Demokratiyadan diktaturaya keçid


dictator-level-nicolas-maduro_o_2256827Onu ölkədə məhşurlaşdıran “Formoza məhkəməsi” olmuşdu. Bu məhkəmədə O, Çin milliyətçi partiyasına etiraz etdiyi üçün həbsə atılan 8nəfəri müdafiə edib, hakimi məcbur etmişdi ki, 8nəfəri azad etsin və belə də olmuşdu. Bu hadisədən sonra Şuibian siyasi hadisələrə qarışmağa başlamışdı. 4İl ərzində ətrfadında ölkədə məhşur olan siyasətçiləri toplamağı bacardı.Sizə dünya siyasət tarixində lazımı qədər məhşur olan birindən danışacam. Bu şəxs ilk dəfə mübarizəsinə ədalətsizliklə, diktatorluqla, məmurların öz başnalığı ilə mübarizə aparmaq üçün başlamışdı. Hətta bu yolda ölümlə üz-üzə qaldığı, həbsə atıldığı, ailəsinə sui qəsd hazırlandığı vaxtlar da olub. İllər sonra bu mübarizəsində xalqını da öz tərəfinə çəkməyi bacarmışdı. Hətta ölkənin ən üst vəzifəsinə qədər yüksəlib ölkəni iki dəfə idarə etmək şansı da əldə etmişdi. Olduqca gözəl mənzərədir elə deyilmi? Xalqı üçün, demokratiya üçün mübarizə aparan biri sonra qalib gəlib ölkənin prezidenti olub. Amma son heçdə bu qədər xoş bitməmişdir Şuibian üçün. Hələ gənc yaşlarında ölkəsindəki ədalətsizliyə qarşı baş qaldırmışdı. Universitetini yüksək nəticələrlə bitirən Şuibian qısa müddətdə məhkəmələrdə işləməyə başlayır. Savadı və natiqlik qabiliyyətinin də nəticəsi olaraq qısa müddətdə ölkənin ən tanınmış vəkillərindən birinə çevrilir. Bir müddət sonra ailə quran bu gəncin 1qız 2oğlan uşağı olur. Onu ölkədə məhşurlaşdıran “Formoza məhkəməsi” olmuşdu. Bu məhkəmədə O, Çin milliyətçi partiyasına etiraz etdiyi üçün həbsə atılan 8nəfəri müdafiə edib, hakimi məcbur etmişdi ki, 8nəfəri azad etsin və belə də olmuşdu. Bu hadisədən sonra Şuibian siyasi hadisələrə qarışmağa başlamışdı. 4İl ərzində ətrfadında ölkədə məhşur olan siyasətçiləri toplamağı başardı.

Neo-Formosa jurnalındakı yazısında o KMT millətvəkilini tənqid etdiyinə görə 1 il həps cəzası almış, arxasıycan ailəsi şübhəli qəza keçirmişdi. Bu hadisədən məharətələ istifadə edən Şuibianın yoldaşı sonra isə özü millət vəkili seçilir. Eyni zamanda Demokratik İrəliləmə partiyasının qurucularından biri olur. Çen Şuibian çin antipatiyasından istifadə edib Tayvandakı prezident  seçkilərinə qatılır. Şansı az olmasına baxmayaraq rəqib partiya iki namizədlə seçkilərə girdiyinə görə səsləri parçalanır və Çen qalib gəlir. Hakimiyyəti zamanı narkotik ticarətinə, qanunsuz qruplaşmalara qarşı ciddi işlər görən Şuibian bununla bərabər “Azad Tayvan” siyasətinin də başında gedirdi. Ölkənin xarici siyasətindəki gərginliyi o məharətlə daxildən özünə güc toplamaqla tarazlaşdırmışdı. Orta və aşağı sinifin marağına uyğun siyasət yeritməsi onun iqtidarını qoruyurdu. İkinci dəfə prezident seçkilərinə namizədliyini verməsinə baxmayaraq rəqib partiya da bir namizədlə təmsil olunurdu. KMT hətta xaricdəki tayvanlıları da seçkiyə dəvət edərək iştirak etməklərini istəyirdi. Ancaq seçkilərdən 24 saat əvvəl baş verən hadisələr yenə də Cenin xeyirinə dəyişdi hadisələri. Prezident seçki kompaniyasının davamı olaraq öz doğulduğu bölgəyə Tianana gedir. Üstü açıq xidməti maşınında xalqın arasından keçərkən güllələnir. Qarnına dəyən güllə yarası həyatı üçün o qədər də təhlükəli olmamışdı. Bundan sonra seçkilər təxirə salınır və ölkədə fövqəladə hal elan olunur, bir müddət sonra keçirilir. Böyük əksəriyyəti KMTni dəstəkləyən polis və əsgərlər iş başında olduqlarına görə KMTyə səs verə bilmirlər. Beləliklə Cen ikinci dəfə prezident seçilir. Ancaq sonralar bu hadisənin elə onun özü tərəfindən planlaşdırıldığı iddia olunmağa başlanılır.

İkinci dönəmi birinci dönəmdən olduqca çətin keçən prezidentliyi 2006-cı ildə ortaya çıxan rüşvət hadisəsi ilə daha da çətinləşir. Əvvəlcə kürəkəni sonra isə ətrafındakı siyasətçilər bir-bir həbs olunurlar. Yeznəsinin həbsindən sonra rüşvət hadisələri ilə prezidentin üzərinə gedilməyə başlanılır. 300min dollar dəyərində rüşvət hadisəsinə bulaşdığı ortaya çıxan prezident daha da çətin vəziyyət qarşısında qalır. Fürsətdən istifadə edən muxalifət prezidentin toxunulmazlığının ləğv edilməsi barədə parlamentə müraciət göndərir. Parlamentdəkilərin əksəriyyətinin prezidentin tərəfdarları olması səbəbindən tələblər qəbul olunmur. Ancaq parlamentdəki tərəfdar sayının çoxluğu onu gələcək təhlükələrdən xilas edə bilmir.

Dünya siyasət tarixinin yaxşı bələd olduğu bir hadisə var. Bir prezident, kral və.s rütbəsinin adından asılı olmayaraq hakimiyyətinin sonunun yaxınlaşdığı hiss olunduqda əvvəlcə onu yanındakılar ya satar ya da əlini-ətəyini geri çəkər. Şuibian da bu aci təcrübədən xilas ola bilmir. Ona ilk zərbəni elə vaxtı ilə bu yola birlikdə addım atdığı Şing-Min Te vurur. Paytaxtda prezident əleyhinə baş qaldıran ixtişaşlar qısa müddətdə bütün ölkəyə yayılır. Meydanları dolduran milyonlarla etirazçı prezidentin istefasını tələb edən şüarlar səsləndirirdi. Etirazların günü-gündən artıdığını, gücləndiyini görən prezident ailə fərdlərini Yaponiyaya göndərir. Onun bu addımı dolayısıyla günahlarını etiraf edirdi. Kariyerasının sonuna gəlmiş prezident üçün sonuncu zərbəni həyat yoldaşı üzərindən vururlar. Həyat yoldaşının da yarım milyonluq rüşvət hadisəsinə bulaşdığı ortaya çıxır. Müaxlif qüvvələr xalq etirazlarından istifadə edərək parlamentə ikinci dəfə prezidentin toxunulmazlığının qaldırılmasını tələb edən müraciət ünvanlayır. Ancaq yenədə parlamentdəki çoxluq müvəqqəti də olsa prezidenti xilas edə bilir. Prezident iqtidarının son illərini parlametdəki çoxluğunu və konstitusiyasının verdiyi haqların sayəsində toxunulmaz olaraq başa vurur.

Prezidentlik müddəti sona çatdıqdan sonra polis prezidentin evinə girərək onu həbs edir. Bütün əmlakı nəzarət altına götürülür və ölkədən çıxmağına qadağan qoyulur. Bir müddər sonra isə günahlarının bir hissəsini etiraf edir. İsveçrədəki bank hesablarına əl qoyulur.

Məhkəmələrin sonunda eks prezidentin Prezident Fondundan öz hesabına 3.5 milyon dollar keçirdiyi ortaya çıxırılır. Eks prezident düşdüyü vəziyyətin günahkarı kimi Çin hökumətini göstərir, onu devirmək üçün iftira atdıqlarını deyir amma bu bir işə yaramır.

Həyatından kiçik nüanslarla bəhs etdiyimiz rüşvətxor, diktator dövlət başçısından bəhs edərkən yəqin ki, çoxumuzun üzündə gülümsəmə yarandı. Çünki vəziyyət burda yazılandan qat-qat daha çətin olan ölkələr mövcuddur. Təəssüf ki, bunlardan biri də üzərində yaşadığımız torpaqları idarə edən, xalqın mənfəətini yox hesab edən bir qrup məmur ordusu eyni səhnənin daha ağır formasını bizim millətə yaşadır. Amma haq əzəl axır öz yerini tutur.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma