Bakı Kəndləri haqqında bilmədiklərimiz


baki_35767363634Bakıda baş verən məlum hadisədən sonra Bakı kəndləri və onların tarixləri haqqında yazmaq qərarına gəldim. Çünki baş verən hər hadisənin kökündə onun özünə xas xüsusiyyətlər dayanır ki, bunun da kökləri çox-çox əvvələ gedir. Bəs Bakı kəndləri barədə tarix nə deyir?

Birinci Pyotrun səfəri zamanı Bakıda olmuş bir misyonerin yazdığına görə Bakı 34 kənddən ibarət bir əyalət şəhəri olub. 1870-ci ilin siyahısında isə Bakıda 41 kəndin olduğundan bəhs edilir. Bundan başqa 1865-ci ildə Bakı Quba poçt yolunun üstündə Mixayılkənd kəndi salınmış, sonralar baxımsızlıq ucbatından dağılmışdı.

Bakı kəndlərindən yaşayanların əksəriyyəti tatarlar idi. Tatlar isə irandan köçmüşdülər.Daha çox talışlara yaxın idilər. Onların danışıq dilləri də fars dilinin dəyişmiş(pozulmuş) forması olub. Hələ Sasanilər dövründə İranın cənubundan şərqi Azərbaycana köçürülüblər. İran dövləti sərhədlərinin şimalını türk tayfalarından qorumaq məqsədi ilə onlardan istifadə edirdi. Sonradan onları öz hakimiyyətləri altına alan türklər bu topluma tat adı verirlər. Birinci Şah Abbas da onların döyüşkənliklərindən istifadə edərək olara Şahsevən adını vermişdi. Ancaq şahverənlərlə şahsevənləri bir-biri ilə qarışdırmaq olmaz. Tatlar Azərbaycana köçdükdən sonra xırda tayfaları öz təsirləri altına salmışdılar. Vaxtı ilə massagetlər də (Maştağa kəndinin əhalisi) bu yolla tatlaşdırılmışdır. Ərəblərin Azərbaycan torpaqlarına gəlişindən sonra tatlar da islamı qəbul etmişdilər.

Tatlar Bakıda əsasən Balaxana, Suraxana, Zirə, Qala kəndlərində yaşamışlar. Ancaq sadəcə Balaxana və Suraxana kəndlərində varlıqlarını qoruyub saxlaya bilmişlər. Bu iki kənddə tat dili dərin kök atmışdı. Maştağa da yaşlı nəsillər arasında tat dilinə rast gəlmək mümkündür. Bakı kəndlərinin çoxu da əsasən tat dili kökənlidir.

Maştağa (Məşqətə) toponimi burada məskunlaşmış massaget tayfaları ilə bağlıdır. Eramızdan 5 əsr əvvəl yaşamış Heredot bu tayfa haqqında məlumat verirdi.Aralıq və Xəzər dənizinin şimalına yerləşən bu tayfa sonradan tükr tayfaları tərəfindən sıxışdırılmış və Azərbaycan ərazisində yerləşmişdilər.Bakıxanov da Gülüstani İrəm əsərində Maştağanın əhalisinin maasgetlər olduğunu yazırdı. KƏnd bir müddət Dərgahqulu xanın iqamətgahı olmuşdu.Bakı xanlığı uğrunda gedən mübarizə zamanı Hüseyinqulu xan Bakıda, Mirzə Məhəmməd xan isə Maştağada yaşamışdı.

Buzovna kəndinin adı da yerlilərin öskürəyə qarşı istifadə etdiyi buzovna otundan gəlir.

Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanadır. Kənd tamamı ilə tat kəndidir. Adı bala-yuxarı, hündür və xana-ev sözlərindən əmələ gəlir. Qədim dövrlərdə karvansarayların girişindəki kiçik evlərə də balaxana deyirdilər. 1813-cü il məlumatına görə kənddə 286 nəfər əhali yaşayırdı. Sonradan neft mədənlərinin təsiri ilə kəndin əhalisi sürətlə artmağa başlayır. Kənddə qədim tikililərdən sadəcə dörd künclü qala olub. İndi əsər əlamət qalmayan bu qalada bir zamanlar Mirzə Məhəmməd xan dayaşayıb.

Tat kəndlərindən biri olan Suraxana ağ nefti və yanan(qazlı) torpaqları ilə çox məşhur olub. Kəndin adı Sura-qırmızı, xana-ev sözlərindən gəlir. Evlərin tikilişindən və suvaqlanmasında qırmızı suvaqdan istifadə edilimişdi.Qədim dövrdə kənd əhalisi əhəng yandırmaqla məşğul idi. Eşşəklər vasitəsi ilə əhənglərini qonşu kəndlərə aparırdılar. Kənddən şərqə tərəf bir eniş başlayır ki, adı Künəsəngidir. Enişin qurtaracağından isə Təmənnis düzü başlayır.

Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzərin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zaman türkmənlər həmdə türkan adı ilə də adlandırılırdılar. Kəndin adı da yəqin ki, bura yerləşmiş türkmənlərlə əlaqəlidir. Kənd tamamı ilə türk kökənli kənddir. Türkmənlər əsasən Səlcuqlular olub.

Abşeron yarımadasının sonunda salınmış yaşayış məskəni Zirədir. Dəniz sahilinə qədər uzanan cəngəlliklər vaxtı ilə Şirvanşahların ovlaq yeri olub. Kəndin adı ərəbcə olan cəzirələrə yəni adalar sözündən gəlir. Sonra zaman zaman “cə” hecası düşmüş sadəcə Zirə olaraq adlandırılmışdır.

Əmirhacıyan(Əmircan) kəndinin adı Bakı və ətraf kəndlərdən həccə gedən hacılara bələdçilik edən bələdçinin adı ilə bağlıdır. Bələdçilər adətən bu kənddən olurdu. əmir-bələdçi hacıyan isə hacı deməkdir. Yəni hacıların əmiri. Kəndin daha köhnə adı isə Xilədir. Xilə adı bura yerləşmiş tayfanın adı idi. Bildiyimiz kimi Səlyan və Əli Bayramlı (Şirvan) rayonlarında da eyni adlı kəndlər var.

Nardaran kəndinin əhalisi 1813-cü ilin məlumatına görə 139 nəfər yaşayırdı. Nardaran Kərim bəy tərəfindən idarə olunurdu. Kənd əhalisi zəfəran əkini ilə məşğul olub. Xəzri küləkləri burda öz təsirini çox ciddi göstərirdi. Hətta yay aylarında yerlilər bağlara köçdükdən sonra geri qayıdanda az qala evlərini qumların altından qazıb çıxarırdılar. Kəndin adı farscadan tərcümədə nar olan yer mənasına gəlir.

Xəzər sahillərinə gəlmiş köçəri türk tayfalarından biri də Zığlar olub. Zığlar vaxtı ilə bu yerlərdə yaşamışlar və adlarını da bu yerlərə vermişdilər.

Bakı ərazisinə yerləşən türk tayfalarından biri də əhmədilərdir. Onlar əsas olaraq indiki Əhmədli qəsəbəsinin ərazisində yerləşmişdilər. Bu adın başqa adı da Qulam Mahmuddur(Mahmudun qulları deməkdir). O zaman Azərbaycan ərazisinə səpələnmiş əhmədlilərin tarixi izləri hələ də qalmaqdadır. Göyçayda, Qubada, Cəbrayılda, Lənlkəranda əhmədli kəndləri mövcuddur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma