Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Advertisements

Yalnız bizdə

İstənilən ölkədə, istənilən şəhərdə hətta istənilən kiçik bir kəntdə curabəcurə adam görmək mümkündür. Təbii ki, hamı eyni ola bilməz, təbii ki, hamı eyni cür düşünə bilməz.

Hətta hamıdan mərdlik, doğruluq da gözləmək sadəcə olaraq axmaqlıq olardı.

Ancaq bizdəki insalardan hətta marsa da çıxsan, yerin yeddi qat altına da girsən tapmaq qeyri mümkündür. Bunu hamıya aid etmirəm amma deyəcəyim məsələdə elə böyük hissəsi eynidir.

Misal üçün sadəcə pensialar 5AZN artırıldıqda qiymətlərdəki artımın ailə zənbilinə vurduğu 10AZNi görmədən “bəylərə” qucaq dolusu can sağlığı arzulayan nənənləri, babaları hətta orta nəsli sadəcə bizdə tapmaq olar.

Evladı rüşvət verməyə gücü çatmadığına görə unversitetlərdə “minilən” ailə səsini çıxartmadan həyatına davam edə bilər.

Yalnız bizdə dövlətin gördüyü hər hansı bir işi adamın gözünə soxub “daha nə isdəyirsən, sağ olsunlar” deyən manqurtları tapmaq mümkündür. Çünki o manqurtlar başa düşə bilmirlər ki, zatən hakimiyyətin işi, var olma səbəni xalqa xidmət etməkdir.

Yalnız bizdə BazTv-yə baxıb dünyanın ən demokratik ölkəsi olduğumuzu düşünürlər.

Yalnız bizdə BazTv milliyətçiliyi ilə nəinki Qarabağı hətta Pekini də ala biləcəyimizə inananlar var.

Yalnız bizdə hakimiyyətin səhvini deyənə erməni dəyirmanına su tökən, satqın, petux, nankor deyirlər.

Yalnız biz də iqtidar və dövlət fərqini bilməyən milliyətçilər var.

Yalnız biz də həyatında Don Kixotla, Robinzonu oxuyub özünü intellekt zənn edənləri tapmaq olar.

Yalnız bizdə Çe-ni oxuyub solçu olurlar.

Yalnız bizdə peysərliyin əlamətlərini liberallıq olaraq dərk edirlər.

Yalnız bizdə….Yalnız bizdə……..!

Bizlər…

 “Çağdaş” cəmiyyətimizdə çağdaş mexanizmaya pərəsdiş etməyin çağdaş insanlığı nə cür fəlakətlə üz-üzə qoyduğunu gördüyüm qədəri ilə sizinlə paylaşmaq isdəyirəm. Hələ dünən minbir həyəcanla əllərinin yaradıcısına yüksəlməyini, dünya nemətlərindən isdifadə etməmələri üçün biləklərinə vurulan zincirləri sayan qərbli, qəlbi ilə münasibəti kəsdikdən sonra əvvəlki xəyali zincirə qarşılıq minlərlə halqası olan həqiqi zincirin ağırlığını vicdanında hiss etməyə başlayıb.

Günümüzdə yazılan yüzlərlə bəlkə də minlərlə yazılar, məqalələr var. Təbii olaraq yazan qələmlər arasında gənc qələmlər  “mən də varam” deməyə başlayıb. Bu sevindirici hal olsa da acınacaqlı tərəfi odur ki, gəncliyimiz milli mənəvi dəyərlərindən uzaqlaşmış, xüsusən də qələm əhli dediklərimizin bəziləri  “ucuz”, heç bir dəyəri yoxdur deyiləcək qədər bir önəmi olmayan mövzulara baş vururlar. Kimisi heyvanlar aləmindən, kimisi kitablardan, kimisi siyasətdən, kimisi sosyal-iqdisadi problemlərdən bəhs edərkən təəssüf ki ən önəmli faktoru-insan faktorunu unutduq. Oxumağa davam et