Adətən axund, molla dediyimizdə ağlımıza ilk gələn xurafat, xalqı, milləti elmdən, təhsildən uzaqlaşdıran peşə sahibləri gəlir. Əgər bəhs etdiyimiz dövr iyirminci əsrin əvvələridirsə onda bu düşüncələr daha da qüvvətlənir. Bu cür fikirlərin subyektiv səbəbləri olsa da azərbaycan tarixində elm, mədəniyyət sahələrində fəaliyyət göstərmiş, xalqın savadlanması üçün əlindən gələni etmiş, bütün qüvvəsini ortaya qoymuş din xadimləri də olmuşdur.
Bunlar Axund Mirzə Axundzadə, Axund Mir Məmməd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Axundovdur. Bu din xadimlərinin üçü də şərq ölkələrində təhsil almış və Bakının məscidlərində axundluq etmişdilər.