Qorxu imperiyası və ya Stalinizm xəstəliyi

caf61-bundesarchiv_bild_183-r80329252c_josef_stalin

Ständige Freundschaft mit Stalin.”Freundschaft mit Stalin ist die Gewähr des Sieges, des Friedens und der Zukunft” heißt es in dem Aufruf der Regierung der Deutschen Demokratischen Republik zum 70. Geburtstag von Generalissimus Stalin am 21.12.39.UBz: I.W. Stalin am SchreibtischAufn.: Illus-SNB 5.12.494636-49

Bilirəm tibbə belə bir xəstəlik məlum deyil. Psixologiya sahəsində də bu adda problem yoxdu. Amma stalinizm özlüyündə insanları müxtəlif psixoloji vəziyyətlərə salacaq güc ehtiva edir. Bəs nədir bu stalinizm xəstəliyi?

Yəqin ki, sizlər də mənim kimi nənələrinizin, babalarınızın yaşı qırxdan yuxarı olan tanışlarınızın SSRİ və Stalin haqqında danışarkən gözlərindəki parıltını görmüsünüz. “Ehh o illər” ilə başlayıb heyranlıqla davam edən söhbətləri çox dinləmisiz. Bax budur Stalinizm xəstəliyi. Bir millətin, toplumun öz qatilinə, onu məhvə məhkum edən şəxsə qarşı duyduğu sevgi..

Stalin hakimiyyəti boyunca despotizmdən bir addım belə geri atmadı. Halbu ki, sosializm ziyansız bir model olmalı idi. Ən zərərsiz modelini də Lenin hazırlamışdı.

Hələ Leninin sağlığında Stalin baş katib seçilir. Ancaq Lenin böyük təkidlə tələb edir ki, Stalini başqa, ikinci bir vəzifəyə keçirsinlər. Çünki o Stalinin xarakterindəki qəddarlığın gətirəcəyi fəsadları təsəvvür edə bilirdi. Hətta Stalinin Leninin ölümünə necə biganə yanaşdığı da çoxunuza məlumdur.

Oxumağa davam et

Stalin Rəsulzadəni necə tapdı?

292534_396598053719922_166489545_nOnsuzda Rəsulzadə haqqında təriflər deyilib deyiləcək, pafoslu sözlərdən istifadə olunub olunacaq da. Öndərin yubileyi ilə əlaqəli bu yazımda heçdə duyğularımı paylaşmayacam, sadəcə öndərin tariximizdə iz qoyduğu hadisələrdən birini nəql edəcəm. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan İstiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxtariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan394723_412909252088802_2035008482_n parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi”. 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, M.Ə.Rəsulzadə “Tarixi-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.. 1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Qızıl Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi.