Mənim qızlarım ölüb (hekayə)

siyahbeyaz, loveSəhər oyanandan bəri Səbinə ilə Türkan bir yerdə qərar tuta bilmirdilər. Gah güzgünün qarşısına keçib saçlarını darayır, gah da əyinlərindəki donlarına əl gəzdirib səliqəyə salırdılar. Əslində sadəcə əl alışqanlığı ilə sağa sola çəkirdilər donun ətəyini dəyişən bir şey yox idi.  Gah da analarının yanına qaçıb həyəcanla  sağına-soluna keçirdilər. Heç havanın tutqun olması da bu balaca qızların kefini  korlaya bilməmişdi. Sanki pəncərədən kənarda nələrin baş verməyi onları maraqlandırmırdı. Anaları qızlarının şıltaqlıqlarına gülümsəyərək cavab verirdi. Bəlkə başqa vaxt olsaydı onlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. Ya da ki, bir az da irəli gedər kiçik qızlarına indidən dərs vermək istəyərcəsinə -qız uşağı ağır olar bala- deyərdi. Bu gün onun da kefinə deyəcək söz yox idi. Uşaqlarının atası bu gün axşam evə gələcəkdi. Artıq 6 ay idi ki Bakıya işləməyə getmişdi. 6 ay evə gəlməmişdi. Yoldaşı heç vaxt bundan gileylənib, ərini buna görə narahat etməzdi. O da bilirdi ki, əri elə onlara görə, çörək qazanmaq üçün ordadır. Uşaqlar da bir gün qabaq ataları ilə danışmışdılar. Hərəsi bir şey istəmişdi Bakıdan. Səbinə qırmızı tufli, Türkan isə ağ ayaqqabı istəmişdi. Türkanın  cəmi 3 yaşı vardı. Paltarları ayırmağı bacarmaz sadəcə bütün paltarlarına don, ayaqqabılarına da eləcə ayaqqabı deyərdi.

Oxumağa davam et

Advertisements