25 may…. stəkan əməliyyatı

Dövlət təhlükəsizlik idarələrində həyəcan siqanlı verilmişdi. Avroviziya qabağı ölkənin imicinə xələl verə biləcək bütün qüvvələr neytrallaşdırılmalı idi. Polislər, qara pencəklilər, qolu zorlular bir sözlə el qəhrəmanlarının hamısı hazır vəziyyətdə əmr gözləyirdilər. Axır ki, gözlənilən əmr verilmişdi. Polis maşınları şöbələrdən sovetlərin üzərinə şığıyan alman tankları kimi arxa arxaya çıxırdılar. Bu gün xalq düşmənləri, dövlətçilik imicinə zərər verəcək bütün qüvvələr susdurulacaqdı.

Qarşı tərəf də dinc dayanmamışdı bu müddətdə. “Satqınlar” əvvəlcədən Amerikadan, Fransadan, İngiltərədən təlimatlandırılmışdılar. “Nə olursa olsun mane olmalısınız.” Oxumağa davam et

Advertisements

Kimdir XAİN…???

 

 

kimdir xain

İnsan evladı iqtisadi maraqlarının qarşı-qarşıya gəldiyi andan, siyasi maraqlarının üst-üstə düşmədiyi gündən etibarən açıq və gizli mübarizə şəraitindədir. Fərdlər öz maraqları çərçivəsində bəzən qarşısındakını, bəzən də içində yaşadığı cəmiyyəti özünə qarşı cəbhə hesab edərək onunla mübarizə aparır. Bəzən bu mübarizə cəmiyyətlər arası, ideologiyalar arası mübarizə müstəvisində davam edir, hansı ki bu kimi çatışmalar insanlıq tarixinə və insanlıq adına zərər verməkdən başqa bir işə yaramayıb. Bəzən bu mübarizə ağ dərili-qara dərili mübarizəsi, bəzən dinlər arasında mübarizə, bəzən kapitalizm-kommunizm ve ya sosyalizm arasında mübarizə formasında özünü göstərməkdədir.

Bir də “başqasını günahkar çıxartmaq”, onun kimi fikirləşməyənləri, hərəkət etməyənləri “xain” damğası ilə damğalamaq insan evladının əlindəki ən dəhşətli silaha çevrilib. Təbii ki, bir insan olaraq, bir fərd olaraq dünyada baş verən proseslərlə maraqlanmaya bilmərik. Çünki istəsək də istəməsək də hamımız qloballaşan dünyanın çarxından keçməyə məhkumuq. Məni ən çox narahat edən isə öz millətimin bu xəstəliyə müalicə olunmayacaq dərəcədə yoluxmasıdır.

Mən bir Azərbaycanlı olaraq soruşuram Kimdir xain?

Görəsən həqiqətənmi bir nəsildən əvvəlki nəsillər satqındır? Həqiqətənmi bir siyasi quruluşdan əvvəlki sistemlər yarıtmazdır?

Axı biz nəyə görə siyasi görüşündən, düşüncə tərzindən asılı olmayaraq əl-ələ verib birgə fəaliyyət göstərmək yerinə, bu ölkəni birlikdə idarə edib gələcək nəsillərə ötürmək yerinə içimizdə xain axtarmalıyıq? Nəyə görə yaşlılar gənc nəsli özləri kimi düşünmədiyinə görə təhqir etməli, cavanlar isə yaşlıları cavanlara mane yaradan faktor olaraq dəyərləndirməlidirlər?

Bu ölkənin solcusunun sağçıları xain adlandırmağa, sağçıların da solçuları xain adlandırmağa haqqı varmı? Bu ölkədə yaşayan qeyri türkləri türk olmadığına görə əzmək haqqı varmı?

XEYİR!!!

Bu ölkənin solçusu da mənim ölkəmin vətəndaşıdır sağçısı da. Aramızda xain axtarıb itirdiyimiz və itirəcəyimiz vaxtı əl-ələ verib sağlam gələcək qurmaq yolunda istəfadə etsək sizcə pis olardı? Təbii ki, də yox. Bu cür davranış dövlətimin və millətimin işıqlı gələcəyinin qarantiyası olardı. Öz millətinin, öz dövlətinin maraqlarını, dəyərlərini nəyinsə xətrinə satan, onu təhqir edənlər ideyologiyalarından asılı olmayaraq bu ölkə, bu cəmiyyət üçün təhlükəlidir. Öz ölkəsinin mənafeyini hər şeydən üstün tutan sağçısı da solçusu da bu ölkənin evladıdır. İkisi də eyni dildə danışıb dil açarkən, ikisi də eyni laylanın təsiri ilə böyüyüb, ikisi də eyni torpağa ayaq basıb. Belə olduğu haqda aramızda xain, düşmən axtarmağa haqqımız varmı?

Şərqdə müsəlman aləmində ilk demokratik ölkəni quranları xüsusən də Məmməd Əmin Rəsulzadəni xain adlandırmağa haqqımız var mı? Axı sizin başınız onu dərk edəcək dərəcədə deyil!

Nəyə görə ADRdən sonra gələnlər ADRni xain adlandırmalıdırlar? Nəyə görə AXCP dən sonra gələnlər AXCPni xain adlandırmalıdırlar? Hansı haqla ciynimizdə bu qədər problemlər varikən əl-ələ verəcəyimizə xain axtarışındayıq? Bu işlərdə itirdiyimiz gücümüzü, enerjimizi kaş ki, gələcəyimizin sağlam təməllər üzərinə qurulmasına sərf etsəydik.

Sualımı yenə təkrar edirəm kimdir XAİN? OLAR YOXSA BAŞIMIZI MÜZAKİRƏLƏRDƏN QALDIRIB REAL ADDIMLAR ATMAYAN, BİRİ BİRİNİN ƏTİNİ YEMƏYƏ HAZIR OLAN BİZ?