Gecə söhbəti…


Bəzən tanıdığım insanlarla söhbət edərkən sıxılıram. Bəzən tanımadığım bir insanın hər hansı bir hərəkəti mənə o qədər ləzzət edir ki, gedib əllərini sıxmaq, təşəkkür etmək istəyirəm.

Bəzən hər şeyə əsəbləşirəm ancaq heç də özümə haq vermirəm hər səfərində. Bilirəm ki, əslində sadəcə mən yoxam. Məndən başqa mənim kimi yüzlərləsi var hər gün ətrafımda hərəkət edən.

Insanların davranışları da bəzən məni əsəbləşdirir. Ancaq bilirəm ki, insanlar eyni deyil, olmayıb , olmayacaqlar da. Yüz il əvvəl də bu cür olub min il əvvəl də. Ancaq inanmıram ki yüz il sonra da belə olsun. Dünyada demirəm elə bizim kiçik məhəlləmizdə- Azərbaycanda deyirəm.

Məhəllə ona görə deyirəm ki artıq dünya o qədər kiçilib ki 17inç kompüter ekranına sığır. Həyatdan küsənləri  başa düşmək olar, oğruları da.

Bəlkə də evdə xəstə anası acından ölməsin deyə oğurluq edib. Həbsdəkini də başa düşmək olar bəlkə də elə anası üçün taxtadan olan kiçik dükandan çörək oğurlayan həmin cırıq şalvarlı uşaqdır o.

Bəzən fahişəni də başa düşmək olar. Qumarbaz atası axırıncı dəfə oyuna 14yaşlı qızını qoyub, uduzub. Namusu ləkələnən o gənc qıza heç kəs arxa olmayıb o da balığın yeri dəryadır deyib suya atılıb.

Yalançıları da, hiyləgərləri də bəzən başa düşmək olar. Başa düşmək olar deyəndə ki, mən bəzən anlayış göstərirəm. Heç vaxt küçə kənarındakı fahişəyə fahişə, bardakı gecə qızlarına bar qızı deyib üzlərinə tüpürmərəm. Bəlkə də oların  orda olma səbəbələri elə bir vaxtlar üzlərinə bahar yağışı kimi yağan tüpürüklər, söyüşlər olub. Heç kəs anadan oğru, yalançı,quldur….doğulmayır. Biz oları vadar edirik, siz edirsiniz.

Ancaq cəmiyyəti cəngəlliklə, insanı heyvanla, evdə atasının yolunu gözləyən anasını küçədəki fahişə ilə eyniləşdirən ancaq yeri gələndə qəbul etməyənləri qəbul etməmişəm, edə bilmirəm yəqin ki, başıma inşaatdan daş düşüb beyin funksiyalarıma təsir etməzsə etməyəcəm.

Buyurub qulaq asaq cəmiyyətin ən qalın meşəliyindən gəlmiş “heyvanlara”.

  1. Biz azadıq. Insan azaddır. Fikir azaddır.

Cavab: bəli azadıq. Məsələn yatağında istəyər şortiklə yatarsan, istəyər lüt yatarsan. Bunun varsa arvadın xaric heç kimə dəxli yoxdur. Ancaq cəmiyyət içinə lüt çıxa bilməzsən. Niyə? Çünki inanmıram ki heyvandan da heyvan ola bilərsən. Axı it quyruğu ilə ….nün üstünü örtüüüür… insan azaddır tammı ilə haqlısınız. Istər hüquqi istərsə də vicdan normaları çərçivəsində azaddır. Yox? Bəs nə oldu demokratiya deyirdiniz? Şərt : ikinci şəxsin azadlığı mevzu bahissə sənin azadlığın məhdudlaşdırılır. Qısası sənin mənim rahatlığımı pozmağa haqqın yoxdur. Əks halda fiziki güc aktivləşər qarşısındakı maneəni dəf edər.

  1. Hər kəs istədiyi hər şeyi etməlidir. Daha doğrusu edə bilməlidir.

Xahiş edirəm məndən bir az aralı dur. Birinci ona görə ki sənin hansı cinsin nümanyəndəsi olduğunu sabahdan fikirləşirəm ancaq tapa bilimirəm ki bilmirəm. Niyə? Axı sən istəsən ….rə də bilərsən digər həmcinsinə? Ikincisi sən el arasında deyildiyi kimi peysərsən. Niyə? Çünki sən sevgilini, arvadını, ananı, bacını mənimlə bir yataqda həm də sənin öz yatağında tutsan “bağışlayın, narahat etdimsə üzr istəyirəm. əzizim zəhmət olmasa axşam evə gəlmə mənim dostumun sevgilisi gələcək mənə” deyib gedəcəksən. Mən sənin kimisinə on metrdən artıq yaxınlaşa bilmərəm çünki sən BİNAMUSSAN, BİQEYRƏTSƏN!, mənimdə allergiyam var sənin kimilərə qarşı. Nədir niyə üstümə höccələnirsən?  Sənin kimilərinə daha mədəni, daha müasir ad tapa bilmirəm axı. Dediklərim də sadəcə sizin arqolaşmış və sözlə ifadə edilmiş halınızdır. Bir dəqiqə qoy bir fikirləşim bəlkə bir şey tapdım.

Peysər necədir olar?

………………..

Bunu da bəyənmirsən? Eyy mən nə edim ki sən bundansan da. Qaranquşa bayquş deyə bilmərəm ki? Çoxdaki ikisi də QUŞdur.

Aaa bir dəqiqə sən niyə inciyirsən ey məndən? Axı heyvanlarda bu cür reaksiyalar bu dərəcədə görünmür. Bəzən iti döyəndə küsüb gedir. Sənsə heç itə də oxşamırsan. Bəlkə itsən?

Həəə tapdım sən itsən. Axı olarda zibilliklərdə istədikləri kimi veyillənir, istədikləri vaxt istədikləri yerdə hətta bəzən onlarla itin arasında dişisinə sahib olub ehtiyyacını görür.

Yenə razı deyilsən?

……………………..

Düz edirsən axı it  sürünü güdməkdə çobana kömək edir. Evi oğrulardan qoruyur. Yediyi bir parça sümüyün əvəzini ömrü boyu ödəməyə, halala çıxartmağa çalışır. Sizlərsə məl”un ehyvancıqlar heç birdəyəriniz yoxdur. Dəyər vermədiyiniz kimi zibillikdə çöp eşələyən itlər kimi özünüz özünüzə təskinlik verirsiniz.

DƏRSİN SONU!!!!

17.09.20111:02

2011ci ildə evimizdə son gecə.

namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Gecə söhbəti…” üzərində bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma