İsrail Azərbaycanı niyə qəbul etmir?


Azerbaycan bayrağı

Peres İsraili təmsil edirsə, İ.Əliyev hansı ölkəni təmsil edir? Bəlkədə İsrail bir dövlət kimi, bizi önəmsəmədiyini bu yolla etiraf edir?! Azərbaycan adlı ölkənin varlığı onun üçün heçnə ifadə etmir? 

 

Bayraqları bayraq edən üstündəki qandır

Torpaq əgər uğrunda ölən varsa vətəndir.

Bu bayraq uğrunda az qanlar axmayıb, az qan tökülməyib. Bu torpaq uğrunda minlərlə ölənimiz, şəhidimiz var. Gəl gör ki, qafil fələk bizi hardan hara gətirdi.

Bayrağın mədəniyyətlər tarixində xüsusəndə şərq dövlətçilik ənənələrində böyük önəmi var. Bu önəm sadəcə bu bayraqların dövlətin rəmzi olmasından qaynaqlanmır. Bayrağa qarşı müqəddəsiyyət onun uğrunda ölənlərin ruhuna qoyulan hörmətdən yaranır.

419872_370004876351524_704657675_nÜç rəngli bayrağımızın bu gün başımızın üzərində durması o qədər də ucuz başa gəlməyib bu millətə. Müsavat hərəkatının apardığı mübarizənin sonucunda 24 İyun 1918ci ildən bəri başımızın üstündə dalğalanan bayrağımıza qarşı son zamanlar  etinasızlıq, hörmətsizlik əndazəsini aşıb.

Dövlət binalarının qabağında rəngi rənginə qarışmış , parçası dolanmış bayraqlara görəsən nə vaxtsa nəzarət olunacaq? Görəsən bayrağın əsl mahiyyətini dərk edəcəkmi bizim dövlət məmurlarımız?

Məncə boynunun arxası ətlənmiş, qarın bağlamış məmurların vecinə olmayacaq dəyərlərimiz. Hələ bu dövlətin ən üst zirvəsi bayrağa qarşı diqqətsiz yanaşırsa başqalarına nə deyəsən?! Necə deyərlər balıq başdan iylənər.

Keçmiş müdafiə nazirimiz İranlı həmkarıyla görüşdə bayrağımız tərs asıldı, dövlət tərəfindən hər hansı reaksiya, açıqlama, üzr320910_002 adına bir cümlə də səsləndirilmədi.

İ.Əliyevin İran səfərində yenə də İranda bayrağımız tərs asılır. Amma bu dəfə Ə.Qarayev iranlı həmkarı ilə görüşdə mövqe ortaya qoyub eyni cür davranmışdı.

Olimpia yarışlarında bayrağımız tərs tutuldu nə xalq etiraz etdi, nə də dövlətin başı açıqlama verdi.

İndi də ölkə prezidenti İsrail prezidenti ilə görüşür masada sadəcə israil bayrağı var. Peres İsraili təmsil edirsə, İ.Əliyev hansı ölkəni təmsil edir? Bəlkədə İsrail bir dövlət kimi, bizi önəmsəmədiyini bu yolla etiraf edir?! Azərbaycan adlı ölkənin varlığı onun2CF4DF48-4AB6-4E15-B735-CE8942E79527_mw1024_n_s üçün heçnə ifadə etmir?  Səbəb nə olur olsun nəticə etibarı ilə bu ölkədə dəyərlər adına heçnə qorunub saxlanılmır. Yox gərək işin haqqını yeməyəsən. Sahib çıxdıqları da var: Sarı gəlin, buta, dağdan daşdan dəm vuran şairlərin toz basmış şeirləri birdə muğam kimi.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma