Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Mübariz(əm)…(mein kampf)

(Gələcək bu gündən başlayır.)

Bir gün gələcək insanlar məndən nifrət edəcək, bəzilərinin indi etdiyi kimi. Bir gün gələcək insanlar məni sevəcəklər,bəzilərinin indi sevdiyi kimi. Ancaq mən hər iki ehtimal qarşısında mübarizəmdən geri çəkilməyəcəm…

Mübarizəm – İçimdəki nifrətə qarşıdır.

Mübarizəm – İnsanlara insan kimi yanaşmayanlara qarşıdır.

Mübarizəm- Cahilliyə qarşıdır.

Mübarizəm – Ədalətsizliyə qarşıdır.

Mübarizəm – Tapdanan hüquqa qarşıdır.

Mübarizəm – Özündən uzaqlaşan gəncliyə, özündən başqasını görməyən yaşlılarladır.

Mübarizəm – Millətinin haqqını verməyən hakimiyyətə qarşıdır.

Mübarizəm- Saxtakarlıq yuvasına çevrilmiş seçki məntəqələrinə qarşıdır.

Mübarizəm- Gələcəyimiz korlayan, cılızlaşdıran tib sektoruna qarşıdır.

Mübarizəm- Rüşvətxor cəmiyyətə qarşıdır.

Mübarizəm- Xalqın əlinin çatmadığı göydələnlərə qarşıdır.

Mübarizəm- “Azadlığa” qarşıdır.

Mübarizəm- Milli təəssübkeşliyi olmayan, çayxanalarda “vor” qanunları ilə özlərini tatmin edən gəncliyə qarşıdır.

Mübarizəm- Ölkəni çapıb talayanlara, milləti zillətdə buraxanlara qarşıdır.

Mübarizəm- Öz vətəndaşını ölkəsindən didərgin salan məmurlara qarşıdır.

Mübarizəm- Polis formasındakı qoçulara qarşıdır.

Mübarizəm- Manqurtlaşdırma mərkəzinə çevrilmiş təhsil sektoruna qarşıdır.

Mübarizəm ətrafıma, millətimə qarşıdır. O millət ki, haqqının tapdanılmasından zövq alır, o millət ki, haqqını tələb etməkdən çəkinir, o millət ki, özündən və özlüyündən uzaqlaşır, o millət ki, dəyərlərini ayaq altına atır, o millət ki, modernlik pərdəsi arxasında inanclarından üz çevirir, o millət ki modernliyin nə olduğunu bilmədən postmodernlik yolunda addımlamağa çalışır, o millət ki özündəki gücü görməməzlikdən gəlib qərbin qapısında dilənir…. MƏHVƏ MƏHKUMDUR!!!

“COOL” gənclik

Bu dəfəki yazı silsiləsini də eyni məzmunla davam etdirmək qərarına gəlmişəm. Necə deyərlər bu yola və bu yolla əməlli başlı “girirəm(miş)”. 🙂

COOL GƏNCLİK YOXSA 10sm≤x≥20sm`ya QUL GƏNCLİK? 🙂 (ölçülər sadəcə atılıb nəzərinizə çatdırım).

Əgər nəyisə dəyişmək lazımdırsa, bunu şərəf və heysiyyatla etmək lazımdır. Əfsuslar olsun ki, özlərinə bəzi “Demokratik gənclər” deyən təriqətlər meydana çıxıb ki, nə şərəf, nə də heysiyyat qalıb ortalıqda. Mən də demokratiya, azadlıq, insansevərlik, mədəniyyətli gələcək istəyirəm. Yox əgər bunun içərisində əxlaqsızlıq varsa bu gün ki, durumumuza şükür etməkdən başqa əlimdən bir şey gəlmir. Azadlıq fikiri ilə peysərinin razmerini böyütmək tərəfdarı deyiləm.  Bax, deyirsiniz ki, qızlar, qadınlar da fəal olmalıdır. Eşq olsun, razıyam… Ancaq Azərbaycanlı qadın deputata demədiyinizi qoymursunuz. Siyasəti yanlış ola bilər, yanlış cəbhədə ola bilər. Amma unudursunuz ki, o qadındır. Əgər bir qadına şərəfsizcəsinə icitimayiətdə fikir bildirirsinizsə, niyyətin də siyasətə, aktivliyə atılmaq istəyən qızlar sizin fikirlərinizi görən də nə hisslər yaşayır?! Təbii ki, öz fikirindən dönəcək… Niyə axı belə mədəniyyətsiz olmusunuz?! Sadəcə bilmək istərdim. Siz öz evinizdə ailəlikcə oturub yemək yeyərkən də belə agressiv söyünclər işlədirsiniz?! Öz məhrəminizdə, valideynlərinizin yanında da söyünc söyərək “cool” görsənməyə çalışırsınız?! Əgər bu əxlaqsız və mədəniyyətsiz fikirləri cəmiyyətə sırımaq istəyirsinizsə, onda tüpürüm sizin fikirinizə. Belə fikirləri, belə gələcəyi ancaq unitaza atıb sifonu çəkmək lazımdır.  Üzeyirsevərləri lağa qoyuruq, düz edirik… Amma unutmayın sizin kimiləri də lağa qoyuruq.. Göbələk kimi bitən yazarlar qızları öz tərəflərin çəkmələri üçün, götlərindən gələni əsirgəmirlər. Sizin istədiyiniz narkoman və fahişə gənclikdir. Amma bacarmayacaqsınız əfəndilər! Bir “gənclik”-ki mitinqlərdə ” Dayan qoy belə durum” – deyib şəkil çəkdirib, axşam da “cool” olmaq üçün fb-də paylaşırsa, gələn like-lərdən özünü Che kimi hiss edirsə, bunlara nə deyəsən?! Ümumiyyətlə cəmiyyəti dəyişdimək idealı olan “oğlanlar”, yatdığı qızları bir-bir hamıya məlum edirsə, bu qız fahişə olur, yoxsa bu “oğlan”?!

Allahı söyürsünüz ?! Hə axı sən “cool”-san.

Diqqətini üzərində cəmləmək istəyirsən… Hə axı sən “cool”-san.

Sonda, bir şey demək istəyirəm: XA-XA-XA!