Bu sistem çökəcək!


Oxuyuculara əvvəlcədən söz verirəm yazımda tam obyektiv olacam. Fikirlərimi bəyənməyənlər buyurub öz arqumentlərini ortaya qoya bilər.

Bu dəfə ki, yazımda Azərbaycandakı indiki siyasi vəziyyətdən daha da açıq desəm indiki iqtdarın real vəziyyətindən yazacam.

Bu siyasi sistem mütləq ama mütləq çökməlidir, çünki:

-Təməlləri xalqa dayanmır

-Real vəziyyəti görmürlər ya da görmək istəmillər

-İdarə etmə tamamı ilə yaltaqlıq, mütilik, `yuxarıdan aşağıya əz` prinsipləri üzərində qurulub

-Kiçik və yüksək çinli məmurların hamısı potensial girovlardır və əllərinə düşən ilk fürsətdən istifadə edib baş qaldıracaqlar

-Kütləvi mənəviyyatsızlaşma gedir. Artıq pul hər şeydir- şüarıyla hərəkət edilir

-Xalq acdır. Xalq əzilir. Xalq seçmir.

-İndiki idarə etmə insan fıtratına tamamı ilə ziddir.

-Qarabağ probleminin həll edilməməsi iqtidarın davamlılığının qarantiyasıdır.

-Hətta heç bir xarici müdaxilə olmasa da, daxildən yaranan meqa güclər bir-birini yeyib bitirəcək.

-Heç bir dövlətçilik prinsipləri işləmir, istənilən halda sadəcə hakimiyyəti qorumaq məqsədli cavablar verilir.

-Hakimiyyət və xalq arasında qütbləşmə yaranıb.  Hakimiyyət xalqı təmsil etmir, maraqlarına uyğun deyil, xalq da hakimiyyətin yanında deyil.

-Rəqəmlərlə açıqlanan iqtisadi inkişafın reallıqla heç bir əlaqəsi yoxdur.

-Kütləvi savadsızlaşdırma prosesi gedir. Çünki cahil insanları idarə etmək, düşünməyi bacaran insanları idarə etməkdən daha çətindir.

………

Bir şərh yazın