Nə iqtidarın “şeyinəyik” nə də müxalifətin…


Fransa Dekabırın 22si Ermeni “soyqırımı” məsələsini yenidən gündəmə gətirərək qanuniləşdirmək və ölkədə qəbul etməyənləri cazalandırmaq niyyətndədir.

Bununla əlaqəli xarici mətbuatdan yox yerli mətbuatdan məlumat almaq istədim. Sırasıyla musavat.com, yeniazerbaycan.com, azadlıg.org, qaynar.info, qafqazinfo.org, lent.az saytlarına baxsam da heç bir məlumat əldə edə bilmədim.

Axı bizimkilər üçün millət, vətən hər zaman ikinci planda olub. Rafiq Tağının əti sümüyündən ayrılmağına baxmayaraq bizimkilər hələ də ordadır. Hələ bir ay Kİm Çen haqqında yazıb diktatorlardan bəhs edəcəklər. Hətta porno ulduz kim Qardaşyanın boşanma xəbəri də “Erməni” məsələsindən önəmli imiş. Haqlıdılar axı bizimkilər bu cür xəbərlərə önəm verirlər.

Heç bir siyasi partiya sədrinin münasibətini görə bilmədim. Bunlar xalqı təmsil etmək istəyirlər? Bunlardır xalqın təəssübünü çəkəəən?? Bəlkə bizim məsələmiz deyil, Türkiyənin məsələsidir deyib “arxaya atırlar”? Əgər elədirsə ermənistanla sərhədlərini açmaq istəyəndə nə yapışmışdıq Türkiyənin sinəsindən? Yox ele deyilsə onda niyə səssiz qalırsınız?

Bütün bunları gördükdən sonra bizdəki təfəkkürə nifrət edirəm. İnsanın “tüpürüm” deməyi gəlir. Bəzən fikirləşirəm ki guya bunlar gəlsə nə dəyişəcək?!  Hələ bu cür duyarsızlıqlarını gördükdən sonra indiki hakimiyyətlə heç bir fərqlərini görə bilmirəm. İqtidarın da “şeyinə” deyil, müxalifətində. 0=0 olduğuna görə hansı 0 olmağı önəmli deyil . 0 lara baxıb hayqırmaq isdəyirəm bəzən YAŞASIN YAP REJİMİ. ALLAH DAHA DA GÜCLƏRİNİ ARTIRSIN. ƏZƏ BİLMƏDİKLƏRİNİ ƏZMƏLƏRİ DİLƏKLƏRİ İLƏ. ÖLMƏLİ, ƏZİLMƏLİ, QÜRURU TAPDANMIŞ VƏ TAPDANMALI MİLLƏTİK. İmza: Vətəndaş

Advertisements
namiqoglu tərəfindən gündelik kateqoriyasında dərc edildi

Nə iqtidarın “şeyinəyik” nə də müxalifətin…” üzərində 2 şərh

  1. ***ŞAKİR ULUBƏYLİ. MƏN. ATƏŞ.***
    NÖVBƏTİ KİMDİR. (102)
    RAFİQ TAĞIDAN SONRA NÖVBƏ MƏNİMDİR,SONRA SƏNİN,SONRA HAMININ.BU QANUNSUZLUĞA DUR DEMƏYİNCƏ,BU EDAM KÖTÜYÜ BAŞ KƏSƏCƏK. KİM HƏQİQƏT HAQQINDA DÜŞÜNÜRSƏ O SUSDURULMALIDIR.O DANIŞSA ÇOX MƏTLƏRƏBLƏRİ AÇIQLAYA BİLƏR.
    Cəmiyyətin meyarları oğru qanunlarının əsasında formalaşsaydı,orda ədalətə və və ziyalıya hökmən hörmət olmalıyıdı.Burda hətda normal oğru qanunları işləmir.Kim necə istərirsə,kimin kimdən xoşu gəlmirsə,onu ölümə məhkum edir.Məhkəmələr cinayətin deyil,onun törədnin kimliyini nəzərə alır.
    Bu fəlakətin tam mərkəzindəyik deməkdir.İstənilən cəmiyyət, hətda diktatura rejimlərində belə bir sistem hökm sürür.Yoxsa ona diktatura rejimi demək olmazdı.Diktator cəmiyyətə öz meyalarını tətbiq edir.Hər bir fəaliyyət onun istəyinə uyğun olmalıdır.
    İndi o da yoxdur.Meyarlar tamam itib. Ziyalı ən hörmətsiz,ən ləyaqətsiz hətda deyərdim ki,düşmənə bənzədilməyə başlanmışdır.
    Manat ,dollar,evro ilə ölçülür,əxalq,namus,qeyrət. Hətda elmilik də pul ilə satılır. Ziyalı olmaq üçün rüşvət verməlisən. Məclisdə daha çox sərvəti olan,başda əyləşdirilir,hamı onun başına yığışıb,bəlkə bir iş tapdım,övladıma bəlkə bir çörək pulu yeri düzəltdim.
    Ziyalıya ehtiyac yoxdur.Çünki süni meyarlar gətirib hakmiyyət bizm vəmiyyətə. Özləri yaradıblar,öz səviyyələrinə uyğun,öz əxlaqlarına uyğun. Elm adamına,ziyalıya,vətən və millət təəssübkeşinə artıq rişxəndlə baxanlar var. Hətda belə misallar çəkirlər,onun ağlı olsaydı,kasıb olmazdı.
    Bu hakimiyyət formalaşdırır bu fikirləri.Fahişə,namuslu qadına deyir ki,ağlın yoxdur, kəsmisən ərinin dizinin yanın,bir dəfə mənimlə Dubaya gedib gəlsəydin,kasıbçılığın daşın atardınız,ərində bəy kimi yaşayardı.
    Arvadı Dubayda mundar ətini satıb,ərini bəy eliyəcəkmiş.
    O kameta kı,bu yaxınlarda,yer kürəsinə ən yaxın məsafədən keçmişdi,o kameta yəqin ki,Azərbaycana düşmək üçün gəlmişdir. Çünki göylər də götürmür bu əxlaqsızlığı,bu şərəfsizliyi.
    Torpağı işğal olunmuş,üstündən 18 il vaxt keçmiş,onu geri almağa cürəti çatmayan hakmiyyət,özünü regionun lider dövləti hesab edir,analoqu olmayan inkişafdan danışır
    Min illik əsarətdə öz ləıyaqətini qoruyan millət,ən ağır təcavüzə məruz qalıb,kişilər də çıxılmaz vəziyyətdədir.Cəmiyyətdə bir psixozluq hökm sürməkdədir. Dərs kitabından oxuduğu ilə,sinifdə baş verənlərin bir-birinin əksi olduğunu görən gənc nəsil şüurən intihar edir.
    Azərbaycan cəmiyyəti kütləvi intihara sürüklənir.Qanunlar ədaləti deyil,ədalətsizliyi müdafiə edir,oğrular deyil,doğrular ittiham olunur.
    TANRI BİZİ YENİDƏN YARATMAQ HAQQINDA DÜŞÜNÜR,YARTMAQDAN QABAQ BİZİ ÖLDÜRMƏLİDİR.HAZIR OLUN.

  2. Dediyin kimi qarşaşım, ne bu deqiyqeki hökümet hökümetdi, ne de bu diktatorun yerine gelecey müxalifetden bir şey olmaz. Keçen defe kim qardaşyanın boşanma xeberlerini yazmayan Azerbaycan qazeti ve göstermeyen televiziya programı qalmadı amma gel gör ki hardasa her ay Bakıda diktaturiyaya qarşı defelerle mitingler olub amma bunların heç birisini ne qazetlerimiz ne de televiziya proglarmlarımız heç birisi bunu Xalqa çatdırmadılar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma