Hərbi bilet


manqurt Aparıcı qonaqları salamladıqdan sonra verlişin mövzusunu elan etdi. Bu gün də verliş öz xəttinə sadiq qalaraq vətənpərvərlik mövzularında olacaqdı. Əvvəlcə qısa bir video göstərdilər. Videoda Azərbaycanın qədim adət-ənənələrindən, ipəyindən, min dərdin dərmanı sularından, təmiz dağ havasından, Təbrizdən, Borçalıdan, Sarı gəlindən bəhs edilirdi. Sonra xalqımızın tanınmış sənət nümayəndələrindən, şairlərindən yazıçılarından, qəhrəmanlarından bəhs edib hər zamankı kimi keçid aldılar Qarabağa. -Murad müəllim bildiyim qədər sizdə o dilbər guşələrin birində anadan olmusunuz-Aparıcı üzünü tanınmış dövlət xadimi Murad Daşdəmirova çevirdi. -Bəli mən Qarabağın qalası adlandırılan, xalqımızın qürur yeri, qarı düşmənlərimizin göz dağı olmuş Şuşadanam-Sonra təsirləndiyini, duyğulandığını ekran başındakı tamaşaçılara da hiss etdirmək üçün dərindən köks ötürdü. -Oraları xatırlayırsınız Murad müəllim. Bildiyim qədər sizi babanız Şuşanın məhşur tarzanlarından olub. Şuşada adlı sanlı ailələrdən birinin evladısınız. Aparıcı qonaqları salamladıqdan sonra verlişin mövzusunu elan etdi. Bu gün də verliş öz xəttinə sadiq qalaraq vətənpərvərlik mövzularında olacaqdı. Əvvəlcə qısa bir video göstərdilər. Videoda Azərbaycanın qədim adət-ənənələrindən, ipəyindən, min dərdin dərmanı sularından, təmiz dağ havasından, Təbrizdən, Borçalıdan, Sarı gəlindən bəhs edilirdi. Sonra xalqımızın tanınmış sənət nümayəndələrindən, şairlərindən yazıçılarından, qəhrəmanlarından bəhs edib hər zamankı kimi keçid aldılar Qarabağa. -Murad müəllim bildiyim qədər sizdə o dilbər guşələrin birində anadan olmusunuz-Aparıcı üzünü tanınmış dövlət xadimi Murad Daşdəmirova çevirdi. -Bəli mən Qarabağın qalası adlandırılan, xalqımızın qürur yeri, qarı düşmənlərimizin göz dağı olmuş Şuşadanam-Sonra təsirləndiyini, duyğulandığını ekran başındakı tamaşaçılara da hiss etdirmək üçün dərindən köks ötürdü. -Oraları xatırlayırsınız Murad müəllim. Bildiyim qədər sizi babanız Şuşanın məhşur tarzanlarından olub. Şuşada adlı sanlı ailələrdən birinin evladısınız. -Elədir qızım-üzünü yaşı təqribən iyirmi iki olan, qara saçlarının bir hissəsini sinəsinin üstünə tökmüş, qızılı rəngdə don geyinən aparıcıya çevirdi.-Babam da atam da elə Şuşanın tanınmış sənət adamları olublar. Elə indi də Şuşalılardan soruşsanız bizim nəslimizin kişilərinin nə qədər xeyir sevər, nə qədər mərd olduqlarını deyərlər sizə. Düzdür gənclər tanımaz ancaq böyüklərdən tanıyarlar. -Darıxmırsınızmı Murad müəllim. O sərin sular, başı ərşə dirənən dağlar, baba yurdu üçün? -Heç darıxmamaq mümkündürmü? Hər gecə yuxularımda görürəm bizim elləri. Ali baş komandan bu gün fərman versə elə biri mən özüm bu yaşımda əlimə silah alıb gedərəm. Elə balalarımız da. Bizlər bu ölkənin bu yurdun havası ilə, suyu ilə dolanırıq. Murad Daşdəmirov öz çıxışının təsirinə düşmüşdü. Danışdıqca həyəcanlanır, həyəcanlandıqca daha da pafoslu cümlələr qururdu. Aparıcı yeni sual vermək üçün üzr istəyərək qonağının sözünü kəsdi… Əlibala qonşusu danışdıqca içi-içini yeyirdi. Tanımasaydı dərd etməzdi, bəlkə də inanardı da Murad Daşdımirovun sözlərinə. Ancaq bunun kim olduğunu yaxşı bilirdi. Elə özü də Şuşadan köcüb gələnlərdən idi ancaq bunun danışdıqlarının həqiqətlə heç bir əlaqəsi olmadığını fikirləşdikcə dişləri bığını kəsirdi. –Ay sən öləsən elə. Zalım oğlu sən deyildin mi, oğlun inistuta girəndə kababı ağzına çəkib Şuşada nə görmüşük ee cənnət buralardadır deyən? Onda yanındakı qarnı qabağa kişilərdə gülüşmüşdülər onun sözünə. Qarnı qabağa olaraq xatirində qalmışdı çünki heç birinin adını bilmirdi. Ancaq hamısının qarnı qabağa, qalstuklu olmasından bilirdi ki, kimdilərsə yekə adamlardır. Mindikləri maşınlarda elə beləsindən deyildi. -Ax səni lənətə gələsən zalım fələk. Bunun kimi işverən, maşennik gəlib vəzifədə oturub özünü adam hesab edir. Bu kanallar da elə danışırlar ki, guya ölkədə bundan düz əməlli, qeyrətli-namuslu kişi yoxdur. Ay sən öləsən elə. Bir arvadına söz keçirə bilməyən əlinə avtomat alıb erməni qabağıa çıxar. Arvaddan qorxan oğraş. Bunu deyib Əlibala televizoru hiddətlə söndürüb kənara atdı. Onsuzda işləri başından aşırdı. Böyük oğlu əsgərlikdə idi, indi də kiçiyini yola salmağa hazırlaşırdı. Otağın yuxarı başında rəhmətlik atasının şəklinin yanında oğlunun hərbi formada şəklini asmışdılar. Şəkil səliqə ilə ramkaya salınmışdı. Hər dəfə ona baxanda qürurlanar, sinəsi qabarardı. Oğlu Murovda xidmət edirdi. Üç aydan təxris olacaqdı. Kiçiyinin də prikazı çıxmışdı. Onu da uzağı bir həftəyə aparacaqdılar. Qonşudan üç nəfər birlikdə əsgər gedəcəkdilər. Bunlardan biri də  Murad Daşdəmirovun oğlu idi. Ancaq bilirdi ki, bu oğlunu əsgərə göndərən deyil. Axşam seyvandakı taxtda oturub tənbəki qəlyanını çəkirdi. Elə bu vaxt Murad Daşdəmirovun son beşiyi qapıdan içəri girib çığırmağa başladı:-Əlibala əmiii..Ay Əlibala əmi… -Nədir ay bala -Sabah qardaşımın əsgər qonaqlığıdır.Atam deyir bir az erkəndən gəlsin əl ayaq etsin. Tənbəkini kənara qoyub- Yaxşı ay bala, bir iş çıxmasa gələcəm arxayın olsun dədənə denən. Elə oğlanın qapıdan çıxmasına bənd idi ki, söyüşü süyüşün arxasıyca caladı. –Ay sənin atanın goru çatdasın. Ə sən nə vicdansız adamsanmış. Bir mən yazıq binəva bilmirdim mən də dünən üşitdim ki, oğluna kağız alıb voyankuma vermisən. Guya uşaq xəstədir. Kələ axşayır bunun nəyi xəstədir. Utanmaz-utanmaz indi də qonaqlıq edib millətdən pul yığmaq fikrinə düşüb. Sənin gözünü torpaq doydursun.-Sonra nə isə fikirləşib-Heç torpaq da doydurmaz bu zalımın gözünü-dedi. Axşam bütün  qohum qonşu bir yerə toplaşıb deyib gülürdülər. Zamin Daşdəmirovun gözünə girmək üçün onun nə qədər qohumpərəst olduğundan danışır, Yaşar ona xoş getsin deyə oğlunun tərbiyyəli, özündən böyüyə hörmət qoyduğundan ağız dolusu danışırdılar. Əlibala ürəyindəkiləri dilinə gətirmək istədi, sonra –lənət sənə şeytan-deyib fikrindən əl çəkdi. Axı bilirdi ki, bu böyük-kiçik yeri bilən oğlu elə bu Yaşarın özünü kül-palaz edib salmışdı yerə. Özüdə adicə bir şeyin üstündə. Daşdəmirovun oğlu maşını sürətlə sürdüyündən gölməçədəki çirkli su Yaşarın üztünə sıçramışdı. Yaşar da haqlı olaraq deyinmişdi. Elə buna bənd imiş kimi uşaq maşından düşüb bunu nəyi var çırpmışdı. Axır söz dönüb dolaşıb Əlibalaya çatdı. –Hə qonşu kişi gərək bərkə boşa dözsün. Çətinçlik görsün. Buna görə də əsgərliyə getmək lazımdır. Boşuna deməyiblət ki, əsgərlik kişilik mətəbidir. Odey mənim böyük oğlum on beş aydır Murovdadır. Borcudur əsgərliyini çəksin. İnşallar üç-beş günə balacanı da yola salıram. Gərək “voyannı bilet” alanda da kişi kimi alasan. Day nənənin kəfən puluna, dədənin puluna almayasan. Deyəsən Əlibalanın sözləri Daşdəmirovu yamanca tutmuşdu. Ağzaını açıb bir söz deyə bilmirdi, ancaq ilan sancmış kimi vurnuxurdu yerində. Musa sözə qarışıb- Hə də günah bunlarda deyil ki, günah onları zorla əsgərliyə aparmayandadır. Kimin balası kimdən artıqdır. Əsgərliyə aparmırlar, özü də hərbi biletlərini verib hələ bir təşəkkür də edirlər. -Ay qonşu əslində düz edirlər.-Əlibala sözə qarışdı. –Belələrinin əsgərliyə aparmaq olar? Özləri gedib erməniyə satarlar hər şeyi. Belələrinin yeri elə nənələrinin dizinin dibidir. Səngərdə satqınlıq edəcəklərinə qoy elə burda otursunlar. Heç olmaya namərdlik edə bilməsinlər.   -Oraları xatırlayırsınız Murad müəllim. Bildiyim qədər sizi babanız Şuşanın məhşur tarzanlarından olub. Şuşada adlı sanlı ailələrdən birinin evladısınız. -Elədir qızım-üzünü yaşı təqribən iyirmi iki olan, qara saçlarının bir hissəsini sinəsinin üstünə tökmüş, qızılı rəngdə don geyinən aparıcıya çevirdi.-Babam da atam da elə Şuşanın tanınmış sənət adamları olublar. Elə indi də Şuşalılardan soruşsanız bizim nəslimizin kişilərinin nə qədər xeyir sevər, nə qədər mərd olduqlarını deyərlər sizə. Düzdür gənclər tanımaz ancaq böyüklərdən tanıyarlar. -Darıxmırsınızmı Murad müəllim. O sərin sular, başı ərşə dirənən dağlar, baba yurdu üçün? -Heç darıxmamaq mümkündürmü? Hər gecə yuxularımda görürəm bizim elləri. Ali baş komandan bu gün fərman versə elə biri mən özüm bu yaşımda əlimə silah alıb gedərəm. Elə balalarımız da. Bizlər bu ölkənin bu yurdun havası ilə, suyu ilə dolanırıq.   Murad Daşdəmirov öz çıxışının təsirinə düşmüşdü. Danışdıqca həyəcanlanır, həyəcanlandıqca daha da pafoslu cümlələr qururdu. Aparıcı yeni sual vermək üçün üzr istəyərək qonağının sözünü kəsdi… Əlibala qonşusu danışdıqca içi-içini yeyirdi. Tanımasaydı dərd etməzdi, bəlkə də inanardı da Murad Daşdımirovun sözlərinə. Ancaq bunun kim olduğunu yaxşı bilirdi. Elə özü də Şuşadan köcüb gələnlərdən idi ancaq bunun danışdıqlarının həqiqətlə heç bir əlaqəsi olmadığını fikirləşdikcə dişləri bığını kəsirdi. –Ay sən öləsən elə. Zalım oğlu sən deyildin mi, oğlun inistuta girəndə kababı ağzına çəkib Şuşada nə görmüşük ee cənnət buralardadır deyən? Onda yanındakı qarnı qabağa kişilərdə gülüşmüşdülər onun sözünə. Qarnı qabağa olaraq xatirində qalmışdı çünki heç birinin adını bilmirdi. Ancaq hamısının qarnı qabağa, qalstuklu olmasından bilirdi ki, kimdilərsə yekə adamlardır. Mindikləri maşınlarda elə beləsindən deyildi. -Ax səni lənətə gələsən zalım fələk. Bunun kimi işverən, maşennik gəlib vəzifədə oturub özünü adam hesab edir. Bu kanallar da elə danışırlar ki, guya ölkədə bundan düz əməlli, qeyrətli-namuslu kişi yoxdur. Ay sən öləsən elə. Bir arvadına söz keçirə bilməyən əlinə avtomat alıb erməni qabağıa çıxar. Arvaddan qorxan oğraş. Bunu deyib Əlibala televizoru hiddətlə söndürüb kənara atdı. Onsuzda işləri başından aşırdı. Böyük oğlu əsgərlikdə idi, indi də kiçiyini yola salmağa hazırlaşırdı. Otağın yuxarı başında rəhmətlik atasının şəklinin yanında oğlunun hərbi formada şəklini asmışdılar. Şəkil səliqə ilə ramkaya salınmışdı. Hər dəfə ona baxanda qürurlanar, sinəsi qabarardı. Oğlu Murovda xidmət edirdi. Üç aydan təxris olacaqdı. Kiçiyinin də prikazı çıxmışdı. Onu da uzağı bir həftəyə aparacaqdılar. Qonşudan üç nəfər birlikdə əsgər gedəcəkdilər. Bunlardan biri də  Murad Daşdəmirovun oğlu idi. Ancaq bilirdi ki, bu oğlunu əsgərə göndərən deyil. Axşam seyvandakı taxtda oturub tənbəki qəlyanını çəkirdi. Elə bu vaxt Murad Daşdəmirovun son beşiyi qapıdan içəri girib çığırmağa başladı:-Əlibala əmiii..Ay Əlibala əmi… -Nədir ay bala -Sabah qardaşımın əsgər qonaqlığıdır.Atam deyir bir az erkəndən gəlsin əl ayaq etsin. Tənbəkini kənara qoyub- Yaxşı ay bala, bir iş çıxmasa gələcəm arxayın olsun dədənə denən. Elə oğlanın qapıdan çıxmasına bənd idi ki, söyüşü süyüşün arxasıyca caladı. –Ay sənin atanın goru çatdasın. Ə sən nə vicdansız adamsanmış. Bir mən yazıq binəva bilmirdim mən də dünən üşitdim ki, oğluna kağız alıb voyankuma vermisən. Guya uşaq xəstədir. Kələ axşayır bunun nəyi xəstədir. Utanmaz-utanmaz indi də qonaqlıq edib millətdən pul yığmaq fikrinə düşüb. Sənin gözünü torpaq doydursun.-Sonra nə isə fikirləşib-Heç torpaq da doydurmaz bu zalımın gözünü-dedi. Axşam bütün  qohum qonşu bir yerə toplaşıb deyib gülürdülər. Zamin Daşdəmirovun gözünə girmək üçün onun nə qədər qohumpərəst olduğundan danışır, Yaşar ona xoş getsin deyə oğlunun tərbiyyəli, özündən böyüyə hörmət qoyduğundan ağız dolusu danışırdılar. Əlibala ürəyindəkiləri dilinə gətirmək istədi, sonra –lənət sənə şeytan-deyib fikrindən əl çəkdi. Axı bilirdi ki, bu böyük-kiçik yeri bilən oğlu elə bu Yaşarın özünü kül-palaz edib salmışdı yerə. Özüdə adicə bir şeyin üstündə. Daşdəmirovun oğlu maşını sürətlə sürdüyündən gölməçədəki çirkli su Yaşarın üztünə sıçramışdı. Yaşar da haqlı olaraq deyinmişdi. Elə buna bənd imiş kimi uşaq maşından düşüb bunu nəyi var çırpmışdı. Axır söz dönüb dolaşıb Əlibalaya çatdı. –Hə qonşu kişi gərək bərkə boşa dözsün. Çətinçlik görsün. Buna görə də əsgərliyə getmək lazımdır. Boşuna deməyiblət ki, əsgərlik kişilik mətəbidir. Odey mənim böyük oğlum on beş aydır Murovdadır. Borcudur əsgərliyini çəksin. İnşallar üç-beş günə balacanı da yola salıram. Gərək “voyannı bilet” alanda da kişi kimi alasan. Day nənənin kəfən puluna, dədənin puluna almayasan. Deyəsən Əlibalanın sözləri Daşdəmirovu yamanca tutmuşdu. Ağzaını açıb bir söz deyə bilmirdi, ancaq ilan sancmış kimi vurnuxurdu yerində. Musa sözə qarışıb- Hə də günah bunlarda deyil ki, günah onları zorla əsgərliyə aparmayandadır. Kimin balası kimdən artıqdır. Əsgərliyə aparmırlar, özü də hərbi biletlərini verib hələ bir təşəkkür də edirlər. -Ay qonşu əslində düz edirlər.-Əlibala sözə qarışdı. –Belələrinin əsgərliyə aparmaq olar? Özləri könüllü gedib erməniyə satqınlıq edərlər. Belələrinin yeri elə nənələrinin dizinin dibidir. Səngərdə satqınlıq edəcəklərinə qoy elə burda otursunlar. Heç olmaya namərdlik edə bilməsinlər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma