Əvvəlcə özünü sonra uşağını tərbiyyə et

hayir-deyinBu yaxınlarda Allah ailəmizə gözəl bir əmanət bəxş etdi. Həyəcanlı gözləyişlərimizdən sonra oğlumuz dünyaya gəldi. Allah bütün balaları qorusun.

Bu yazını yazmaq qərarına oğlumun doğumundan sonra gəldim. Xəstəxanada gördüklərim və eşitdiklərim məcbur etdi. Ölkəmizdə abort sayı həyəcan təbili çalınacaq səviyyədədir. Ölkəmizdə 25000 dən artıq abort olunub ki, bunun da böyük əksəriyyəti qız uşağı olduğu üçün edilib. Ailələr gələcəkdə doğulacağı evladlarının, canlarından ruhlarından bir parçanın cinsiyyətini bəyənmədikləri üçün məhv edirlər. Bunun ən qatı qətldən heç bir fərqi yoxdur.

Bəs o yavruların qulaqlarının, burunlarının, minicik əllərinin, gül ətirlərinin yaranmasında onların hansı rolu var? Sadəcə olaraq heç bir rolları yoxdur. Bunun üçün nə pul ödəyirlər, nə də ki zəhmət çəkib bir orqan hazırlayırlar. Allah bunları ailələrə bir nemət kimi hədiyyə edir.

Evladlarını həsrətlə gözləyib cinsiyyətindən asılı olmayaraq ona ürəklərini açan valideyinlərin keçirdiyi hisslər isə ifadə oluna bilməz. Əsas məsələ isə bu əmanətlərin doğumundan sonra başlayır. Evladlarımız böyüyəcək və qərar vermək istəyəcəklər, düşünəcəklər, nələrisə görüb bəyənəcək və ya bəyənməyəcəklər. Beləliklə valideyinin əsas işi başlamış olur.

Uşaqları tərbiyyə etmək dedikdə qabağına qoyub da ağıllı cümlələr qoymaq başa düşülməməlidir. Evladları onsuz da sizin davranışlarınız, özünüzü aparmaq tərziniz tərbiyyə edəcək. Siz necəsinizsə evladlarınız da inanın ki, elə olacaq. Bu hər zaman beləmi olur? Əlbəttə ki, yox. Bəzən elə ailələrdən elə evladlar çıxır ki, sadəcə maşallah deyirsən. Amma bunlar istisnadır.

Bu hekayə məsələyə daha çox aydınlıq gətirəcək.

Dostları ilə gizlən qaç oynayan balaca qaçıb qonşunun toyuq hininə girir. Baxır ki, yuvada yumurta var. Balaca yumurtanı götürüb cibinə qoyur, evə gələndə isə anasına verir.

Bu hərəkəti qarşısında evladını danlamalı olan ana, evladının başını sığallayıb “afərin”deyir. Hərəkətinin ödülləndirildiyini görən uşaq tez-tez oğurluq edir. Bir dəfə toyuq, sonra qoyun, vaxt keçdikcə mal-qara oğurlamağa başlayır. Günlərin birində daha böyük oğurluq zamanı onu tuturlar. Məhkəmədən sonra edamına qərar verirlər.

Edam stolunda ondan son istəyini soruşurlar, o isə “anamın dilini öpmək istəyirəm” deyir. Bunu eşidəndə anasının gözləri yaşarır. Məhkum anasının dilini öpərkən dişləyib qoparır. Hamı bu hərəkət qarşısında təəccüblənir.

Hakim məhkumdan niyə belə etdiyini soruşur məhkumsa cavabında “yumurtanı evə gətirəndə mənə afərin dediyi üçün” deyib hadisəni danışır.

Hörmətli valideyinlər və valideyin namizədləri evladlar doğularkən oğru, cinayətkar, terrorist, şiddətə meyilli olmurlar. Sonradan sizlərin davranışlarınız, onların psixologiyalarına təsiriniz, sizdən gördükləri və cəmiyyət buna məcbur edir.

Advertisements