Gözü yaşlı müxalifət…(can nənə bir nağıl danış)

Can nənə bir nağıl danış. Divdən danış, canavardan danış, cırtdandan danış onsuzda öyrəşiblər nağıllar aləmində yaşamağa:)

Gəlin belə bir səhnə təsəvvür edək. Az yaşlıları bir yerə toplayıblar. Valideyinləri hədiyyələr gətirib ,bir nəfər əcnəbi də gəlib kiminə bahalı oyuncaq, kiminə şokalad, kiminə də konfet verir. Ancaq orda daha iki uşaq var ki nəinki hədiyyə vermək  heç üzlərinə də baxmırlar. Bu səhnədəki “yetimlər” mənə Azərbaycan müxalifətini xatırladır.

Belə bir şey yazmağa məni Müsavatda oxuduğum və doyunca güldüyüm mövzu sövq etdi. Sərf etmirəmsə belə yazılmışdı: “Müxalifət liderləri 2012ci ildə ölkədə dəyişiklik anonsunu verdilər”.

Fikrim bir anlıq Liviyaya getdi. Livoyanın yer altı sərvətlərinə sahib olmaq üçün qərb müxalifətə dəstək verdi. Daha doğrusu müxalifət ölkəsinin sərvətini sataraq hakimiyyətə gəldi. Məncə nə Fransa nə də başqa ölkələr sırf Liviyalılar demokratik ölkədə yaşasınlar deyə bomba yağdırmadılar. Geri gələk  Misirə. Müxalifət bir gündə milyonları meydanlara tökdü, gücünü sübut etdi.

İndi də eyni vəziyyət Suriyada yaranıb. Hakimiyyət xalqını güllə baran edir, loru dildə desək “minir”. Ancaq xalq müxalifət vəhdəti o qədər güclüdür ki, ölüm qorxusu da meydanlara axışmaqlarına mane olmur. Oxumağa davam et