Gürcüstan və Azərbaycan-iki qonşu ölkə, iki keçmiş sovet ölkəsi, iki inkişaf etməkdə olan ölkə, ikisinin də xalqı yeyib içəndi, ikisində də bomba qaqaşlar var, ikisində də qızlar fake profillə oqlanlarla yazışır, ikisinin də prezidenti gəncdir, ikisi də parlamentli respublikadır…… ancaq eyniləşmə bir yerdən sonra qırılır və iksindən biri, yəni Gürcüstan demokratiyalaşma mərhələsində bizi çoxdan qabaqlayıb.
Çox maraqlıdır ki, bu ikilidən ikisində də son zamanlarda ölkə ictmaiyyətini maraqlandıracaq hadisə baş verdi. Olarda həbsxanada zorakılıq, bizdə isə “qaynananın deputat alveri”.
İndi baxaq görək hansında reaksiya nəcür oldu: Gürcüstanda kütləvi etirazlar başladı, sonra bu cür proseslərin ən aparıcı qüvvəsi hesab edilən tələbələr gecəliklə etiraz edib küçələrə töküldülər, iki nazir istefa verdi, prezident vətəndaşlardan üzr istədi. Səbəb isə bir neçə dustaqın döyülməsi və zorlanmasıdır.
Keçək bizə: Küçələrdə maşın səsindən başqa səs eşidilmir, televiziya kanalları ölkədəki “hər saniyə gedən inkişafdan” danışır, tələbələr smestr imtahanlarına pul toplayır, axşamlar bulvarda qız dalıyca gedir, heç bir şəxs istefaya zada göndərilməyib, hakimiyyət də xalq da susur. Səbəb isə doqquz milyonun hər gün mənən döyülməsi və zorlanmasıdır!
cox duzgun yazibsan.(ancaq Azerbaycan kagiz uzerinde de olsa prezidentli respublikadir,palamentli yox.)
maraqli yazilib,sekilide cox beyendim..Kreativ dusunmusen :))
tesekkur edirem