Heydərin goru


28b1f025805fÜstüaçıq kəndinin yuxarı məhəlləsində deyəsən yenə işlər fırıxdır- Molla Maksim öz-özünə donquldandı. Tozlu əllərini bir-birinə çırpıb əlini belinə qoyub ufulduya-ufulduya dikəlməyə çalışırdı. –Zəhrimara qalsın bu ağrılar axırıma çıxacaq bir gün. O qədər kələm suyu içdim yenə də bir xeyiri olmadı mürtədin.

İllərin üzündə buraxdığı izlər açıq aşkar hiss olunurdu molla Maksimin. Beli əməllicə bükülmüşdü, ağzındakı dişlərini bir gülərkən, birdə yağlı əlləriylə plov yeyərkən saymaq olurdu. Bir birindən küsüb, uzaqlaşmış qohum əqraba kimi hərəsi bir tərəfdə qalmışdı. Hələ bunun molla olması bir başqa aləm mövzudur. Hərçənd ki, mən bu gün ondan bəhs etməyəcəm bəlkə sonralarda Maksimin necə molla olmasından da söz açdım sizlərə.

Molla yolun tinindən məhəlləyə təzəcə girmişdi ki, küçədə bir hay-şüvən başladı ki, gəl görəsən. Molla Maksim elə bildi qiyamət qopub yuxarı məhəllə üstünə gəlir. Yazığın rəngi-ruhu necə qaçdısa sifəti tozun rəngindən seçilmirdi. Gənclər tez mollanın qoluna girib çəkə-çəkə Məşədi Cümüşün evinə sarı apardılar.

Molla gah sağındakına, gah solundakına baxır, nə baş verdiyini öyrənmək istəyirdi, di gəl ki, heç nə başa düşə bilmirdi.

-Ay atam balası hara çəkirsiz məni? Mən yazıq öldüm axı, nəfəsim kəsildi.

Qıraxdan baxan elə bilərdi ki, molla Maksimi dar ağacından asmağa aparırlar.

Axır gəlib məşədinin darvazasının ağzında mollanı buraxdılar. Yazıq palaz kimi yerə düşməmək üçün özünü zorla saxlayırdı.

-Molla əmi başına dönüm, qadanı alım al mənim balamı bu insafsızın əlindən-məşədi sir sifətini cırmaqlayıb özünü mollanın ayaqlarına saldı.

-Ay məşədi düzəməlli başa sal görək nə baş verib? Bu camahat niyə yığılıb bura?

-Niyə yığışacaq bunun qotur oğlu bizim ala keçinin ayağını vurub sındırb- rus Məmiş özünü ortaya atdı.

– Həə? Məşədi sən elə başsız buraxmısan oğlunu? Ay sənə qənim olsun getdiyin torpaqlar, balam niyə yetiminə tərbiyyə vermirsən? Bu urus yazıq indi neynəsin çolaq keçini?

Hamı diqqətlə molla Maksimə qulaq asırdı. Elə bil ağzından çıxardacağı hər kəlməylə dünyanı tərsinə çevirəcəkdi. Molla tülküyə oxşayan sifətini məşədiyə tərəf çevirdi.

-Məşədi bu məsələ elə-belə məsələ deyil haa. Sən oğlunu gərəkdir ki, gətirib verəsən bu urusa. O da, oğlunun bir ayağını qırsın ki, ədalətli olaq. Yoxsa..

Elə bu vaxt məşədi bir ah-nalə qopardı ki, gəl görəsən. –Ay başınıza dönüm, mənim yetim gədə həmin vaxt mənimlə olub eee, özüdə qoyunların üstündə durub.

Molla bir qədər də sifətinə yaraşmayan ciddiləşib – Şahidin var?

-Var başına dönüm. Biri elə mən özüm, birdə ki, qoyun quzu hamısı ordaydı.

Molla bu dəfə üzünü rus Məmişə çevirib – urus deyəsən barışmalı olacaqsız. Daha olan olub, keçən keçib. Bu boyda məşədi yalan deməyəcək ki? Lap tutaq ki, məşədi yalan danışdı bir sürü qoyunun içindən biri düzünü deməyəcək? Əlbəttə deyəcək. Qoy bir də məşədi and içsin çıxıb gedin xarabanıza.

Rus Məmiş dodağında donquldasa da razı oldu. –And iç məşədi.

-O torpağın altındakı balamın, Heydərin goruna and olsun ki düz deyirəm.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma