Müəllimlərə müjdə.


Müəllimlərə Qubada bir həftəlik istirahət paketi imkanı. Axır ki, bir yenilik oldu. İstifadə etmədən əvvəl oxuyun 🙂

emek haqqı

Özümü Nyuton, Enşteyn, A.Smit, Durkaym, H.Davy,  Donald Kitik və s.və ilaxırlar kimi xöşbəxt hiss edirəm. Axır ki, mən də bunlar kimi yeni bir şey kəşf etmişəm. Heç inanmıram ki, bu alimlər yaşasaydılar mənim ağlıma gələn oların ağıllarına gələrdi.

Hə bayaqdan demək yadımdan çıxıb təzə kəşfim “Müəllimlərimizə bir həftəlik istirahət pakedi”dir. Gözümü açandan hamı maaşların az olduğundan şikayət edir. Mən bu yazımda sizlərə elə olmadığını sübut edəcəm. Azərbaycanda müəllimlərin aldıqları orta aylıq əmək haqqının nəinki sadəcə yeməyə bəs etdiyini hətta bir həftəlik Qubada dincəlməyə yetəcəyini gösdərəcəm.

Niyə məhz Quba?

Çünki Bakı o qədər də ideal yer deyil dincəlmək üçün. Dincəlmək üçün gərək bir iki gün özünü dağa vurasan. Təbiyyətin qoynunda dincələrsən. Nə isə keçək əsas məsələyə. Bizim müəllimlərimizin xarici ölkələrdəkilərdən pis yaşamadıqlarının əyani şahidi olmaq üçün əvvəlcə bəzi statistiki məlumatlarla tanış olaq. Baxaq görək digər ölkələrdə müəllimlərin əmək haqları nə qədərdi.

Rusiyada minimum 600 dol.

Gürcüstanda 400-600dol.

Avropada 1500-3500 dol.

Amerikada 4000-5000dol.

Türkiyədə 800-900 dol.

Hələ bu nədir ki, siz bizdəki rəqəmi görəndə gözlərinizə inanmayacaqsınız.  Düüzzzz __220__ AZN.

Və nəzərə alsaq ki, yuxarıda yazılan ölkələrdə müəllimlərdən istilik pulu, süpürgə pulu, müdürün nənəsinin ad gününə, atasının ilinə hədiyyə pulu yığılmır bizim müəllimlərin nə qədər qənaətcil, bədxərc olmadıqlarını görərsiniz.

Ancaq buna baxmayaraq müəllimlərimizin aldıqları əmək haqqı imkan verir ki, Qubada bir həftə dincələ bilsin. Özü də nə az nə çox DÖRD ULDUZLUsunda.

“Bunun üçün Qubada dincəlmək isdəyən müəllim bir aylıq əmək haqqını qorxmadan, çəkinmədən atır cibinə, düşür Qubanın yollarına. Gəlir 4 ulduzlu otellərdən birinə. Bu arada burdakı otellərin bir gecəsi 50-120 EUR arasında dəyişir. Bizim pulla desək demək olar elə 50-120 manat. Çoxda bərdxərclik eləməmək üçün 50EUR olan otelə yerləşir. İnfoya bir gecənin pulunu ödəyir deyir ki, bəs pulum kartdadır sabah qalanını verərəm. Obşim 50manatını verir otelə. Gedir bir gecə dincəlir oteldə. İkinci gün də İnfodakı qızın gözünə görünməmək şərti ilə oteldə qalır. Səhəri gün bir yolunu tapıb çıxır oteldən. Beləliklə müəllim 50AZN qabağa düşür. Qalır beş günü yola vermək ki, o da çətin məsələ deyil. Qalan 150 manatdan 20manat yol pulu ayırır. Qalan beş günü də, səhərlər mağazalardan sosiska çörək, günorta dönər-ayran, axşam da supdan zaddan içir. Qalmağa yer zad da lazım deyil. Millət gedir günlərlə dağda, meşədə çadır qurub qalır. Müəllim də elə təsəvvür etsin ki dağda çadır qurub. Uzanır parkda skameykada beş günü də beləcə yola verir. Hələ geri qayıdanda cibində 10-15manat pul da qalır.”

DENEMEYİN TAMAMEN HAYEL ÜRÜNÜDÜR!!!

Advertisements

Müəllimlərə müjdə.” üzərində bir şərh

  1. duz hesablanmayib. bes niye 220 manatdan faiz pulunu,qezet pulunu ve diger onemli xercleri cixmamisan? bunlarida cixanda ortalama muellim maasi duz 120 manat olur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma