Sonun pəncərəsi


hekayeÖmər yaxşısan?

Səssizlik davam edir. Oğlunun səssizliyi biranlıq ananı ürkütdü. Bir anın içində ağlından bəlkə də minlərlə fikir keçdi. Qaçaraq oğlunun yatdığı yer yatağının kənarına gəlib onu qucağına aldı.

Öməərrr…

Uşaq ağır-ağır nəfəs alıb inildədi. –Atam gəlmədi?

İndi gələcək oğlum biraz da səbr et. Bəlkə də artıq gəlmək üzərədir. Su verimmi sənə bala?

Uşaq halsızlıqdan danışa bilmədi. Bədən temperaturu getdikcə şiddətlənirdi. Uşağın dodaqlarındakı çatlar ananın ürəyini parçalayırdı.

Ətraf tamam qaranlıq idi. Küçədə işıqlar söndürülmüşdü. Daha dəqiq desək artıq üç gün idi ki, bölgədə elektrik enerjisini kəsmişdilər. Gəzən söz-söhbətə görə elektrik santralını vurub partladıblar. Tək-tük pəncərədən şam işığının zəif şöləsi küçələrə süzülürdü. Bu günlər də şam, neft tapmaq da müəmmaya çevrilmişdi. Hələ aclıq susuzluq bir yana yaralıları xəstələri heç iynə dərmanla da təmin etmək olmurdu.

Qonşuda qəfil qadın hıçqırığı eşidildi. –ilahi bu da nə səsdir –deyə Zübeydə öz-özünə dodaq altı danışırdı. Tükləri səsin qeyri adiliyindən biz-biz olmuşdu. Bu nə hıçqırıq idi nə də fəryad idi. Tamam başqa bir şey olmalı idi o. Zübüydə onun nə olduğunu yaxşı başa düşürdü. Axı o da ana idi. Analarınsa ürəkləri eyni olur. O səs balasını itirmiş ananın ah-nalə dolu hayqırtısı idi. Qonşularının da uşaqları bir neçə gün idi xəstə idi. Keçən cümə basqını zamanı qəlpə yarası almışdı. İynə-dərmanın olmaması uşağın vəziyyətini bir az da pisləşdirmişdi. Hər keçən gün yara infeksiya tutmuşdu. Və budur daha bir günahsız anasının qolları arasında can vermişdi.

Toz-torpaqdan çirklənmiş koftasının qolu ilə göz yaşlarını sildi. Öməri bərk-bərk qucaqlayıb bağrına basdı.  Dayanmadan qoxusunu içinə çəkirdi, öpürdü evladını. Ana ürəyi sanki nə isə hiss edirdi. Gecə yarıdan keçməyinə baxmayaraq balasını itirmək qorxusu ilə kiçik otaqda sağa-sola vurnuxur, yoxluqdan çarə axtarırdı. Pəncərədən pərdəni çəkib küçəyə baxdı uzaqdan qaraltı gəlirdi. Gələnin əri olduğunu bildikdə əllərinin göyə qaldırıb Allaha şükr etdi.

Əri yerimirdi yüyürərək evə tərəf qaçırdı. Zübeydə tez qapını açdı əri evə girən kimi bağlayıb arxasını vurdu.

Süleyman arxasını divara söykəyib yerə çökdü. Nəfəs almağa çətinlik çəkirdi. Nəfəs aldıqca sinəsi tez-tez qalxıb düşürdü. Əlinin arxası ilə alnındakı təri silib -Ömər necədir? Sanki sualın cavabını bilirmiş kimi cavabı gözləmədən oğlunun yanında oturdu. Əlləri ilə yanaqlarını sığallayıb saçını tumarladı. Necə də öz uşaqlığına oxşayırdı. Baxışları, qıvırcıq saçları, nazik burnu. Özünü saxlaya bilmədi yanaqlarından süzülən yaşı oğlunun yanaqlarını islatdı. Balaca Ömər sanki atasının varlığını hiss edib zarıldayaraq-Ataa gəldiin?

Gəlmişəm oğlum. Burdayam heç narahat olma balam.-yanaqlarını silib özünü ələ almağa çalışdı.

Mən də öləcəm ata? Digər uşaqlar kimi məni də buraxıb gedəcəksiniz? Bayaq yuxumda Şahmarı gördüm. Mənə gülürdü. Məni də oynamağa çağırırdı. Deyirdi buralar elə gözəldi ki, Ömər. Burda heç kəs ağlamır, xəstələnmir. Burda heç kəsin anası-atası ölmür. İstəyirəm mən də ora gedim ata…

Anası hıçqırıqlarını boğa bilmədi- Yox bala sən bizimlə qalacaqsan. Səni heç yerə buraxan deyilik. Sən atanın dayağısan Ömərim.

-Axı orda uşaqların ataları anaları ölmür. Mən gedim ki, sizə heç nə olmasın.

-Bizə heç nə olmayacaq Ömərim.-Qədir oğlunu sinəsinə sıxdı. Bax sənə dərmanları da alıb gətirmişəm yaxşı olacaqsan.

Bəlkə də sağalacaq ancaq o da illər sonra mənim kimi oğlunu yadlardan qoruya bilməyəcəksə….fikirlərini tamamlaya bilmədi. Axı olanlar onun günahı deyildi. Ancaq vicdanı ağlı deyəni demirdi. Onu, qonşularını, hamını günahkar sayırdı.

Səhərin sərin yeli taxta çərçivəli pəncərəyə dəydikcə pəncərə takkıldayırdı. Səsə ilk oyanan Ömər oldu. Valideyinləri axşamın stresi və yorğunluğunun təsiri ilə bitab düşmüşdülər. Ömər səssizcə pəncərəyə yaxınlaşıb özünə tərəf çəkdi. Torpaq qoxusu qarışıq ətri ciyərlərinə çəkdi. Buraların qeyri adi, özünə məxsus qoxusu vardı. Bu tərəflərin insanı bu qoxu ilə doğmalaşar, bu qoxu ilə yurduna yuvasına bağlanardı. Zəifləmiş qollarını yanlara açaraq gərnəşməyə başladı.

Sabahın qoynuna xəncər kimi saplanan daha bir gurultu. Üç hərflə ifadə edə biləcəyimiz bir səs. Oldu və söndü. Yenə də əvvəlki kimi səssizlik, açıq pəncərə, torpaq qoxusu… Heç kəs də bu səsə qeyri adi reaksiya verməmişdi, bu səsələr həyatlarının bir parçasına çevrilmişdi. Ancaq o gün nə Zübeydə nə də süleyman bilmirdilər ki, həyatlarından bir parçanı əllərindən almışdı o səs. Ömər yerdə qıvrılıb qalmışdı. Sadəcə sinəsindən qan döşəməyə axırdı.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma