Hələ evimizdə ağ qara 30 kilo ağırlığında televizor varikən, ən baxımlı kanal AZTV ikən (başqa seçənəyimiz yox idi onda) Azərbaycan iqtisadiyyatı keçid dövrünü yaşayırdı. O vaxt ele də dərk etmirdim iqtisadi məsələləri. Əslində belə də olmalıymış kimi qəbul edirdim. Yaşım irəlilədikcə hardan hara, nədən nəyə keçdiyimizi fikirləşməyə başlamışdım. Ancaq illər keçdi evimizə rəngli televizor alındı, sadəcə AZTVyə baxmaq məcburiyyətindən xilas olduq ancaq “keçid dövrü” dəyişmədi ki, dəyişmədi. Dünyada iqtisadi sistemlər zaman zaman dəyişsə də, fərqli ölkələrdə fərqli iqdisadi sistemlər mövcud olsa da bütün sistemlərin bir izahı, teorik təməli, hərəsinin də digərinə görə üstün cəhətləri vardı ya da ele olduğu iddia edilirdi. Nə isə əsas məsələ bu deyil. Əsas məsələ budur ki, bizdəki sistem türklər demişkən Kapitalizmin ən babasından olduğuna baxmayaraq niyə gizlədilir. Kapializm bütün vəhşiliyi ilə 86.6min kv.kmlik ölkəni caynağında paraçalayırkən niyə hələ də nəyəsə keçəcəyimizi gözləyirik. Sonra fikirləşdim ki, əslində bizdə iqtisadi sistem deyə bir şey yoxdur çünki ölkə iqtisadiyyatı tamamən müəyyən şəxslərin monopoliyasında cəmləşdirilib. Elə Azərbaycanın özü kimi. Jeton Türkün məsəli yavaş yavaş düşməyə başladı. Sən demə bizdəki filankəsof falankəslərin əlində cəmləşdirilmiş ölkə iqtisadiyyatı (əslində şəxsi biznesdir) klassik iqtisadçılardan qalma Merkantalizmin elə özü imiş. Bu “iqtisadçılar” da kişi kimi sistemin bütün qanunlarına uyğun hərəkət edirlər. Sadəcə bir fərq var: merkantalizm qızıl ehtiyyatlarının artırılmalı olduğunu irəli sürərkən bizimkilər günü gündən lüks daşınmaz əmlak, şirkət və bank rezervlərini artırırlar.