Çobanın vəsiyyəti


Bir diyar varmış uzaqlarda. Həm də çox uzaqlarda. O qədər uzaqdadır ki görməyimiz qeyri mümkündür. Rəvayətə görə o diyarda hər şey varmış. Yeraltı sərvətlər o diyarın altını, yer üstü sərvətlə üstünü doldururmuş. Gözəlliyi ilə gözlər qamaşdırırmış. İgidləri dünyada ad salmış. Bu diyarın gözəlliyinə heyran qalan neçə-neçə padişahar bu diyara sahib olmaq isdəmiş. Zaman-zaman bəziləri istəklərinə nail olmuş. Ancaq illər keçmiş o diyarda qeyri adi xəstəlik meydana gəlmiş. Kimsənin ağlına gəlməyəcək xəstəlik. İllər keçdikcə diyarın igidləri xislətsizləşmiş, xarakterini itirmiş, özündən uzaqlaşmış. Həkimlər toplanmış ancaq xəsdəliyə bir çarə tapa bilməmişlər. Ancaq bir şeyi kəşf etmişlər həkimlər. Xəstəlik illər keçdikcə insanları insanlıqdan çıxarırmış. İllər keçmiş həkimlərin qorxduqları baş vermiş. İnsanlar “qoyuna” çevrilmiş. Zaman keçdikcə diyarda yaşayan insanlar manqurtlaşmış. Sonra uzaq ellərdən bir çoban gəlmiş. Qabağında milyonlarla qoyunu gördüyündə sevincindən yerə göyə sığmamış. Artıq o da varlı idi. Milyonlarla qoyuna sahib olmuşdu. Ancaq çoban da dünyasını dəyişmək ərəfəsinə gəlmiş. Oğlunu yanına çağırtdırmış. Son nəsihətini vermiş: -Oğlum qoyunlarımdan muğayət ol. Olar ki, gələcəkdə bir keçi ortaya atılar qoyunlarını arxasıyca qayaya götürər. Olmaya icazə verərsən. Olar ölməyi gözə aldıqları gün xəstəlikdən xilas olacaqar. Bu sirri də heç kəsə açma. Əgər xəstəliklərdən xilas olsalar bu sənində mənimdə səltənətimin sonu deməkdir. Sənə yer üzündə, mənə də yerin altında rahatlıq verməzlər. İllər illəri qovmuş, fəsillər dəyişmiş, qoyunlar çoxalmış, çobanın səltənəti artmış ancaq qayadan atılmaq fikri qoyunların ağlına gəlməmiş. Qayaya tərəf gedən keçilərin başı vurulmuş qonaqlara ərmağan edilmiş. Atasının sirrini əbədiyyən açmamış heç kəsə. Sən demə bir nəfər bilirmiş bu sirri. Bir gün bu sirri hər kəsə demək qərarına gəlmiş. Sən demə o gün bu gün imiş. Bu gün sirri öyrəndiniz artıq. Axırın qapısını da özünüz açın. GEDİN ATILIN O QAYADAN. SİZ ATILIN Kİ, ARXANIZDAKILAR XİLAS OLSUN…!

namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma