Çox uzaltmaq fikrim yoxdur. Hörmətli xanımlar, bəylər, gənclər, qocalar xatırlayırsınızmı cəmisi bir ay əvvələ qədər biz MTN-i dağın başına qoyur, Mossadla yanaşı tutur, SİA, Mİ6, MİT kimi təşkilatları döyər deyirdik. Deyirdik deyəndə ki, deyirdi bizim qariban millətimiz.
Amma gördük ki, dağın başına qoyduğumuz, dövlətin təhlükəsizliyini əmanət etdiyimiz MTN əslində semiçka satanlardan pul yığmaqla məşğul imiş. Sən demə indiyə qədər bizi hər zaman olduğu kimi yenə də Allah qoruyub. Deməyim odur ki, sizə təlqin edilənlərə inanmayın. Əlbəttə bəzən bu mümkün olmur. Alqı operasyonu deyə bir terminləri var qardaş Türkiyənin. Bax ondan edəndə adam istər istəməz inanmaq məcburiyyətində qalır.
İndi də bu gün başqa ölkələrdə baş verənlərə nəzər salsaq görərik ki, necə şanslıyıq. Çünki başqa dövlətlərdə ixtişaşlar və böhran baş versə də Azərbaycanda sabitlik hökm sürür. Yeganə Azərbaycan dövlətidir ki, irq, din, millət ayrımçılığı yoxdur. Hər kəsin rahat və firəvan yaşaması üçün gözəl şərait yaradılıb. Əlbəttə biz bütün əminamanlığı Cənab Prezidentimizə və uğurlu siyasətinə borcluyuq deyənləri çox görəcəksiniz.
Əlbəttə günümüzə şükr hələ ki, başımıza bomba yağmır, canavarın ağzında olan bir tikə çörəyimizi ailəmizin yanına aparırq. Amma bu o demək deyil ki, belə də olmalıdır. Azərbaycanda heç bir sabitlikdən söz gedə bilməz. Digər ölkələrə bu qədər güzəştə gedərək bir yerə qədər. Bir gün çıxış yolları tükənəcək. Onda əslində pili çəkilmiş bomba vəziyyətində yaşadığımız aydın olacaq.
Son olaraq da unutmayın Türkük, Müsəlmanıq, İran və Rusiya kimi qonşularımız üstə gəl NEFTİMİZ VAR. Başımıza bomba yağmağa ən uyğun namizədik.
Nə deyək Allah insanlığı qorusun.