Gecə söhbəti…

Bəzən tanıdığım insanlarla söhbət edərkən sıxılıram. Bəzən tanımadığım bir insanın hər hansı bir hərəkəti mənə o qədər ləzzət edir ki, gedib əllərini sıxmaq, təşəkkür etmək istəyirəm.

Bəzən hər şeyə əsəbləşirəm ancaq heç də özümə haq vermirəm hər səfərində. Bilirəm ki, əslində sadəcə mən yoxam. Məndən başqa mənim kimi yüzlərləsi var hər gün ətrafımda hərəkət edən.

Insanların davranışları da bəzən məni əsəbləşdirir. Ancaq bilirəm ki, insanlar eyni deyil, olmayıb , olmayacaqlar da. Yüz il əvvəl də bu cür olub min il əvvəl də. Ancaq inanmıram ki yüz il sonra da belə olsun. Dünyada demirəm elə bizim kiçik məhəlləmizdə- Azərbaycanda deyirəm. Oxumağa davam et

Advertisements
namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi