Lal qadın


siyahbeyaz, loveFəlakətlər növbənövdür

Yaxınını itirəsən, sevdiyindən ayrılasan

Fəlakətlər rəngbərəngdir

Bu yaşında uşaq kimi bir küncdə ağlayasan.

Boğar səni hıçqırıqlar

Boğazında düyümlənər

Gəzər sənin hisslərində

Ruhunda veyillənər.

Biri duyar göz yaşını

Boylanar pəncərədən, kimdir ağlayan uşaq?

Bir cüt baxış uzanar saçlarına

İsti, zərif, yumuşaq.

Baxışıyla danışan qadın,

Yalvarıram baxma mənə kar edirsən ürəyimi

İstəyirsən gəl yanımda otur

Danışaram hər şeyimi

Amma sus!

 

Dayan.. Dayan.. Susma danış.

Bax budur ən böyük fəlakət

Susan qadın.

Yalvarıram baxışınla qol qanad aç

Boynuma sayrış qadın

Al dilimi sənin olsun

Amma dil aç danış qadın.

 

Bu səssizlik ölüm səssizliyidir

Mən yaşamaq isdəyirəm

Dil aç

Soruş nə baş verib?!

Sənə danışmaq isdəyirəm.

Daş gəzdirmək istəmirəm ürəyimdə.

Dərdim sərim daşlaşacaq

Əgər sənə danışmasam

O da məndən uzaqlaşacaq.

Səssizlikdə sənsizliyin ağuşuna atma məni

Bəlkə danışa bilirsən.

Nə olar aldatma məni.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma