Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.
storm Etiket Arxivləri:
Mənim qızlarım ölüb (hekayə)
Səhər oyanandan bəri Səbinə ilə Türkan bir yerdə qərar tuta bilmirdilər. Gah güzgünün qarşısına keçib saçlarını darayır, gah da əyinlərindəki donlarına əl gəzdirib səliqəyə salırdılar. Əslində sadəcə əl alışqanlığı ilə sağa sola çəkirdilər donun ətəyini dəyişən bir şey yox idi. Gah da analarının yanına qaçıb həyəcanla sağına-soluna keçirdilər. Heç havanın tutqun olması da bu balaca qızların kefini korlaya bilməmişdi. Sanki pəncərədən kənarda nələrin baş verməyi onları maraqlandırmırdı. Anaları qızlarının şıltaqlıqlarına gülümsəyərək cavab verirdi. Bəlkə başqa vaxt olsaydı onlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. Ya da ki, bir az da irəli gedər kiçik qızlarına indidən dərs vermək istəyərcəsinə -qız uşağı ağır olar bala- deyərdi. Bu gün onun da kefinə deyəcək söz yox idi. Uşaqlarının atası bu gün axşam evə gələcəkdi. Artıq 6 ay idi ki Bakıya işləməyə getmişdi. 6 ay evə gəlməmişdi. Yoldaşı heç vaxt bundan gileylənib, ərini buna görə narahat etməzdi. O da bilirdi ki, əri elə onlara görə, çörək qazanmaq üçün ordadır. Uşaqlar da bir gün qabaq ataları ilə danışmışdılar. Hərəsi bir şey istəmişdi Bakıdan. Səbinə qırmızı tufli, Türkan isə ağ ayaqqabı istəmişdi. Türkanın cəmi 3 yaşı vardı. Paltarları ayırmağı bacarmaz sadəcə bütün paltarlarına don, ayaqqabılarına da eləcə ayaqqabı deyərdi.