O tərəflər…

O tərəflərin yazı yayı daha gözəl olur. Təbiyyətinin füsünkarlığı, cah cəlalı bir sözlə insanı ovsunlamaq üçün burda her şey var.

93-dən bərə bir hissəsi ermənistan tərəfindən işğal olunan Fizulidən danışmaq isdəyirəm. Bəlkədə deyəcəksiniz hansı cah-cəlaldan dəm vurursan xaraba qalmış kəndlərini görməmisənmi? Bəli görmüşəm həmdə aylarla o dağılmış, yandırılmış evlərin arasından keçərkən ürəy ağrısını hiss edərək görmüşəm. Rayon mərkəzinə gedən yolun qabağını kəsən daşları, ot basmış asfalt yolun bütün ağrı acısını sinəmdə çəkərək izləmişəm.

Ancaq nə dağıntılar, nədə ki millətin bu torpaqlara qarşı vəfasızlığı onun cah-cəlalını poza bilməyib, qürurunu qıra bilməyib.

Hələ Fizulinin bizdə olan kəndlərinin tarix hopmuş daşları, küçələrini demirəm. Insanı özünü başqa aləmdə hiss edir buralarda.

Aprel may aylarında uzaqdan da olsa görmək olur Fizulini. Alxanlıdan baxdıqca o dağları, dağların döşündə üstü parıldayan evlər, gecələr yollarında ulduz kimi sayrışan işıqlar. Bu gün o Fizulinin işığını erməni yandırsada, o üstü parıldayan evlərində düşmən yaşasada bizimdir o ellər, o obalar.

İnsan hərbi xidmətdə olanda daha çox əzab çəkir. Silah əlində, erməni səndən ən uzaqı yarımsaatlıq məsafədə amma heç nə edə bilmirsən. Bəzən bir daş məsafəsində dayanıb torpağın bağrında oyulmuş səngərdən baxmaq incidir insanı. Gözlə görüb ayaqla gedə bilməmək toxunur insana. Mən orda əmin oldum ki, biz heç də düşməndən qorxmuruq, qorxub qaçmamışıqda. Biz kimlərinsə qurbanına çevrilmişik. Avtomatına söykənib yanıqlı yanıqlı oxuyan əsgərin gözlərində gizlənib xilasımız.

Əmim Fizuli döyüşlərində iştirak edib. Yanıma gələndə gözlərinin dolduğunu unuda bilmirəm. Gün ərzində onlarla insanın gəlib uzaqdan dədə-baba yurduna baxması, döyüş yoldaşlarını xatrlayıb ağlayanların göz yaşları insanın ruhuna xəncər kimi saplanırdı.

Amma Fizuli o cahcəlalını hələ də insanın ruhunda hiss etdirir. Ora başqa dünyadır. Orda tarix özü danışır hər şeyi insana.

Yazmaq istəyib yaza bilməyəcəyi hisslərlə dolur insan oralarda. Qarşımızdakıların da kim olduğunu orda öyrəndim, arxa arxaya atılan iki güllədən qorxub yuvalarına doluşan dovşanlardan seçilməyən düşmən dayanıb qarşımızda.

Advertisements

Azad “Məhbus”

azad mehbus

Dərindən ah çəkib gözlərini divarın yuxarı küncünə zillədi. Bir anlıq elə bildi ki, yuxarıdan aşağı nəysə süzülür. Həm də qapqara qan. Aşağı doğru divarlarda şıram açaraq ağır-ağır axırdı sanki. Yuxu görmədiyini bilirdi. Onu da bilirdi ki, son günlərin yorğunluğu, stresinin nəticəsi idi bütün gördükləri. Ancaq həqiqətən divarın, çala kötürləşmiş daşların rəngi fərqli idi. Nə qara kimi qara deyildi, nə də kir rəngi deyildi.

Bu illərlə  kamerada günahsız insanların ah naləsinin, iztirabının daşın bağrına qazıdığı rəngi idi. İki aya yaxın idi burda idi amma indi diqqət etmişdi buna. İzdirabın rəngi. Özü qədər rəngi də can sıxıcı idi.

Sonra yavaş-yavaş dostlarından, ailəsindən aldığı məktublara baxdı. İçindən birini əlinə alıb hər zaman etdiyi kimi burnuna yaxınlaşdırıb bərk-bərk qoxladı.

Oxumağa davam et