2200 cü il.

ImageUşaq ikən hansımız nənələrimizin, babalarımızın danışdıqları qəddar padişah və ona qarşı mübarizə aparan xeyirxah qüvvələr haqqında eşitməmişik ki?

Hamımız uydurma Basatın divi necə əzdiyini, sehirli çomaqlı cadugarların bir ovsunla hamını təsir altına saldıqlarını xəyallarımızda canlandırıb yatmışıq gecələri.

Maraqlıdır bundan ikiyüz il sonra nənələr nəvələrinə nə danışacaqlar? Amma əminəm ki, onlar min il əvvələ getməli olmayacaqlar.

Biri vardı biri yoxdu. Zəngin bir diyarda ikiyüz il əvvəl bir padişah yaşayırdı. Bu padişah həm qəddarlığı ilə insanların qəlbini ələ keçirmiş, həmdə sehirli çomağı ilə onları xöşbəxt olduğuna inandırmışdır. Amma zaman keçir illər dövr edir bir qrup bığ yeri yenicə tərləmiş gənc sehrli çubuğun təsirini yox edən iksiri kəşf etmişdilər. Onlar bu iksiri heç bir qarşılıq tələb etmədən xalqa paylayırlarmış. Xalqın bir hissəsi sehrləndiyini qəbul edib bu iksirdən içsədə çoxu bundan imtina ediblər.

Amma bu gənclər yorulmadan, usanmadan yollarından əl çəkməyiblər. Bundan xəbər tutan padişah çox əsəbləşib. Bütün əyan əşrəfini yanına yığıb bu gəncləri məhv etmək üçün əmr veribmiş. Padişahın əsgərləri gənclərin arxasınca düşüb, onlara zülm etməyə başlayıb. Əsgərlər həmdə xalqın arasında gənclərə inananları da cəzalandırırmış. Neçə neçə anaları gözü yaşlı, balaları yetim qoyublar.

Hər gün meydanlarda dar ağacı qurub bunları ya edam edir, yada həbs edirlərmiş. Amma gəl gör ki, bütün bunların heç bir nəticəsi olmurmuş. Günlər keçdikcə padişahın sehirli əsası gücünü itirimiş….

Bu cəngavər gənclərin axırı necə olub, nələr baş verdiyini tarix özü danışacaq sizlərə.

namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi