Göydən üç bomba düşsə…

dil-çıkarmak_67056Çox uzaltmaq fikrim yoxdur. Hörmətli xanımlar, bəylər, gənclər, qocalar xatırlayırsınızmı cəmisi bir ay əvvələ qədər biz MTN-i dağın başına qoyur, Mossadla yanaşı tutur, SİA, Mİ6, MİT kimi təşkilatları döyər deyirdik. Deyirdik deyəndə ki, deyirdi bizim qariban millətimiz.

Amma gördük ki, dağın başına qoyduğumuz, dövlətin təhlükəsizliyini əmanət etdiyimiz MTN əslində semiçka satanlardan pul yığmaqla məşğul imiş. Sən demə indiyə qədər bizi hər zaman olduğu kimi yenə də Allah qoruyub. Deməyim odur ki, sizə təlqin edilənlərə inanmayın. Əlbəttə bəzən bu mümkün olmur. Alqı operasyonu deyə bir terminləri var qardaş Türkiyənin. Bax ondan edəndə adam istər istəməz inanmaq məcburiyyətində qalır.

İndi də bu gün başqa ölkələrdə baş verənlərə nəzər salsaq görərik ki, necə şanslıyıq. Çünki başqa dövlətlərdə ixtişaşlar və böhran baş versə də Azərbaycanda sabitlik hökm sürür. Yeganə Azərbaycan dövlətidir ki, irq, din, millət ayrımçılığı yoxdur. Hər kəsin rahat və firəvan yaşaması üçün gözəl şərait yaradılıb. Əlbəttə biz bütün əminamanlığı Cənab Prezidentimizə və uğurlu siyasətinə borcluyuq deyənləri çox görəcəksiniz.

Əlbəttə günümüzə şükr hələ ki, başımıza bomba yağmır, canavarın ağzında olan bir tikə çörəyimizi ailəmizin yanına aparırq. Amma bu o demək deyil ki, belə də olmalıdır. Azərbaycanda heç bir sabitlikdən söz gedə bilməz. Digər ölkələrə bu qədər güzəştə gedərək bir yerə qədər. Bir gün çıxış yolları tükənəcək. Onda əslində pili çəkilmiş bomba vəziyyətində yaşadığımız aydın olacaq.

Son olaraq da unutmayın Türkük, Müsəlmanıq, İran və Rusiya kimi qonşularımız  üstə gəl NEFTİMİZ VAR. Başımıza bomba yağmağa ən uyğun namizədik.

Nə deyək Allah insanlığı qorusun.

Advertisements

Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Avropa dilənçisi və fahişə qızı (hekayə)

Telefonun dəstəyini yerinə qoyduqdan sonra dərin nəfəs alıb sevincək halda üzünü yanındakılara çevirdi.

-Pul hesaba yatıb. Fəaliyətimizi əla dəyərləndirilər. Belə davam etsək daha çox donor ala biləcəyimizi dedilər. Mən gedirəm bankdan pulu çəkməyə.

Qara, oturacağı oturmaqdan aşınıb oval forma almış kreslosundan qalxıb qapıya tərəf gedirdi ki, yadına nə isə düşmüş kimi geri çevrildi.

-Boş dayanmasın heç kəs. Əlinizdən gəldiyi qədər çox yazın. Elə yazın ki, hələ özünə yer tapa bilməyən gəncləri cəlb edə bilək.

Sonra gülümsəyib: Pulları halala çıxartmaq lazımdır axı. Ətrafındakılar gülüşməyə başladılar.

– “Bəs necə halala çıxartmalıyıq”.

-“Ha Ha halal aaa…”.

-“Yoxsa Allah bizi döyər”.

Axırıncının fikrinə hamı bir nəfər kimi gülmüşdü.

Zəngin üstündən təqribən iki saat keçmişdi ki, geri dönüb oturmaqdan pörsütdüyü kreslosuna çökdü. İnsanların üzünə diqqətlə baxılsa mütləq nə isə bir ifadə görmək mümkündür. Ancaq bu insan sadəcə boz sifətdən ibarət idi. Quru və mənasız dəri. Çayından bir udum aldıqdan sonra bir-bir yazıları gözdən keçirməyə başlamışdı. Vərəqləri diqqətlə incələyir, yanındakı kağıza nə isə bir şeylər yazırdı.

-Bax bu yazı əla olub. Uşaqlar siz də bu yazını mütləq oxuyun. Görün X saf rayon qızını nə günə salıb. Sən demə hamısı gəlib Bakıda dəbdəbə, bahalı maşınlar görəndən sonra bu günə qədər yaşadıqları həyata nifrət edirlər. İllərdir sadəcə adını eşitdikləri barlardan əl çəkmirlər.Əvvəlcə İçki içirlər sonra oğlanlarla yatırlar, günlərin birində də qadın olmağa məhkum edilirlər. Görürsünüz uşaqlar əsil müasirlik budur. Ha ha haaa.

-Bu yazı da məsləhətdir. Çap edilməlidir. Sevdiyi oğlana xəyanət etmədiyinə görə, var dövlətə aldanıb özünü bir gecəliyinə satmadığına görə Y bu yazığı yıxıb sürüyüb. Yanaşma tərzi əladır. Əgər yatmırsa mentalitet, dəyərlər kimi prinsiplərin köləsi olduğunu qeyd edib yıxıb sürüyün. Mentalitet ha? Ha ha haa.

“Ağır iş” günündən sonra saat on birə qalmış qapının zənginə arvadı qapını açdı. Bu gün də hər zamanki kimi içmişdi. Arvadının dilindən desək yenə də “ağzından leş iyi” gəlirdi. Hər dəfə onunla danışmaq isdəyəndə arvadı ondan uzaqda dayanırdı. Təzə qızdırılmış tənək dolmasını yeyirdi arvadı içəri daxil olanda.

-Niyə soruşmursan qızın hardadır?

-Elə yorğunam ki, indi gözümə heç kəs görsənmir.

-Öz doğma qızın da?

-Deyək ki bir səhv etdim soruşmadım axı niyə bu qədər böyüdürsən bunu?

Arvadı axırıncı sözdən sonra özündən çıxmışdı.

-Necə böyütməyim qızın evə gəlməyib. On beş yaşı var hələ, Allah bilir başına nə gəlib. Fikirləşdikcə ağlım qaçır.

-İlk deyil ki, qızının evə gəlməməyi. Yəqin yenə də rəfiqələrindən birindədir.

-Hamısına zəng etmişəm heç birində deyil.

Qaşığı istəmədən boşqabın kənarına qoydu. Bütün ehtimalları beynindən ildırım sürəti ilə keçirdi. Ancaq ağlına düz əməlli bir şey gəlmirdi. Nəticə də ata idi və qızı evə gəlməmişdi. Səsininin tonunu aşağı salıb arvadını təsəlli etməyə çalışdı.

Üstündən saatlar keçməyinə baxmayaraq nə qapının zəngi çalmışdı, nə qızı zəng etmişdi, nə də rəfiqələrinin ailəsindən bir xəbər çıxmışdı. Başını qaldırıb divardakı saata baxanda saat üçü göstərirdi. Özünü ələ almağa çalışsa da bacarmırdı. Ürəyi dili deyəni demirdi bu dəfə. Dostuna zəng etdi. Aldığı cavab “Niyə bu qədər narahatsan axı. Uşaq deyil ki, bəlkə də dostları ilə vurur əlli-əlli. Bunu deyəndə telefonun digər tərəfində gülürdü. Ola bilsin ki, gecə klublarının birindədir. Canı yanmış deməli sənə çəkib. Yenə gülürdü qarşı tərəfdəki”.

Bədənini soyuq tər basırdı. Qulaqlarında çınlayan telefondakı səs nələr deyirdi elə? Nə barı? Nə içməyi? Hələ onun onbeş yaşı var. Beynindəki sualların cavabını vicdanı gecikdirməmişdi. “Axı sən tərsini yazırdın. Axı tam əksini müdafiə edirdin. İndi nə olub?” İlk dəfə idi ki vicdanı ona nə isə deyirdi. Artıq vaxt itirmək əbəs idi polisə zəng edəcəkdi. Telefonu əlinə alıb nömrəni çevirdi. Polislə on beş dəqiqəlik söhbətdən sonra qızının evdən çıxma vaxtını, nə geyindiyini, boyunu bir sözlə bütün xüsusiyyətini demişdi.

Səhər tezdən gələn telefonun səsinə ikisi də oturduqları yerdə yatdıqları divandan sıçrayaraq qalxılar. Telefonun digər tərəfindəki səsi tanıdı, polis serjantı idi. Qızlarını tapdıqlarını ancaq təcili polis şöbəsinə gəlməli olduğunu dedi. Tələm tələsik toparlanıb polis bölməsinə getdilər.

Otaqdan çıxarkən üzü kağız kimi ağ idi. İlkdəfə idi ki, üzündə nə isə bir ifadə vardı. Arvadı  üstünə atılıb:

-Qızım hardadır? Niyə tək çıxırsan içəridən? Sifətin niyə bu gündədir?

Başını aşağı dikmiş gözlərindən yaş süzülürdü. Cavab verməyə cəhd etdi ancaq elə bildi ki, cavab versə nəfəsi kəsilib öləcək. Polis serjantı hər şeyi açıqladı qızları ölmüşdü. Dünən axşam içkili vəziyyətdə özünü yeddinci mərtəbədən atmışdı. Qızının cibindən çıxan kağız parçasını ona uzatdı serjant. Oxuduqca dizləri bükülür, yerə çökürdü. Qızı atasına ölmədən əvvəl məktub yazmışdı.

“Ata, səni dünyada hər kəsdən hər şeydən çox sevirəm. Səni bu qədər sevməyimə baxmayaraq səndən istədiyim nəvazişi, qayğını heç bir zaman görə bilmədim. Düşündüm yəqin sənin istədiyin kimi evlad olmamışam. Qərar vermişdim sənin istədiyin kimi olacaqdım. Sənin necə evlad istədiyini bilirəm ata. Sənin bütün yazılarını oxuyurdum. Sənin necə qadından, qızdan xoşun gəldiyini yazılarından öyrənmişdim. Axır ki o gecə sənin istədiyin kimi biri olacaqdım. Beyinlərdəki o sreotipi qırmaq üçün sənə dəstək olacaqdım. Barda tanışdığım oğlanla yatacaqdım bir gün. Yatdım da. Ancaq o gündən sonra on beş yaşımda qadın olmağa məhkum edildiyimi qəbul edə bilmirdim. Güzgüdə özümdən iyrənirdim. Dedim bəlkə sənin kimi içsəm unudaram. Ancaq bacarmadım. Mən fahişə olaraq yaşıya bilməzdim ata. Səndən də xahiş edirəm qızları fahişə olmağa məcbur etmə. Mən səni məni öldürdüyünə görə bağışlayırma. Siz də məni bağışlayın.”

29.04.2012