Mənim uşaqlıq xatirələrim (hekayə)

Heç vaxt yadımdan çıxmaz. 6-cı sinifin ikinci rüb tətilində idik. Havalar gah yağışlı olurdu gah da küləkli. Bizim üçün o qədər də fərqi yox idi. Onsuz da biz öyrəşmişdik. Hava necə olur olsun kefimiz həmişə yerində olurdu. Ən böyük dərdimiz səhər isti yataqdan çıxıb məktəbə getmək idi. hekayeSon vaxtlar havanın soyuması yorğanın altından çıxmaq işini əməlli başlı problemə çevirmişdi. Amma anam hər səhər bizdən əvvəl oyanar, soyuq, külək demədən bayırdakı balaca kürədə çayı qaynadar sonra gəlib bizi oyadardı. Üstümüzü də birdən açmazdı. Azacıq yorğanı qaldırar nəvaziş dolu səsi ilə qulaqlarımızı, ruhumuzu oxşayardı. Təbii ki, o vaxtlar bunu hiss etməzdik. Anamız bizim üçün bizi yuxudan edən şəxs idi. Öz-özümüzə deyinərdik. Hələ süfrə başına keçmək başqa bir aləm idi. Yazıq qadın ilan dili çıxarırdı ki, bir tikə çörək yeyək. Oxumağa davam et