Gözü yaşlı müxalifət…(can nənə bir nağıl danış)


Can nənə bir nağıl danış. Divdən danış, canavardan danış, cırtdandan danış onsuzda öyrəşiblər nağıllar aləmində yaşamağa:)

Gəlin belə bir səhnə təsəvvür edək. Az yaşlıları bir yerə toplayıblar. Valideyinləri hədiyyələr gətirib ,bir nəfər əcnəbi də gəlib kiminə bahalı oyuncaq, kiminə şokalad, kiminə də konfet verir. Ancaq orda daha iki uşaq var ki nəinki hədiyyə vermək  heç üzlərinə də baxmırlar. Bu səhnədəki “yetimlər” mənə Azərbaycan müxalifətini xatırladır.

Belə bir şey yazmağa məni Müsavatda oxuduğum və doyunca güldüyüm mövzu sövq etdi. Sərf etmirəmsə belə yazılmışdı: “Müxalifət liderləri 2012ci ildə ölkədə dəyişiklik anonsunu verdilər”.

Fikrim bir anlıq Liviyaya getdi. Livoyanın yer altı sərvətlərinə sahib olmaq üçün qərb müxalifətə dəstək verdi. Daha doğrusu müxalifət ölkəsinin sərvətini sataraq hakimiyyətə gəldi. Məncə nə Fransa nə də başqa ölkələr sırf Liviyalılar demokratik ölkədə yaşasınlar deyə bomba yağdırmadılar. Geri gələk  Misirə. Müxalifət bir gündə milyonları meydanlara tökdü, gücünü sübut etdi.

İndi də eyni vəziyyət Suriyada yaranıb. Hakimiyyət xalqını güllə baran edir, loru dildə desək “minir”. Ancaq xalq müxalifət vəhdəti o qədər güclüdür ki, ölüm qorxusu da meydanlara axışmaqlarına mane olmur.

İndi gələk bizə. Bizim müxalifət liderləri demək olar hər gün toplaşıb bir qərar alırlar. Ürəyi sıxılan, evdə darıxan qaçır İPya. İllərdir gəlirlər, illərdir dəyişiklik edirlər amma nə işdirsə hələ də gəlib çıxa bilmirlər.

Yoxsa bizim yetimlər də qərbdən hədiyyə gözləyir?  Bir anlıq təsəvvür edək ki, müxalifət qərbin dəstəyi ilə gəldi hakimiyyətə. Qərb bunu atasının ehsanına edəcək bəyəm? Deməli bir şeyləri satmağa razı olmuş olacaqlar hələ taxta oturmadan.

Yox “biz xalqın dəstəyi ilə gələcəyik deyirlərsə” bu günə qədər, yada belə deyək son illərdə xalqdan nə qədər dəstək ala bilmisiniz? Xalqı həqiqətən təmsil gücünüz varmı?

Bilirəm hakimiyyətin təbliğat mexanizması güclüdür. Leqal, illeqal yollara baş vurmaqdan çəkinmir. Təbii ki ,bular da əsasdır. Ama Suriyada millət tankın qabağına azadlıq, daha doğrusu milli iradə naminə çıxırsa bizdəki vəziyyət onun yanında toya getməlidir.  Müxalifət liderləri hər dəfə az qaldı, gözləyin gəlirik, o dəfə alınmadı bu dəfə canımız üçün gəlirik dərəcəsində açıqlamalar verəndə baş barmağım istər istəməz sağındakı iki barmağmın arasına gedir.

Xoşuna gəlməyən oldusa barmağıma sahib çıxa bilərəm :)) news ,news, news, news, news  politic ,politic ,azerbaijan ,azerbaijan ,azerbaijan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma