Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.
interesting stories Etiket Arxivləri:
Hərbi bilet
Aparıcı qonaqları salamladıqdan sonra verlişin mövzusunu elan etdi. Bu gün də verliş öz xəttinə sadiq qalaraq vətənpərvərlik mövzularında olacaqdı. Əvvəlcə qısa bir video göstərdilər. Videoda Azərbaycanın qədim adət-ənənələrindən, ipəyindən, min dərdin dərmanı sularından, təmiz dağ havasından, Təbrizdən, Borçalıdan, Sarı gəlindən bəhs edilirdi. Sonra xalqımızın tanınmış sənət nümayəndələrindən, şairlərindən yazıçılarından, qəhrəmanlarından bəhs edib hər zamankı kimi keçid aldılar Qarabağa. -Murad müəllim bildiyim qədər sizdə o dilbər guşələrin birində anadan olmusunuz-Aparıcı üzünü tanınmış dövlət xadimi Murad Daşdəmirova çevirdi. -Bəli mən Qarabağın qalası adlandırılan, xalqımızın qürur yeri, qarı düşmənlərimizin göz dağı olmuş Şuşadanam-Sonra təsirləndiyini, duyğulandığını ekran başındakı tamaşaçılara da hiss etdirmək üçün dərindən köks ötürdü. -Oraları xatırlayırsınız Murad müəllim. Bildiyim qədər sizi babanız Şuşanın məhşur tarzanlarından olub. Şuşada adlı sanlı ailələrdən birinin evladısınız. Oxumağa davam et
Qaloş
-Allah ölənin yaxınlarına səbr versin. Qəbri nurla dolsun. Qızlarına oğullarına tövsiyyəm budur ki, ataları Rasim kişinin – elə bu an hamı bir ağızdan –Allah rəhmət etsin deyir- molla camaatı süzüb sözünə davam edir-ataları Rasim kişinin adına layiq evlad olsunlar. Oğul bala Sərxan atanın ocağını həmişə gur yandır.-sonra üzünü məclisin aşağı hissəsində dirəyə söykənib üzünü qaşıyan Rüfətə tutub –Bala sən də mərd kişinin mərd oğlusan yadından çıxartma haaaa..-Molla ərk yana barmağını Rüfətə silkələdi.
Rüfət xumarlı gözlərini mollaya zilləyib əlini yellədi. Sanki molla ilə əylənirdi.
-Hə başdan deməyi unutmuşam. Deyəcəksiniz ki, bu Rasim kimdi, Sərxan kimdir bu xumarlanan Rüfət kimdir.