Qaloş


siaphoto_325776-Allah ölənin yaxınlarına səbr versin. Qəbri nurla dolsun. Qızlarına oğullarına tövsiyyəm budur ki, ataları Rasim kişinin – elə bu an hamı bir ağızdan –Allah rəhmət etsin deyir- molla camaatı süzüb sözünə davam edir-ataları Rasim kişinin adına layiq evlad olsunlar. Oğul bala Sərxan atanın ocağını həmişə gur yandır.-sonra üzünü məclisin aşağı hissəsində dirəyə söykənib üzünü qaşıyan Rüfətə tutub –Bala sən də mərd kişinin mərd oğlusan yadından çıxartma haaaa..-Molla ərk yana barmağını Rüfətə silkələdi.

Rüfət xumarlı gözlərini mollaya zilləyib əlini yellədi. Sanki molla ilə əylənirdi.

-Hə başdan deməyi unutmuşam. Deyəcəksiniz ki, bu Rasim kimdi, Sərxan kimdir bu xumarlanan Rüfət kimdir.

Rasim kolxoz dağılandan sonra kəndin kənd sovetində işləyib. Özü də yaman azazıl kişi olub. Əlindən gəlsəydi zəyifin gözünü çıxarıb əlindəki bir tikə çörəyi də alardı. Ancaq yaxşı imkanlı kişi olub. İmkanlı olduğuna görə də aftomatik olub kəndin “örmətli, başı papaqlı, xeyirə-şərə yarıyan el ağsaqqlı. Necə deyərlər kişinin kəntdə əməlli başlı hörməti-izzəti olub.

Bu biri oğlu Sərxan Bakıda olur. Nə isə şirkəti var. Deyirlər tez-tez xaricə zada da gedir. Bir dəfə evlənib nə isə yola getməyiblər ikinci dəfə Bakıdan evlənib. Bir dənə sarı saç uruski yazışne sarı saçlı kukla kimi arvadı var.

Bu bayaqdan üzünü qaşıyıb xumarlanan da onun balaca oğludur, Rüfət. Rüfət o biri qardaşından fərqli olaraq oxuyub eləmədi. Elə hey dirəşdilə ki, oxu adam ol ancaq bundan bir şey çıxmadı.

Qonaq maraqla Kamranın sözünü kəsdi-Bəyəm oxumuyanda adam olunmur?

-Başına dönüm bizim buralarda oxumayan nə edəcək ki? Ya mala gedəcək, ya ota. Yenə oxuyanlarımız özünü bir qırağa çıxara bilir. Hə harda qalmışdıq? Bu son beşiklərini evləndirmək istədilər evlənmədi. Əsgərə apardılar qaçıb gəldi. Həəə hələ bu məsələ zırıltı məsələdir. Bir gün danışaram sənə. İrasimin onda əməlli başlı pulunu almışdılar. Sora da başladı alkaşlığa. Dədəsi ilə də yola getmirdi. Deyirdi sən haramzadasan. Millətin puluynan kişi olmusan. Rəhmətdik nə edirdi amma son beşiyini adam edə bilmirdi. İrasim kişinin arvadı Çöhrəxanım amma adamın başının üstündə Allah var çox insaflı qadındır. Həmişə ərindən xəlvət qohum-qonşuya əl tutardı. Elə indi də elədir. Kimin bir əskiyi söküyü olsa yenə də Çöhrəxanımın yanına qaçır. Vay o günə ki, İrasim  kişi bundan xəbər tutardı. Evdə səsini çəkirdi başına. Onda bilirdik ki, yenə yazıq arvadını danlayır. Axtalanmış kəl kimi böyürüb hirsini töküb qapıdan fınxırırdı çölə.

-Desənə ailə bir az rahat nəfəs alacaq.

-Yox ay bala elə demə. Bir ailənin başsız qalmağı asan məsələ deyil. Düzdür daha evladları o yaşda deyillər amma olsun yenə də atadır daaa…

Elə bu an qonağın gözü Rüfətə sataşdı. Yanında bəstəboy, dərisi gündən qapqara qaralan, saçının yarısından çoxu tökülən bir nəfər oturmuşdu. Rüfət də dəqiqə başı əlini bu yazığın digər tərəfinə keçirib başına şapalax vurub incidirdi. Sonra nə oldusa Rüfət çadırdan çıxdı. Çıxanda başını çevirib bayaqdan sakit oturmağa imkan vermədiyi həmin bəstəboya baxıb hırtıldayıb çıxdı.

Qonaq üzünü mollaya tərəf çevirdi. Molla yenə də yağlı əllərini saqqlına çəkib filan dağdakı, feşmankeş babanın müqəddəsliyindən danışırdı. Məclis əhli də elə olmalı imiş kimi, pür diqqət mollaya qulaq asırdı.

Birdən çadırın bayırında bir hay-küy qopdu ki, gəl görəsən. Bir nəfər səsinə basıb avazı çıxdığı qədər bağırırdı. Əslində ona bağırmaq da demək olmazdı sanki dana kimi böyürürdü. Diqqətlə qulaq asanda hiss olunurdu ki, kimdirsə bağırmaqla bərabər ağlayırdı da. Olub bitənləri öyrənmək üçün bayıra çıxıb tez də qayıtdı. Üzünü qonağa tutub- bayaq rəhmətliyin balaca oğlunu demişdim sənə yadındadır də yəqin ki?

Qonaq başı ilə təsdiqlədir.

-Bəs o bəstəboy, dazbaş da yadındadır də yəqinki həəə? Rəhmətliyin balaca gədəsi bu yazığın qaloşunu gizlədibmiş. Bu da and aman çəkib ağlayır ki, qaloşumu gətirməsəniz yerimdən tərpənən deyiləm.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma