Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Advertisements

Mübariz(əm)…(mein kampf)

(Gələcək bu gündən başlayır.)

Bir gün gələcək insanlar məndən nifrət edəcək, bəzilərinin indi etdiyi kimi. Bir gün gələcək insanlar məni sevəcəklər,bəzilərinin indi sevdiyi kimi. Ancaq mən hər iki ehtimal qarşısında mübarizəmdən geri çəkilməyəcəm…

Mübarizəm – İçimdəki nifrətə qarşıdır.

Mübarizəm – İnsanlara insan kimi yanaşmayanlara qarşıdır.

Mübarizəm- Cahilliyə qarşıdır.

Mübarizəm – Ədalətsizliyə qarşıdır.

Mübarizəm – Tapdanan hüquqa qarşıdır.

Mübarizəm – Özündən uzaqlaşan gəncliyə, özündən başqasını görməyən yaşlılarladır.

Mübarizəm – Millətinin haqqını verməyən hakimiyyətə qarşıdır.

Mübarizəm- Saxtakarlıq yuvasına çevrilmiş seçki məntəqələrinə qarşıdır.

Mübarizəm- Gələcəyimiz korlayan, cılızlaşdıran tib sektoruna qarşıdır.

Mübarizəm- Rüşvətxor cəmiyyətə qarşıdır.

Mübarizəm- Xalqın əlinin çatmadığı göydələnlərə qarşıdır.

Mübarizəm- “Azadlığa” qarşıdır.

Mübarizəm- Milli təəssübkeşliyi olmayan, çayxanalarda “vor” qanunları ilə özlərini tatmin edən gəncliyə qarşıdır.

Mübarizəm- Ölkəni çapıb talayanlara, milləti zillətdə buraxanlara qarşıdır.

Mübarizəm- Öz vətəndaşını ölkəsindən didərgin salan məmurlara qarşıdır.

Mübarizəm- Polis formasındakı qoçulara qarşıdır.

Mübarizəm- Manqurtlaşdırma mərkəzinə çevrilmiş təhsil sektoruna qarşıdır.

Mübarizəm ətrafıma, millətimə qarşıdır. O millət ki, haqqının tapdanılmasından zövq alır, o millət ki, haqqını tələb etməkdən çəkinir, o millət ki, özündən və özlüyündən uzaqlaşır, o millət ki, dəyərlərini ayaq altına atır, o millət ki, modernlik pərdəsi arxasında inanclarından üz çevirir, o millət ki modernliyin nə olduğunu bilmədən postmodernlik yolunda addımlamağa çalışır, o millət ki özündəki gücü görməməzlikdən gəlib qərbin qapısında dilənir…. MƏHVƏ MƏHKUMDUR!!!