Balaca qıza məktub

usa

Sən ey uzun hörüklü, gülər üz gözəl bala
Gülümsəyən gözündən, nur çilənir aləmə
Bu millətin tarixi əmanətdir sizlərə
Sal meylini kitaba, oxumağa, qələmə.
Elmli olsan əgər, gələcəkdə bir ailə
Sənin elm nurunla nurlanacaq biləsən
Neçə-neçə qanların qabağını almısız
Cahillik bəlasını məhv edəcən yenə sən.
Sən oxu ki, analar məktəb olsun hər evdə
Sən oxu ki, balalar kitabla boyansınlar
Yatmış, cahil, bixəbər
Olanlar oyansınlar.
Oxu bala, oxu sən
Haqqını qoru özün
Sən oxu ki, bu eldə
Duyulsun sənin sözün.
Uşaqlığın bitmədən
Uşağın, ərin olmaq
Öz evində körpə qız, yad evdə gəlin olmaq
Təkcə səni yox etməz, qırmaz ümidlərini
Təkcə sənin ananın artırmaz dərd sərini
Bir tarixi məhv edər, milləti soxar yerə
Sən elmli olmasan, ayıb bizə min kərə.