Bakı Kristal Zalı təmirə bağlanacaq (flaş xəbərlər silsiləsindən )


Gecənin üçü olmasına baxmayaraq hələ də kitabxanadayam. Burda olduqda necə deyərlər mənə əməlli başlı “təb” gəlir. Özü də elə belə təb deyil uzaq görənlik, vergi kimi bir şeydir. 🙂 Yəqin ki, ətrafımdakı minlərlə kitabın təsiri ilə mənəvi şüalanmaya məruz qalıram. Fevral ayında verdiyim “Azərbaycanda Mart ayında çevriliş olacaq” vədi tutmasa da bu dəfə yüz faiz əminəm tutacaq. Tutmadı deyə məni qınamayın o dəfə yuxuda görmüşdüm, bu dəfə yuxu üçün ölürəm 🙂

Nə isə keçək mətləbə. Bilirik Azərbaycanda həmişə beynəlxalq proqramlara əla hazırlıq olub. İndi də öz qaydasında davam edir. Bakı Kristal Zalı hazır olur yavaş-yavaş. Hərzamankı kimi inşaat mühəndislərimiz “kəmiyyət keyfiyyətdən önəmlidir” prinsibləri daxilində hərəkət edirlər. Təbii ki, kimi büdcənin 75%i dekorasiyaya ayrılacaq 🙂

Sual oluna bilər ki, niyə? Niyəsi çox sadədir. Qonaqlar burda neçə gün qalacaq? Uzağı, daş çatlasa on gün. Binanın da keyfiyyəti buna imkan verir ki Bakı Kristal Zalı bir ay uçmadan, çökmədən ayaqda dursun. Bir aydan sonra uçsa da, uçmasa da onsuzda təmirə bağlanacaq.

Sonra da millət deyəcək xalqın pulunu batırdılar. Ay balam ölkədə işsizlik var deyən siz deyilsiniz? Alın bu da sizə iş. Bir aydan Bakı Kristal Zalında təzədən iş fürsəti, gedin dəyərləndirin 🙂

Hələ iş sadəcə onunla bitmir. Avroviziyanın şərəfinə salınan yollar, parklar nə bilim daha nələr bir sözlə son bir ildə üst-üstə qoyulmuş daş və betondan ibarət nə varsa hamısı sökülüb təzədən tikiləcək.

Diqqət!!! Bomba kimi xəbər-“Məncə bu qədər haqsızlıq yetər”. Niyə biz Avropa standartlarına görə hərəkət edirik? Hansı avropa ölkəsində bizim qədər standartlar təzələnir? Heç birində. Onda zəhmət çəksin Avropa Azərbaycan standartlarına keçsin. Müxalifətdən tələb edirəm təcili bununla əlaqəli mitinq təşkil edilsin. Haqqımız tapdanır, hüquqlarımız pozulur 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma