Nağıl qəhrəmanları da PEYSƏR çıxdı. (OXUMA)


Nağıl qəhrəmanları da PEYSƏR çıxdı.

Kərəm aça bilməyib Əslinin koftasını

Ay nə bilim qaldıra bilməyib yubkasını

Vallah yalandır bunlar inanmayın nağıla

Axı neynim batmayır deyilənlər ağıla.

Nağıllar da yalan imiş, gopa basıb atalar

Atalar sözlərinin elə çoxları xətalar.

Məcnun dəli imiş eşqdən, səhralarda dolaşıbmış

Leyla özün naza qoyub, bəzən həddini aşıbmış

İNDİ DEYİM SİZLƏRƏ BU İŞİN ƏSLİ NƏDİR

MƏN DEYİM SİZ ÖYRƏNİN LEYLA KİM, ƏSLİ NƏDİR.

 

Məcnun elə aşiqmiş ki, həqiqətə kor olmuşdu

Leyla köhnə Leyla deyil, dəyişmişdi “zor” olmuşdu

Hər gün gedib kef çəkərmiş dərələrdə gədələrlə

Bəzən evə gəlməyirdi çöl bayırdan gecələrlə

Məcnunsa zənn eyləyirdi evindədir ay parəsi

Yox xəbəri Leyla olmuş şəhərin ən avarəsi

Gündüzləri əyləndirir var dövlətli gədələri

Padişahın vəziriylə keçirdirmiş gecələri

Düşünürdü nədə olsa evlənməyə lox olacaq

Heç kimsə yaxın durmasa Məcnun gələcək, alacaq

Zənn edəcək uşaqlıqda gördüyü həmin Leyladır

Əslindəysə həmin Leyla reallıqda bir xülyadır

Nə saflığı qalıb onun, nə hörməti məhəbbətə

Tək niyyəti hər fürsətdə girməkdir eyşi işrətə

Tək bu deyil həqiqətlə uyuşmayan dastanımız

Heç bilirsiz nə edirmiş qayalarda öğlanımız?

Bəhanəymiş Şirin üçün Fərhadın qaya qazması

Ay nə bilim Xosrovun da gəlib Fərhada qızması

Axı ağıl var məntiq var, qaya qazmaq nə mümkün

Axı gücü nədir ki qaya yarsın külüngün?

Yalanın bu boydası özzüm ölüm ayıbdır

Əsli bu: Şirin bizim Fərhadı fırladıbdır.

Xosrov ilə yataraq Fərhadı peysər edib

Bu peysərdə baş alıb durub dağlara gedib.

Necə olur o boyda div cırtdanla bacarmır?

Necə olur div onu mədəsinə aparmır?

Nağıllar deyir cırtdan qəhramanlıq eyləyib

Həyatdaysa o işin əsli elə olmayıb.

Cırtdanın nənəsini həmin div saxlayıbdır.

Nənəsinin xətrinə cırtdana baxmayıbdır.

Kərəm aça bilməyib Əslinin koftasını

Ay nə bilim qaldıra bilməyib yubkasını

Vallah yalandır bunlar inanmayın nağıla

Axı neynim batmayır deyilənlər ağıla.

Kərəm necə yanır ki, aça bilmir koftanı

Əminəmki lap başdan çıxartmışdı yubkanı

Koftanı da əliylə fırlatmışdı, atmışdı

O gecə səhərəcan heç biri yatmamışdı.

Koroğlu guya gedib oğurlayıb Eyvazı

Nağıllar Niyə demir Koroğlu illər əvvəl bədbəxt edib bir qızı

Qaçırdıb kəndlərindən öz nəfsi üçün qızı

Doqquz ayın sonunda qız doğubdur Eyvazı

Nigara kələk gəlib öz oğluydu o gədə

Oğlum deyib bağrına basmırdımı hər yerdə?

Kim özgəsin bu qədər sevə bilərdi axı

Axır ki ifşa etdim bu şeirimlə məddahı.

(ARDI VAR………)

20.04.2012

Advertisements

Nağıl qəhrəmanları da PEYSƏR çıxdı. (OXUMA)” üzərində 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma