Biz Ölmədik Siz Öldürdünüz

Tarix 630cu il. Doğma şəhərlərindən qovulan, illərlə zülm görmüş, yaxınları öldürülmüş insanlardan ibarət ordu. İstiqamət Məkkə. Allah vədini yerinə yetirmiş. Haq din olan İslam Ərəb yarımadasında günü gündən çiçəklənməkdədir. Vədə çatmış islam ordus dünyanın gördüyü ən şərəfli Kumandanın idarəsdində. Ordu Məkkəyə yaxınlaşır Kumandandan əmr var.

  -Yaşlılar öldürülməyəcək

-Qadınlar öldürülməyəcək

-Uşaqlar öldürülməyəcək

-Ağaclar kəsilməyəcək

-Silah çəkməyənlərə qarşı silah çəkilməyəcək.

İllərdir zülm gördükləri, Onun daşa basıldığı, yollarına əziyyət çəksin deyə tikan töküldüyü, namaz qılarkən başına pislik töküldüyü, uğrunda əmisini itirdiyi, qızını itirdiyi insaların üstünə gedərkən alınırdı bu qərar. Bir əmri ilə baş üstəndə baş qalmazdı. Bu günə qədər çəkdiyi əzabın qisasını almaq üçün bir əmri bəs idi. Ancaq o əff edirdi. Bağışlayırdı. Bu günə qədər qarşısında olanlar utanaraq ona gəlir, haq dininə girirdilər.

İl 1099. Qüds xaçlılar tərəfindən işğal edilmiş. Xaçlı ordusunun Kumandanı Qoldfrei kilisəyə girə bilmək üçün 70min müsəlmanın cəsədini tapdayıb keçdi. İllər sonra Səlahəddin Əyyubi Qüdsü fəth edərkən şəhərdəki işğalçılar əff edilirdi.

İl 1915 Çanaqqala. Türk müsəlman əsgər həyatını təhlükəyə atıb anzak əsgərini ölümdən xilas edərkən İngilis bombardımançıları Türk əsgərinin müalicə olunduğu açıq xəstəxananı bombardıman edirdi.

İl 2003 Amerikanın başçılığı və kapitalizmin idarəsi altında, islami dəyərlərə qənim kəsilmiş ölkələrin dəstəyi ilə İraq darmadağın edildi. 8ilin envanteri bir milyon yarım müsəlmanın qətli.

İl 2012 Fələstində İsrail zülmü hələ də davam edir. Demokratiya abidəsi kəsilmiş ölkələr, quruluşlar sadəcə qınayır. “Humanistlər” susur. Demokratlar, sağçılar, solçular, liberallar bir sözlə hamı susur. Susur çünki öldürülən müsəlmandır. Susur çünki öldürənlər özləridir.

Tək çarə, yeganə qurtuluş yolu sadəcə və sadəcə özümüz olmaqdadır. Nə qərbli kimi qərbli nə də şərqli kimi şərqli ola bilməyən bizlər özümüz olmadıqca, oryantalistliyə davam etdikcə məhv edilməyə məhkumuq. Bu günün “sultanları” haqqın önündə bir gün mütləq diz çökəcək. Nə qədər imkansız görünsə də  tarix imkansızların mümkün olduğunu bizə dəfələrlə göstərib. İçində olduğumuz acınacaqlı vəziyyətdən ürək yanqısı ilə bəzən də hərarətlə danışarkən bir şeyi də qulağımızda sırğa etməliyik. BÜTÜN FİZİKİ NƏTİCƏLƏRİN ARXASINDA MƏNƏVİ SƏBƏB VAR. Qəbul etsək də etməsək də!

15.03.2012 02:56