25 may…. stəkan əməliyyatı


Dövlət təhlükəsizlik idarələrində həyəcan siqanlı verilmişdi. Avroviziya qabağı ölkənin imicinə xələl verə biləcək bütün qüvvələr neytrallaşdırılmalı idi. Polislər, qara pencəklilər, qolu zorlular bir sözlə el qəhrəmanlarının hamısı hazır vəziyyətdə əmr gözləyirdilər. Axır ki, gözlənilən əmr verilmişdi. Polis maşınları şöbələrdən sovetlərin üzərinə şığıyan alman tankları kimi arxa arxaya çıxırdılar. Bu gün xalq düşmənləri, dövlətçilik imicinə zərər verəcək bütün qüvvələr susdurulacaqdı.

Qarşı tərəf də dinc dayanmamışdı bu müddətdə. “Satqınlar” əvvəlcədən Amerikadan, Fransadan, İngiltərədən təlimatlandırılmışdılar. “Nə olursa olsun mane olmalısınız.”

İnqilabçılar hər zamanki kimi Kələkidə toplaşıb burdan hərəkət edəcəkdilər. Azərbaycan İnqilab Komitəsinin üç üzvü Samir, Namiq, Pünhan kələkidə çay içə-içə söhbət edirdilər. Namiq o gün hər zamankindən daha xöşbəxt görünürdü. Özünə qız tapmışdı. Geyim keçimindən də hiss olunurdu ki, qızla görüşəcək. Çaynikdəki çay bittikdən sonra Namiq üzünü Samirə tutub:

-Bəy mən getməliyəm eee…

-Hara gedəcəksən? Oturmuşuq da…

-İşim var a bəy..

Pünhan Namiqlə zarafatlaşmaq qərarına gəldi.

-Yenə qız tutmusan?

Samir hər zamanki kimi söhbətə qarışıb

-Məzələnmə dəə. Get Namiq işində ol.

Namiq getdikdən sonra iki inqilabçı limonlu çayın müşaiəti ilə söhbətlərinə davam edirdilər. Uzun söhbətdən sonra Pünahan:

-Tualetə gedib gəlirəm..

Sözünü yenicə bitirib ayağa qalxmışdı ki, sivil geyimlilər Samirə hücum etdilər. Nə baş verdiyini anlamadan polis geyimlilərdə işə qarışdı.

-Qalx gedirik.

-Hara gedirik?

-Əəə sənə deyirəm qalx gedirik. Hara getdiyini gedəndə öyrənərsən.

– Niyə getməliyəm eee. Getmirəm. Hansı haqla məni çay içən yerdə tutub aparırsınız.

-Əə davay stollu zaddı aparın bunu.

Samiri oturduğu stolu ilə biryerdə polis maşınına qədər apardılar. Qəribəsi isə orasında idi ki, Samir gilin stolun yanında tanınmış aktyorlar oturmuşdular, mürəbbəli çay içirdilər. Samirə polislər hücum edəndə elə bil oların da stola Amerika nüvə bombası atmışdı. Hərəsi bir tərəfə qaçışmağa başladı. Az qala biri qabağındakı şam ağacına dırmaşacaqdı qorxusundan. Görən olsaydı elə bilərdi ki, toyuq hininə çakkal doluşub.

Samiri polis bölməsinə gətirəndə gözlərinə inanmadı. İnqilabçıların hamısı burdaydı. Namiq, Pünhan, Emil, Səxavət, Əbülfəz bir sözlə bütün inqilabçılar. Ama içəriyə girəndə içəridə vurçattasın vardı. Samir qabağa getməyəçalışdı ancaq bacarmadı. Birdən ağlına gəldi ki, əlli kvadrat metr otağa yetmiş inqilabçını doldurublar. Səsindən tanamışdı səsküy salan Şirinbacı anaydı.

Əlləri ilə reşotkaları silkələyir, dişi aslan kimi sağa sola hecum edirdi. Evi sökülmüşdü, indi də həbsə atmışdılar. Əllərini reşotkadan çıxarıb sağa sola caynaq atırdı. Qapıdakı polis serjantı onu sakitləşdirməyə çalışsa da yaxın gəlməyə qorxurdu. Bilirdi ki, əlinə keçsə mitilinə atacaq. Axırda aralarında qərara gəldilər ki, Şirinbacı ananı azad etsinlər. Yoxsa həbsxananı əlləri ilə söküb başlarına yıxacaq.

-Buraxın məni əclaflar. Siznən deyiləm?

-Sakit ol ay vətəndaş buraxacağıq səni.

-Köpəy oğlu elə buraxacağıq deyir ki, elə bil yalvarıb girmişəm içəri.

Bir neçə dəqiqədən polis serjantı qapını açıb kənara çəkildi. Şirinbacı xala xarici kinolardakı baronlar kimi əvvəlcə sağa sonra sola baxıb ağır addımlarla irəliləyib gözdən itdi.

İzahat almaq vaxtı çatmışdı. Əvvəlcə Namiqi içəridən çıxardıb Rəsin yanına apardılar.

Rəsi yumuşaq kreslosunda oturub Namiqi başdan ayağa süzdü. Namiq elə bildi ki, bu dəqiqə gəlib meyitinə salacaq.

-Namiq sənsən?

-Mənəm.

-Avroviziya günü inqilabçı yoldaşlarınla Amerikadan aldığınız silahlarla saraya saldıracaqdınız?

-Nə silahı, nə sarayı? Mən…..

Sözünü yarıda kəsib Namiqin üstünə qışqırdı.

-Mən nə dediyimi yaxşı bilirdim. Əgər planınız yox idisə onda nə gəzirdin çayxana da. Sonra da qalxıb hara gedirdin?

-Ay rəis başına dönüm vallah qızla görüşəcəkdim.

Qız sözünü eşidəndə rəis elə reaksiya verdi ki, elə bil Qarabağı 2saatda almağın yolunu tapməşdı.

– Deməli qız haa. Deməli qadın qollarınız da var? Əlaaaa… Danış, danış görürəm ağıllı oğlana oxşayərsan.

-Ay rəis nə qadın qolları, nə hücumu?

-Kəs səsini. De görək qız hardadır? O hansı çayxanada çay içir. Onu da həbs etməliyik. Dövlətçiliyimizə ciddi zərər verə bilər.

Namiqlə uzun uzadı dövlət və dövlətçiliyimizə vurulan zərbədən danışandan sonra yanındakına işarə elədi ki, get Samiri gətir.

Samir yanında polis serjantı ilə rəisin otağına girib qapının qabağında dayandılar. Polsi rəsisi kreslosundan qalxmağa cəhd etdi ancaq bacarmadı. Göbəyi imkan vermirdi ki, yerindən qalxsın. Güc bəla ilə yerindən qalxıb Samirə yaxınlaşdı.

-Deməli Samir sənsən hə? Məndə elə bilmişdim əməlii başlı boy buxunlu oğlansan. Bu boyda boyunla uşaqlara başçılıq edirsən əə?

-Mən heç kimə başçılıq etmirəm. ümumiyyətlə məni niyə bura gətirmisiniz?

-Necə yəni niyə gətirmisiniz. Bir saatın içində əlli dənə qanun pozub ölkəmizin imicinə zidd hərəkətlər eləmisən. Bulvarda çay içirdin?

-Hə içirdim nə olsun ki?

-O olsun ki, sən orda dörd manata mürəbbəli çay içirsən ancaq hamının orda oturub çay içməyə pulu çatmır. İnsanlar da səni görür hakimiyyətə qarşı çıxırlar. Olar da sabah bulvarda dörd manatlıq çay içmək istəsələr necə olacaq? Xalqı üsyana sövq edirsən. Cinayətkarsan.

Orda çayına limon salıb qarışdırmısan?

-Həə…Mən başa düşə bilmirəm ee bunun nə dəxli?

-Dəxli odur ki, sən və sənin kimilər o gün eyni saatda stəkanı bilərəkdən, qəsdən bərk-bərk qarışdırıb səs küy salmısınız. Ictimai asayişi pozmusunuz. İnsanları narahat etmisiniz. Gələn turistlər də elə biliblər ki, bu səslər bizim milli musiqimizdir. Utanmadan hələ bir nə olsun ki, də deyir. Bunun sir sifətinə bax bir. Xainlərsiniz hamınız kökünüzü qazıyacam sizin.

Samir içəri daxil olanda bilmirdi ki, gülsün ya əsəbindən söysün. Uşaqlardam Emili xəbər aldı. Bayaqdan gözünə dəymirdi.

-Emil hardadır?

İndi apardılar rəisin yanına.

-Gəl Emil məllim. Sənin də ipini ələ keçirdik axır ki. Bunun vidinə fasonuna bax sən.

Emil söyməmək üçün özünü zor tuturdu. Əsəbi halda əlini cibinə salıb jurnalist vəsiqəsini çıxartdı.

-Siz bilirsiz kimi tutmusunuz? Mən jurnalistəm eee jurnalist. Çıxan kimi yazıb hamınızı biyabır edəcəm. Mən BBCnin, CNNin jurnalistiyəm ee. Hillari Klintona səni şəxsən şikayət edəcəm. Azadlıq newsda səni yıxıb sürüyəcəm. Avropa İnsan haqları məhkəməsinə şəxsən müraciət edəcəm.

Emil sakitləşmək bilmirdi. Rəis axırda serjanta göz vurdu ki, burax bunu getsin. Axırda başımıza oyun açacaq. Emil o gün şüvənniyi sayəsində Şirinbacı anadan sonra buraxılan ikinci adam idi.

O gün bəzisini beş saatdan, bəzisini on saatdan buraxmışdılar. Ama hələ də bölmədə gərginlik davam edirdi. Serjant əllinci dəfə tutulanlarla dindirilənlərin siyahısını qarşılaşdırdıqdan sonra qərara gəldilər ki, Pünhan qaçıb. Rəisin rəngi un meşoğu kimi ağ appaq idi. Serjantlar qorxusundan tir-tir əsirdilər. Bəlkə də altını batıranları da vardı aralarında. Rəis telefonu qaldırıb cinayət serch bölməsinə zəng etdi.

-Alo salam X məllim. Necəsiniz? Bölmədən cinayətkar qaçıb. Dövlətimiz və Dobroviziya yarışması təhlükədədir. Mortsad  Şüşə zalda daha da qüvvətləndirilmiş rejimdə işləməlidir.

Bir saat içində bütün bölmələrə, dövlət qəzetlərinə, Baztvyə Pünhanın şəkilləri paylaşdırıldı. Axşamlıqla bakının mərkəz küçələrinə Pünhanın şəkilləri yapışdırıldı. Baztv adətini ilk dəfə pozaraq üç yüz illik lentləri yayınlamağı dayandırıb Pünhanın xarici görünüşü və nə edə biləcəyi haqqında danışdı.

Səhər açılanda Pünhan yuxuya getdiyi küncdən əsnəyə-əsnəyə qalxıb ətrafa göz gəzdirdi. Ortalıqda heç kəs yox idi. Yerindən sıçrayıb reşotkaları silkələyib, avazı çıxdığı qədər bağırmağa başladı.

-Ala bəs mən? Yekə kişisiniz əəə məni niyə oyandırmamısınız…… Qorxusundan yerində əsirdi. Elə bilmişdi ona ömürlük zad veriblər.

Serjantlar sevincək halda reşotkanı açıb Pünhanı buraxıb rəsin yanına qaçdılar. Aydın oldu ki, Pünhan küncdə yatdığına görə görməyiblər onu. Baztv on doqquz saatlıq aradan sonra yenidən öz axarı ilə davam etdi o gün.

Səhər məlum oldu ki, o gün Ülvi Həsənlini də şöbədə tapmayıblar. Buna qəzəblənən rəis serjantları Ülvi gilə göndərib.

Qapını açanda məlub olubmuş ki, o gün onu da tutmalı imişlər yaddan çıxıb qalıb. Rəisin əmri ilə Ülvini elə ev paltariyla aparıblar bölməyə.

Cəllabadlı Təzəxanı da metrodan çıxarkən tutublarmış. Səbəb isə metrodan çıxarkən eskalatorlara zərər verici tərzdə çıxıb. Sağ ayağını atmalı ikən sol ayağını atıb.

Bir neçə gündən sonra İnqilabçıların tutulma səbəbi məhkəmə qərarı ilə açıqlandı.

“Dörd manatlıq çay içərkən, qəsdən bərk qarışdırıblar. Bunun nəticəsində asayişi pozublar, mentalitetimizə zərər vurublar.”

Advertisements

25 may…. stəkan əməliyyatı” üzərində 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma