviyyədədir. Ölkəmizdə 25000 dən artıq abort olunub ki, bunun da böyük əksəriyyəti qız uşağı olduğu üçün edilib. Ailələr gələcəkdə doğulacağı evladlarının, canlarından ruhlarından bir parçanın cinsiyyətini bəyənmədikləri üçün məhv edirlər. Bunun ən qatı qətldən heç bir fərqi yoxdur.

Bəs o yavruların qulaqlarının, burunlarının, minicik əllərinin, gül ətirlərinin yaranmasında onların hansı rolu var? Sadəcə olaraq heç bir rolları yoxdur. Bunun üçün nə pul ödəyirlər, nə də ki zəhmət çəkib bir orqan hazırlayırlar. Allah bunları ailələrə bir nemət kimi hədiyyə edir.

Evladlarını həsrətlə gözləyib cinsiyyətindən asılı olmayaraq ona ürəklərini açan valideyinlərin keçirdiyi hisslər isə ifadə oluna bilməz. Əsas məsələ isə bu əmanətlərin doğumundan sonra başlayır. Evladlarımız böyüyəcək və qərar vermək istəyəcəklər, düşünəcəklər, nələrisə görüb bəyənəcək və ya bəyənməyəcəklər. Beləliklə valideyinin əsas işi başlamış olur.

Uşaqları tərbiyyə etmək dedikdə qabağına qoyub da ağıllı cümlələr qoymaq başa düşülməməlidir. Evladları onsuz da sizin davranışlarınız, özünüzü aparmaq tərziniz tərbiyyə edəcək. Siz necəsinizsə evladlarınız da inanın ki, elə olacaq. Bu hər zaman beləmi olur? Əlbəttə ki, yox. Bəzən elə ailələrdən elə evladlar çıxır ki, sadəcə maşallah deyirsən. Amma bunlar istisnadır.

Bu hekayə məsələyə daha çox aydınlıq gətirəcək.

Dostları ilə gizlən qaç oynayan balaca qaçıb qonşunun toyuq hininə girir. Baxır ki, yuvada yumurta var. Balaca yumurtanı götürüb cibinə qoyur, evə gələndə isə anasına verir.

Bu hərəkəti qarşısında evladını danlamalı olan ana, evladının başını sığallayıb “afərin”deyir. Hərəkətinin ödülləndirildiyini görən uşaq tez-tez oğurluq edir. Bir dəfə toyuq, sonra qoyun, vaxt keçdikcə mal-qara oğurlamağa başlayır. Günlərin birində daha böyük oğurluq zamanı onu tuturlar. Məhkəmədən sonra edamına qərar verirlər.

Edam stolunda ondan son istəyini soruşurlar, o isə “anamın dilini öpmək istəyirəm” deyir. Bunu eşidəndə anasının gözləri yaşarır. Məhkum anasının dilini öpərkən dişləyib qoparır. Hamı bu hərəkət qarşısında təəccüblənir.

Hakim məhkumdan niyə belə etdiyini soruşur məhkumsa cavabında “yumurtanı evə gətirəndə mənə afərin dediyi üçün” deyib hadisəni danışır.

Hörmətli valideyinlər və valideyin namizədləri evladlar doğularkən oğru, cinayətkar, terrorist, şiddətə meyilli olmurlar. Sonradan sizlərin davranışlarınız, onların psixologiyalarına təsiriniz, sizdən gördükləri və cəmiyyət buna məcbur edir.

Advertisements

Göydən üç bomba düşsə…

dil-çıkarmak_67056Çox uzaltmaq fikrim yoxdur. Hörmətli xanımlar, bəylər, gənclər, qocalar xatırlayırsınızmı cəmisi bir ay əvvələ qədər biz MTN-i dağın başına qoyur, Mossadla yanaşı tutur, SİA, Mİ6, MİT kimi təşkilatları döyər deyirdik. Deyirdik deyəndə ki, deyirdi bizim qariban millətimiz.

Amma gördük ki, dağın başına qoyduğumuz, dövlətin təhlükəsizliyini əmanət etdiyimiz MTN əslində semiçka satanlardan pul yığmaqla məşğul imiş. Sən demə indiyə qədər bizi hər zaman olduğu kimi yenə də Allah qoruyub. Deməyim odur ki, sizə təlqin edilənlərə inanmayın. Əlbəttə bəzən bu mümkün olmur. Alqı operasyonu deyə bir terminləri var qardaş Türkiyənin. Bax ondan edəndə adam istər istəməz inanmaq məcburiyyətində qalır.

İndi də bu gün başqa ölkələrdə baş verənlərə nəzər salsaq görərik ki, necə şanslıyıq. Çünki başqa dövlətlərdə ixtişaşlar və böhran baş versə də Azərbaycanda sabitlik hökm sürür. Yeganə Azərbaycan dövlətidir ki, irq, din, millət ayrımçılığı yoxdur. Hər kəsin rahat və firəvan yaşaması üçün gözəl şərait yaradılıb. Əlbəttə biz bütün əminamanlığı Cənab Prezidentimizə və uğurlu siyasətinə borcluyuq deyənləri çox görəcəksiniz.

Əlbəttə günümüzə şükr hələ ki, başımıza bomba yağmır, canavarın ağzında olan bir tikə çörəyimizi ailəmizin yanına aparırq. Amma bu o demək deyil ki, belə də olmalıdır. Azərbaycanda heç bir sabitlikdən söz gedə bilməz. Digər ölkələrə bu qədər güzəştə gedərək bir yerə qədər. Bir gün çıxış yolları tükənəcək. Onda əslində pili çəkilmiş bomba vəziyyətində yaşadığımız aydın olacaq.

Son olaraq da unutmayın Türkük, Müsəlmanıq, İran və Rusiya kimi qonşularımız  üstə gəl NEFTİMİZ VAR. Başımıza bomba yağmağa ən uyğun namizədik.

Nə deyək Allah insanlığı qorusun.

Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Stalin Rəsulzadəni necə tapdı?

292534_396598053719922_166489545_nOnsuzda Rəsulzadə haqqında təriflər deyilib deyiləcək, pafoslu sözlərdən istifadə olunub olunacaq da. Öndərin yubileyi ilə əlaqəli bu yazımda heçdə duyğularımı paylaşmayacam, sadəcə öndərin tariximizdə iz qoyduğu hadisələrdən birini nəql edəcəm. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan İstiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxtariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan394723_412909252088802_2035008482_n parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi”. 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, M.Ə.Rəsulzadə “Tarixi-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.. 1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Qızıl Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi.

Qırmızı sifət gürcü yoxsa mənim xalqım?

Gürcüstan və Azərbaycan-iki qonşu ölkə, iki keçmiş sovet ölkəsi, iki inkişaf etməkdə olan ölkə, ikisinin də xalqı yeyib içəndi, ikisində də bomba qaqaşlar var, ikisində də qızlar fake profillə oqlanlarla yazışır,  ikisinin də prezidenti gəncdir, ikisi də parlamentli respublikadır…… ancaq eyniləşmə bir yerdən sonra qırılır və iksindən biri, yəni Gürcüstan demokratiyalaşma mərhələsində bizi çoxdan qabaqlayıb. Oxumağa davam et

“COOL” gənclik

Bu dəfəki yazı silsiləsini də eyni məzmunla davam etdirmək qərarına gəlmişəm. Necə deyərlər bu yola və bu yolla əməlli başlı “girirəm(miş)”. 🙂

COOL GƏNCLİK YOXSA 10sm≤x≥20sm`ya QUL GƏNCLİK? 🙂 (ölçülər sadəcə atılıb nəzərinizə çatdırım).

Əgər nəyisə dəyişmək lazımdırsa, bunu şərəf və heysiyyatla etmək lazımdır. Əfsuslar olsun ki, özlərinə bəzi “Demokratik gənclər” deyən təriqətlər meydana çıxıb ki, nə şərəf, nə də heysiyyat qalıb ortalıqda. Mən də demokratiya, azadlıq, insansevərlik, mədəniyyətli gələcək istəyirəm. Yox əgər bunun içərisində əxlaqsızlıq varsa bu gün ki, durumumuza şükür etməkdən başqa əlimdən bir şey gəlmir. Azadlıq fikiri ilə peysərinin razmerini böyütmək tərəfdarı deyiləm.  Bax, deyirsiniz ki, qızlar, qadınlar da fəal olmalıdır. Eşq olsun, razıyam… Ancaq Azərbaycanlı qadın deputata demədiyinizi qoymursunuz. Siyasəti yanlış ola bilər, yanlış cəbhədə ola bilər. Amma unudursunuz ki, o qadındır. Əgər bir qadına şərəfsizcəsinə icitimayiətdə fikir bildirirsinizsə, niyyətin də siyasətə, aktivliyə atılmaq istəyən qızlar sizin fikirlərinizi görən də nə hisslər yaşayır?! Təbii ki, öz fikirindən dönəcək… Niyə axı belə mədəniyyətsiz olmusunuz?! Sadəcə bilmək istərdim. Siz öz evinizdə ailəlikcə oturub yemək yeyərkən də belə agressiv söyünclər işlədirsiniz?! Öz məhrəminizdə, valideynlərinizin yanında da söyünc söyərək “cool” görsənməyə çalışırsınız?! Əgər bu əxlaqsız və mədəniyyətsiz fikirləri cəmiyyətə sırımaq istəyirsinizsə, onda tüpürüm sizin fikirinizə. Belə fikirləri, belə gələcəyi ancaq unitaza atıb sifonu çəkmək lazımdır.  Üzeyirsevərləri lağa qoyuruq, düz edirik… Amma unutmayın sizin kimiləri də lağa qoyuruq.. Göbələk kimi bitən yazarlar qızları öz tərəflərin çəkmələri üçün, götlərindən gələni əsirgəmirlər. Sizin istədiyiniz narkoman və fahişə gənclikdir. Amma bacarmayacaqsınız əfəndilər! Bir “gənclik”-ki mitinqlərdə ” Dayan qoy belə durum” – deyib şəkil çəkdirib, axşam da “cool” olmaq üçün fb-də paylaşırsa, gələn like-lərdən özünü Che kimi hiss edirsə, bunlara nə deyəsən?! Ümumiyyətlə cəmiyyəti dəyişdimək idealı olan “oğlanlar”, yatdığı qızları bir-bir hamıya məlum edirsə, bu qız fahişə olur, yoxsa bu “oğlan”?!

Allahı söyürsünüz ?! Hə axı sən “cool”-san.

Diqqətini üzərində cəmləmək istəyirsən… Hə axı sən “cool”-san.

Sonda, bir şey demək istəyirəm: XA-XA-XA! 

Avropa dilənçisi və fahişə qızı (hekayə)

Telefonun dəstəyini yerinə qoyduqdan sonra dərin nəfəs alıb sevincək halda üzünü yanındakılara çevirdi.

-Pul hesaba yatıb. Fəaliyətimizi əla dəyərləndirilər. Belə davam etsək daha çox donor ala biləcəyimizi dedilər. Mən gedirəm bankdan pulu çəkməyə.

Qara, oturacağı oturmaqdan aşınıb oval forma almış kreslosundan qalxıb qapıya tərəf gedirdi ki, yadına nə isə düşmüş kimi geri çevrildi.

-Boş dayanmasın heç kəs. Əlinizdən gəldiyi qədər çox yazın. Elə yazın ki, hələ özünə yer tapa bilməyən gəncləri cəlb edə bilək.

Sonra gülümsəyib: Pulları halala çıxartmaq lazımdır axı. Ətrafındakılar gülüşməyə başladılar.

– “Bəs necə halala çıxartmalıyıq”.

-“Ha Ha halal aaa…”.

-“Yoxsa Allah bizi döyər”.

Axırıncının fikrinə hamı bir nəfər kimi gülmüşdü.

Zəngin üstündən təqribən iki saat keçmişdi ki, geri dönüb oturmaqdan pörsütdüyü kreslosuna çökdü. İnsanların üzünə diqqətlə baxılsa mütləq nə isə bir ifadə görmək mümkündür. Ancaq bu insan sadəcə boz sifətdən ibarət idi. Quru və mənasız dəri. Çayından bir udum aldıqdan sonra bir-bir yazıları gözdən keçirməyə başlamışdı. Vərəqləri diqqətlə incələyir, yanındakı kağıza nə isə bir şeylər yazırdı.

-Bax bu yazı əla olub. Uşaqlar siz də bu yazını mütləq oxuyun. Görün X saf rayon qızını nə günə salıb. Sən demə hamısı gəlib Bakıda dəbdəbə, bahalı maşınlar görəndən sonra bu günə qədər yaşadıqları həyata nifrət edirlər. İllərdir sadəcə adını eşitdikləri barlardan əl çəkmirlər.Əvvəlcə İçki içirlər sonra oğlanlarla yatırlar, günlərin birində də qadın olmağa məhkum edilirlər. Görürsünüz uşaqlar əsil müasirlik budur. Ha ha haaa.

-Bu yazı da məsləhətdir. Çap edilməlidir. Sevdiyi oğlana xəyanət etmədiyinə görə, var dövlətə aldanıb özünü bir gecəliyinə satmadığına görə Y bu yazığı yıxıb sürüyüb. Yanaşma tərzi əladır. Əgər yatmırsa mentalitet, dəyərlər kimi prinsiplərin köləsi olduğunu qeyd edib yıxıb sürüyün. Mentalitet ha? Ha ha haa.

“Ağır iş” günündən sonra saat on birə qalmış qapının zənginə arvadı qapını açdı. Bu gün də hər zamanki kimi içmişdi. Arvadının dilindən desək yenə də “ağzından leş iyi” gəlirdi. Hər dəfə onunla danışmaq isdəyəndə arvadı ondan uzaqda dayanırdı. Təzə qızdırılmış tənək dolmasını yeyirdi arvadı içəri daxil olanda.

-Niyə soruşmursan qızın hardadır?

-Elə yorğunam ki, indi gözümə heç kəs görsənmir.

-Öz doğma qızın da?

-Deyək ki bir səhv etdim soruşmadım axı niyə bu qədər böyüdürsən bunu?

Arvadı axırıncı sözdən sonra özündən çıxmışdı.

-Necə böyütməyim qızın evə gəlməyib. On beş yaşı var hələ, Allah bilir başına nə gəlib. Fikirləşdikcə ağlım qaçır.

-İlk deyil ki, qızının evə gəlməməyi. Yəqin yenə də rəfiqələrindən birindədir.

-Hamısına zəng etmişəm heç birində deyil.

Qaşığı istəmədən boşqabın kənarına qoydu. Bütün ehtimalları beynindən ildırım sürəti ilə keçirdi. Ancaq ağlına düz əməlli bir şey gəlmirdi. Nəticə də ata idi və qızı evə gəlməmişdi. Səsininin tonunu aşağı salıb arvadını təsəlli etməyə çalışdı.

Üstündən saatlar keçməyinə baxmayaraq nə qapının zəngi çalmışdı, nə qızı zəng etmişdi, nə də rəfiqələrinin ailəsindən bir xəbər çıxmışdı. Başını qaldırıb divardakı saata baxanda saat üçü göstərirdi. Özünü ələ almağa çalışsa da bacarmırdı. Ürəyi dili deyəni demirdi bu dəfə. Dostuna zəng etdi. Aldığı cavab “Niyə bu qədər narahatsan axı. Uşaq deyil ki, bəlkə də dostları ilə vurur əlli-əlli. Bunu deyəndə telefonun digər tərəfində gülürdü. Ola bilsin ki, gecə klublarının birindədir. Canı yanmış deməli sənə çəkib. Yenə gülürdü qarşı tərəfdəki”.

Bədənini soyuq tər basırdı. Qulaqlarında çınlayan telefondakı səs nələr deyirdi elə? Nə barı? Nə içməyi? Hələ onun onbeş yaşı var. Beynindəki sualların cavabını vicdanı gecikdirməmişdi. “Axı sən tərsini yazırdın. Axı tam əksini müdafiə edirdin. İndi nə olub?” İlk dəfə idi ki vicdanı ona nə isə deyirdi. Artıq vaxt itirmək əbəs idi polisə zəng edəcəkdi. Telefonu əlinə alıb nömrəni çevirdi. Polislə on beş dəqiqəlik söhbətdən sonra qızının evdən çıxma vaxtını, nə geyindiyini, boyunu bir sözlə bütün xüsusiyyətini demişdi.

Səhər tezdən gələn telefonun səsinə ikisi də oturduqları yerdə yatdıqları divandan sıçrayaraq qalxılar. Telefonun digər tərəfindəki səsi tanıdı, polis serjantı idi. Qızlarını tapdıqlarını ancaq təcili polis şöbəsinə gəlməli olduğunu dedi. Tələm tələsik toparlanıb polis bölməsinə getdilər.

Otaqdan çıxarkən üzü kağız kimi ağ idi. İlkdəfə idi ki, üzündə nə isə bir ifadə vardı. Arvadı  üstünə atılıb:

-Qızım hardadır? Niyə tək çıxırsan içəridən? Sifətin niyə bu gündədir?

Başını aşağı dikmiş gözlərindən yaş süzülürdü. Cavab verməyə cəhd etdi ancaq elə bildi ki, cavab versə nəfəsi kəsilib öləcək. Polis serjantı hər şeyi açıqladı qızları ölmüşdü. Dünən axşam içkili vəziyyətdə özünü yeddinci mərtəbədən atmışdı. Qızının cibindən çıxan kağız parçasını ona uzatdı serjant. Oxuduqca dizləri bükülür, yerə çökürdü. Qızı atasına ölmədən əvvəl məktub yazmışdı.

“Ata, səni dünyada hər kəsdən hər şeydən çox sevirəm. Səni bu qədər sevməyimə baxmayaraq səndən istədiyim nəvazişi, qayğını heç bir zaman görə bilmədim. Düşündüm yəqin sənin istədiyin kimi evlad olmamışam. Qərar vermişdim sənin istədiyin kimi olacaqdım. Sənin necə evlad istədiyini bilirəm ata. Sənin bütün yazılarını oxuyurdum. Sənin necə qadından, qızdan xoşun gəldiyini yazılarından öyrənmişdim. Axır ki o gecə sənin istədiyin kimi biri olacaqdım. Beyinlərdəki o sreotipi qırmaq üçün sənə dəstək olacaqdım. Barda tanışdığım oğlanla yatacaqdım bir gün. Yatdım da. Ancaq o gündən sonra on beş yaşımda qadın olmağa məhkum edildiyimi qəbul edə bilmirdim. Güzgüdə özümdən iyrənirdim. Dedim bəlkə sənin kimi içsəm unudaram. Ancaq bacarmadım. Mən fahişə olaraq yaşıya bilməzdim ata. Səndən də xahiş edirəm qızları fahişə olmağa məcbur etmə. Mən səni məni öldürdüyünə görə bağışlayırma. Siz də məni bağışlayın.”

29.04.2012

Nağıl qəhrəmanları da PEYSƏR çıxdı. (OXUMA)

Nağıl qəhrəmanları da PEYSƏR çıxdı.

Kərəm aça bilməyib Əslinin koftasını

Ay nə bilim qaldıra bilməyib yubkasını

Vallah yalandır bunlar inanmayın nağıla

Axı neynim batmayır deyilənlər ağıla.

