Səltənət-i Süleymaniyyə və ya Metro-i Tağı :))
Mən öldüm yağı gəldi
İlanın ağı gəldi
Minənlər düşdü getdi
İndi də Tağı gəldi
Əzizim dağım mənim
Baxçam , bağım mənim
Yenə “qoydu” millətə
5 qəpik Tağım mənim
**
Əzizinəm barama
Duzu səpdin yarama
Yedin qarnın doymadı
Barı dibin yalama
**
Mən öldüm yağı gəldi
İlanın ağı gəldi
Minənlər düşdü getdi
İndi də Tağı gəldi
**
Əzizinəm dayanma,
At peysərə dayanma
Tağı soysun cibini
Yat balam yat oyanma
**
Əzizinəm can qurban
Damarımda qan qurban
Alırsan barı çox al
Bu nədir papan qurban
**
Əzizim mənə lazım
Sənə yox mənə lazım
Keçən il artırmışam
Bu ili yenə lazım
**
Nənəm a nazlı tağı
Qaymağı duzlu tağı
Qoymadı sütün sağam
Boynu boğazlı tağı.