Mənim uşaqlıq xatirələrim (hekayə)

Heç vaxt yadımdan çıxmaz. 6-cı sinifin ikinci rüb tətilində idik. Havalar gah yağışlı olurdu gah da küləkli. Bizim üçün o qədər də fərqi yox idi. Onsuz da biz öyrəşmişdik. Hava necə olur olsun kefimiz həmişə yerində olurdu. Ən böyük dərdimiz səhər isti yataqdan çıxıb məktəbə getmək idi. hekayeSon vaxtlar havanın soyuması yorğanın altından çıxmaq işini əməlli başlı problemə çevirmişdi. Amma anam hər səhər bizdən əvvəl oyanar, soyuq, külək demədən bayırdakı balaca kürədə çayı qaynadar sonra gəlib bizi oyadardı. Üstümüzü də birdən açmazdı. Azacıq yorğanı qaldırar nəvaziş dolu səsi ilə qulaqlarımızı, ruhumuzu oxşayardı. Təbii ki, o vaxtlar bunu hiss etməzdik. Anamız bizim üçün bizi yuxudan edən şəxs idi. Öz-özümüzə deyinərdik. Hələ süfrə başına keçmək başqa bir aləm idi. Yazıq qadın ilan dili çıxarırdı ki, bir tikə çörək yeyək. Oxumağa davam et

Mənim qızlarım ölüb (hekayə)

siyahbeyaz, loveSəhər oyanandan bəri Səbinə ilə Türkan bir yerdə qərar tuta bilmirdilər. Gah güzgünün qarşısına keçib saçlarını darayır, gah da əyinlərindəki donlarına əl gəzdirib səliqəyə salırdılar. Əslində sadəcə əl alışqanlığı ilə sağa sola çəkirdilər donun ətəyini dəyişən bir şey yox idi.  Gah da analarının yanına qaçıb həyəcanla  sağına-soluna keçirdilər. Heç havanın tutqun olması da bu balaca qızların kefini  korlaya bilməmişdi. Sanki pəncərədən kənarda nələrin baş verməyi onları maraqlandırmırdı. Anaları qızlarının şıltaqlıqlarına gülümsəyərək cavab verirdi. Bəlkə başqa vaxt olsaydı onlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. Ya da ki, bir az da irəli gedər kiçik qızlarına indidən dərs vermək istəyərcəsinə -qız uşağı ağır olar bala- deyərdi. Bu gün onun da kefinə deyəcək söz yox idi. Uşaqlarının atası bu gün axşam evə gələcəkdi. Artıq 6 ay idi ki Bakıya işləməyə getmişdi. 6 ay evə gəlməmişdi. Yoldaşı heç vaxt bundan gileylənib, ərini buna görə narahat etməzdi. O da bilirdi ki, əri elə onlara görə, çörək qazanmaq üçün ordadır. Uşaqlar da bir gün qabaq ataları ilə danışmışdılar. Hərəsi bir şey istəmişdi Bakıdan. Səbinə qırmızı tufli, Türkan isə ağ ayaqqabı istəmişdi. Türkanın  cəmi 3 yaşı vardı. Paltarları ayırmağı bacarmaz sadəcə bütün paltarlarına don, ayaqqabılarına da eləcə ayaqqabı deyərdi.

Oxumağa davam et

Sonun pəncərəsi

hekayeÖmər yaxşısan?

Səssizlik davam edir. Oğlunun səssizliyi biranlıq ananı ürkütdü. Bir anın içində ağlından bəlkə də minlərlə fikir keçdi. Qaçaraq oğlunun yatdığı yer yatağının kənarına gəlib onu qucağına aldı.

Öməərrr…

Uşaq ağır-ağır nəfəs alıb inildədi. –Atam gəlmədi?

İndi gələcək oğlum biraz da səbr et. Bəlkə də artıq gəlmək üzərədir. Su verimmi sənə bala? Oxumağa davam et

Hərbi bilet

manqurt Aparıcı qonaqları salamladıqdan sonra verlişin mövzusunu elan etdi. Bu gün də verliş öz xəttinə sadiq qalaraq vətənpərvərlik mövzularında olacaqdı. Əvvəlcə qısa bir video göstərdilər. Videoda Azərbaycanın qədim adət-ənənələrindən, ipəyindən, min dərdin dərmanı sularından, təmiz dağ havasından, Təbrizdən, Borçalıdan, Sarı gəlindən bəhs edilirdi. Sonra xalqımızın tanınmış sənət nümayəndələrindən, şairlərindən yazıçılarından, qəhrəmanlarından bəhs edib hər zamankı kimi keçid aldılar Qarabağa. -Murad müəllim bildiyim qədər sizdə o dilbər guşələrin birində anadan olmusunuz-Aparıcı üzünü tanınmış dövlət xadimi Murad Daşdəmirova çevirdi. -Bəli mən Qarabağın qalası adlandırılan, xalqımızın qürur yeri, qarı düşmənlərimizin göz dağı olmuş Şuşadanam-Sonra təsirləndiyini, duyğulandığını ekran başındakı tamaşaçılara da hiss etdirmək üçün dərindən köks ötürdü. -Oraları xatırlayırsınız Murad müəllim. Bildiyim qədər sizi babanız Şuşanın məhşur tarzanlarından olub. Şuşada adlı sanlı ailələrdən birinin evladısınız. Oxumağa davam et