Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.
economy Etiket Arxivləri:
Demokratiyadan diktaturaya keçid
Onu ölkədə məhşurlaşdıran “Formoza məhkəməsi” olmuşdu. Bu məhkəmədə O, Çin milliyətçi partiyasına etiraz etdiyi üçün həbsə atılan 8nəfəri müdafiə edib, hakimi məcbur etmişdi ki, 8nəfəri azad etsin və belə də olmuşdu. Bu hadisədən sonra Şuibian siyasi hadisələrə qarışmağa başlamışdı. 4İl ərzində ətrfadında ölkədə məhşur olan siyasətçiləri toplamağı bacardı. Oxumağa davam et
Dəyişməyən ağ qara iqtisadiyyat
Hələ evimizdə ağ qara 30 kilo ağırlığında televizor varikən, ən baxımlı kanal AZTV ikən (başqa seçənəyimiz yox idi onda) Azərbaycan iqtisadiyyatı keçid dövrünü yaşayırdı. O vaxt ele də dərk etmirdim iqtisadi məsələləri. Əslində belə də olmalıymış kimi qəbul edirdim. Yaşım irəlilədikcə hardan hara, nədən nəyə keçdiyimizi fikirləşməyə başlamışdım. Ancaq illər keçdi evimizə rəngli televizor alındı, sadəcə AZTVyə baxmaq məcburiyyətindən xilas olduq ancaq “keçid dövrü” dəyişmədi ki, dəyişmədi. Dünyada iqtisadi sistemlər zaman zaman dəyişsə də, fərqli ölkələrdə fərqli iqdisadi sistemlər mövcud olsa da bütün sistemlərin bir izahı, teorik təməli, hərəsinin də digərinə görə üstün cəhətləri vardı ya da ele olduğu iddia edilirdi. Nə isə əsas məsələ bu deyil. Əsas məsələ budur ki, bizdəki sistem türklər demişkən Kapitalizmin ən babasından olduğuna baxmayaraq niyə gizlədilir. Kapializm bütün vəhşiliyi ilə 86.6min kv.kmlik ölkəni caynağında paraçalayırkən niyə hələ də nəyəsə keçəcəyimizi gözləyirik. Sonra fikirləşdim ki, əslində bizdə iqtisadi sistem deyə bir şey yoxdur çünki ölkə iqtisadiyyatı tamamən müəyyən şəxslərin monopoliyasında cəmləşdirilib. Elə Azərbaycanın özü kimi. Jeton Türkün məsəli yavaş yavaş düşməyə başladı. Sən demə bizdəki filankəsof falankəslərin əlində cəmləşdirilmiş ölkə iqtisadiyyatı (əslində şəxsi biznesdir) klassik iqtisadçılardan qalma Merkantalizmin elə özü imiş. Bu “iqtisadçılar” da kişi kimi sistemin bütün qanunlarına uyğun hərəkət edirlər. Sadəcə bir fərq var: merkantalizm qızıl ehtiyyatlarının artırılmalı olduğunu irəli sürərkən bizimkilər günü gündən lüks daşınmaz əmlak, şirkət və bank rezervlərini artırırlar.