Oxumağa davam et

Bakı Kristal Zalı təmirə bağlanacaq (flaş xəbərlər silsiləsindən )

Gecənin üçü olmasına baxmayaraq hələ də kitabxanadayam. Burda olduqda necə deyərlər mənə əməlli başlı “təb” gəlir. Özü də elə belə təb deyil uzaq görənlik, vergi kimi bir şeydir. 🙂 Yəqin ki, ətrafımdakı minlərlə kitabın təsiri ilə mənəvi şüalanmaya məruz qalıram. Fevral ayında verdiyim “Azərbaycanda Mart ayında çevriliş olacaq” vədi tutmasa da bu dəfə yüz faiz əminəm tutacaq. Tutmadı deyə məni qınamayın o dəfə yuxuda görmüşdüm, bu dəfə yuxu üçün ölürəm 🙂

Nə isə keçək mətləbə. Bilirik Azərbaycanda həmişə beynəlxalq proqramlara əla hazırlıq olub. İndi də öz qaydasında davam edir. Bakı Kristal Zalı hazır olur yavaş-yavaş. Hərzamankı kimi inşaat mühəndislərimiz “kəmiyyət keyfiyyətdən önəmlidir” prinsibləri daxilində hərəkət edirlər. Təbii ki, kimi büdcənin 75%i dekorasiyaya ayrılacaq 🙂 Oxumağa davam et

‘avroviziya’ qetliamı

Daha bir  26 Fevralı geride qoyduq. Eminem ki her birimiz bir daha qetliamların yaşanmamasını, milletimizin daha sakit ve tehlükesiz heyat keçirmesi üçün ya dua etmişik yada arzularımız olub. 26 Fevraldan 20 il sonra 21ci esrde xalqımıza qarşı repressiyalar, heyati tehlükeler hele de davam etmekdedir. Yox! Yox! Xocalını nezerde tutmuram. Heç Qarabağı da nezerde tutmuram. Bu hadiseler en böyük üçrengli bayrağımızın qonşuluğunda, müstüqil ölkemizin müsteqilliyin ne olduğunu hiss ede bilmemiş vetendaşlarına qarşı paytaxt Bakıda davam edir. Hem de her gün gözlerimizin qabağında. ‘’Avroviziya’’ qetliamı. Xarici ölke vetendaşlarının gelib ölkemizdeki analaoqu olmayan inkişafı gözleri ile görmesi üçün bizim gözümüz göre-göre, evlerimizi başımıza uçurtdular. Hem de içinde insan variken. Analoqsuz qerbe inteqrasiyanı, ne qeder müasir bir cemiyyet formalaşdırdıqlarını göstermek üçün xalqın qeyretini ayaqlar altına alıb gayparadı da keçirdecekler yeqin ki. Polisimizde her zamanki kimi milletini düşmen gözünde görüb etiraz edeni yaxşıca müayine edecek. Sonra qürurla,fexrle yene de inkişafdan, işıqlı gelecekden, neftden,en axırda da Qarabağdan danışıb ile yekun vurulacaq. Bes sonra? Bes xalqın ağzından kesib bir yarışma üçün xerclediyiniz 300milyondan artıq pulun hesabı ne olacaq. Hele ona qeder de saraya geden yollara azı 3 defe asfalt çekib, 5defe de daş düzeceksiniz. Banklarda qalan pulların geri ödenilmesi mövzusu gündeme geldikde ise ya büdceye probem yaradır,ya da infilyasiya qorxusu peyda olur. Başa düşe bilmirem analoqsuz iqtisadiyyatın keşiyinde duran iqtisadçılarımız meyer dövletin tenzimleme mexanizmasının olduğunu bilmir? Her il yollara üst üste döşenen asfalt neicesinde il ilden ölkemiz deniz seviyesinden daha da yükselir. Qapımızın qabağına qeder gelen inkişafsa qapımızdan içeri girmir ki girmir. Eşi günah bizdedir dee…