Səhər oyanandan bəri Səbinə ilə Türkan bir yerdə qərar tuta bilmirdilər. Gah güzgünün qarşısına keçib saçlarını darayır, gah da əyinlərindəki donlarına əl gəzdirib səliqəyə salırdılar. Əslində sadəcə əl alışqanlığı ilə sağa sola çəkirdilər donun ətəyini dəyişən bir şey yox idi. Gah da analarının yanına qaçıb həyəcanla sağına-soluna keçirdilər. Heç havanın tutqun olması da bu balaca qızların kefini korlaya bilməmişdi. Sanki pəncərədən kənarda nələrin baş verməyi onları maraqlandırmırdı. Anaları qızlarının şıltaqlıqlarına gülümsəyərək cavab verirdi. Bəlkə başqa vaxt olsaydı onlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. Ya da ki, bir az da irəli gedər kiçik qızlarına indidən dərs vermək istəyərcəsinə -qız uşağı ağır olar bala- deyərdi. Bu gün onun da kefinə deyəcək söz yox idi. Uşaqlarının atası bu gün axşam evə gələcəkdi. Artıq 6 ay idi ki Bakıya işləməyə getmişdi. 6 ay evə gəlməmişdi. Yoldaşı heç vaxt bundan gileylənib, ərini buna görə narahat etməzdi. O da bilirdi ki, əri elə onlara görə, çörək qazanmaq üçün ordadır. Uşaqlar da bir gün qabaq ataları ilə danışmışdılar. Hərəsi bir şey istəmişdi Bakıdan. Səbinə qırmızı tufli, Türkan isə ağ ayaqqabı istəmişdi. Türkanın cəmi 3 yaşı vardı. Paltarları ayırmağı bacarmaz sadəcə bütün paltarlarına don, ayaqqabılarına da eləcə ayaqqabı deyərdi.
Kəmalə əlindəki bıçağı taxtanın üstünə qoyub pəncərəyə yaxınlaşdı. Külək ağacların budaqlarını bir-birinə dolaşdırıdı. Küləklə gələn yağış pəncərəyə şiddətlə çırpılıb aşağı süzülürdü. Pəncərədəki əksində süzülən yağış suyu yanaqlarında göz yaşı təsiri bağışlayırdı. Ətraf getdikcə qaranlıqlaşırdı. Əvvəlcə elə bildi ki, axşamdır ancaq saata baxanda dəhşətə gəldi. Saat beşə on beş dəqiqə qalmışdı. Pəncərənin qarşısından çəkilib qızlarının yanına keçdi.
Külək getdikcə şiddətlənirdi. Ağacların kobud səsi, pəncərəyə hiddətlə çırpılan yağış damlaları, evin üstündə ağır-ağır qalxıb düşən dəmir parçasının çıxartdığı səs, hamısı bir-birinə qarışıb vəziyyəti bir az da vahiməli edirdi.
Ağac kökündən gurultuyla çıxıb hənirdəyərək yanı üstə yerə düşdü. Ətrafındakı bütün elektrik xətlərini qırmışdı. Hər tərəf qaranlığa qərq oldu. Göyüzündəki qara buludlar ətrafı qaranlığa qərq etmişdi.
Təbiyyət evladının yasını tutan ana kimi qaraya bürünmüşdü. Qaranlıq… Bəzən qorxulu, bəzən də tək qalmaq üçün ən gözəl yerdir. Ancaq daha çox qorxu, daha çox xof yaradır işığın yoxluğu. Tək olduğun halda yanında birilərinin olduğunu düşünürsən. Elə indicə birinin əlini atıb çiyinlərinə toxunacağından ehtiyyat edirsən. Bir az da uzun çəkərsə boşluqdan qəribə səslər gəlməyə başlayar. Zənn edərsən ki, ruhların, gözə görünməz varlıqları danışığını eşidirsən. Ya da ki, sən elə öz ölümünlə üz-üzə qalırsan. Ölümündən sonrakı sənin səsindir əslində o səs. Çığırtı, gülüş, pıçıltı… Tükləri ürpərtən gurultu sonrası uzun uzadı səssizlik…
Gecənin nə vaxt gəlib nə vaxt keçdiyini o axşam heç kəs bilmədi. Səhər bütün kəndi ağlaşan uşaqların, anaların, ataların səsi bürümüşdü. Hər tərəfdə kədər, dağıntı vardı. Sanki bu kəndin qiyaməti dünən axşam qopmuşdu. Kənar kəndlərdən, rayonlardan köməyə gələnlərin köməyi ilə dağıntıların arasında sağ qalanları, ölüləri çıxartmağa çalışırdılar. Yollarda çadırlar qurulmuşdu. Elə bu vaxt o an üçün yad səs eşidildi.
-Ayaqqabııı…. Ayaqqabı. Qırmızı, Sarı qız ayaqqabıları.
Səs yol boyu davam edirdi. Elə bu vaxt uçmuş evinin yanında otrub başını dizlərinin arasına qoyan oyuz yaşlarında bir kişi yerindən ildrım vurmuş kimi sıçradı.
-ƏƏ sən nə alçaq adamsan belə? Görmürsən aləm bir-birinə dəyib sən hələ pul da qazanmaq istəyirsən. Alçaq!! əsəbindən gözləri həlqəsindən çıxırdı.
Kişi yaşlı gözlərlə qarşısındakı nifrət dolu gözlərə baxıb: Səhv başa düşməyin, mən ayaqqabıları satmıram. Bunları qızlarım üçün almışdım evə gəldiyimdə soyuq bədənlərini daşların arasından çıxarmışdılar. Mən də mənim qızlarım geyinə bilmədi heç olmaya ayaqı yalın olan uşaqlar varsa onlara vermək istəyirəm.
Bir az əvvəl nifrətlə böyüyən gözlər indi yaşla dolmuşdu. Səssizcə gəlib qollarını açdı və onu özünə tərəf sıxdı.
Chox kederlendirici kekayedir xowum geldi tewekkurler
tesekkur edirem