Millətçilik yoxsa irqçilik…?


İrqçi hücumlar Türklərə yönəldi“Ne mutlu Türküm deyənə” bu sözdə yetərincə millət xalq, sevgisini görmək mümkündür. Ancaq milləti “ucaltmaq” ruhundan tamamile uzaq olduğu açıq aşkar ortadadır
Bir insanın iki boyutu vardır biri millət, digəri isə ait olduğu din boyutudur.Bu iki boyutdan soyutlanmaq qətiyyən mümkün deyil.Bəziləri kimi millətini dansa da qəbul etməsə də ən azından genetik olaraq o millətdən bir fərddir.Yazımın məğzi bu deyil düşüncəmin əsas mərkəzində duran milliyətçiliyin və irqçiliyin eyni olmadığı ,təəssüflə də desəm artıq miliyetçilik yön deyişdirərək irqçilik boyutuna keçmək üzərə olduğunu yazmaqdır.Milliyyətçilik ve irqçilik əslində tamamilə əks qütblü yoldur.


Bu fikri daha da ireli götürsek, milliyeətçilikə ülkücülüyün eyni yol, düşüncə, ideologiya olmadığını görərik.Ülkücülük bir davadır, bir ideologiyadır.O zaman ülkücülük nədir sualının cavabı-İslam nurunu Türkün eli ile yüksəltmektir.Ancaq bir Fransız, alman da milliyetçi ola bilər ancaq ülkücü ola bilmez.Ülkücülük sadece Türkçülükle İslamın vəhdətindən doğar.
Günümüzde bütün ideologiyalarda olduğu kimi “ülkücülük”də də qopuqluq, yol deyişmələr baş verməkdədir.Əslinde bu Alparslan Türkeşin ölümünden sonra meydana gəlmiş bir vəziyyətdir. İnsanların əllərindeki gücü gördükdən sonra əvvəlki kimi davalarına xidmət etmələri olağanüstü səmimiyyət isdəyir.Təbii ki bu gücün təsiri ilə “ülkücül” hərəkat qismən yol dəyişdirmiş vəziyyətdədir(Əlbəttə istsnalar hər zaman vardır).Təbii ki yenə də öz davasına sahib çıxan, yolunda can qoymağa hazır olan ülkücülər  az deyil. Ancaq bu bir həqiqətdir ki Türkeş zamanından sonra görüş fərqililikləri başlamış , bir qrup həqiqi ,öz davanı-Türk İslam birliyi davasını müdafiə edərkən, digər qrup isə sadəcə milliyət boyutundan məsələyə yaxınlaşmış bunun da nəticəsi olaraq Türk İslam birliyini müdafiə edən Nizam-i Alem yolu yaranmışdır.Bu milletin din boyutunu, hem de ruhuna qeder işlemiş , bütünleşmiş qismini yoxa saymaq qeyri mümkündür.Milliyetçi dedikde ise milletini, vetenini seven her kes milliyetçidir.Bir insanın milliyetçi olması üçün milliyet faktoru bes edir fikrimcə.Ancaq en dehşetlisi odur ki bezen milliyetçilik irqçilik seviyyesine qədər gətirilir.İrqçiliyin ənbariz nümunəsi Hitler almaniyası idi ki bunun da adı “Faşizm”, faşistlikdir.Bir Türk faşist deyil olmamışdır.Millətimizi,xalqımızı sevəcəyik bu qeyri şərtsiz insanlıq borcumuzdur.Ancaq irqçilik, kafatasçılık etməyəcəyik.İrqçi Türk qardaşlarıma bir sualım var.Türkün farsdan, ingilisden,erebden,yunandan ne üstünlüyü var ki bu qədər fövqaladələşdirirsiniz?

Biyoloji cəhətdən? – Tamamile eyniyik, insan əhliyik.
Tarixi cəhətdən? – Bizim Hun imperiyamız, Səfəvimiz , Osmanlımız, Teymurilərimiz olduğu kimi onlarında Bizansları, Xilafətləri, Əhəmənileri…ve.s olub.
Bəlkə din? – Deyəsən əsas məsələyə gəldik. Türklər bəli ulu, nəcib, qorxmaz, mərd millətdir. Ancaq bizi tarix boyu yücələşdirən İslam olub. Atalarımız Səlcuqlu zamanında İslama sarılaraq bu mədəniyyəti buralara qədər gıtiriblər. Osmanlı İslam qanunları ilə üç qitəyə sahib, dünyanın en uzun ömürlü dövləti olub.(Osmanlı sadəcə dini müdafiə edirdi millət adına heç ne etməyib deyənlərə: Girdikləri ölkələrin bütün tarixi sənədlərində demek olar “Türklər üstümüzə gəlir”, “gələnlər türklərdir” kimi sözlər yer almaqdadır.İkincisi ise üç qiteni bir arada əldə tutmaq milliyətçiliklə mümkün deyildi. Tarixi tecrübələrlə de sabitdir). Türklərin böyüklüyünün arxasında hər zaman din faktoru olub.Tarixə nəzər salsaq görərik ki, ikimin ildir imperiyalar, dövlətlər quran Türkler heç vaxt irqçilik etməyiblər.İrqçilik düşüncəsi şərq toplumuna aid deyil.İrqçilik ilk dəfə qərb tərəfindən ortaya atılıb.Türklər qurduqları dövlətlərdə qeyri türkləri də dövlətin əsas idarə mərkəzlərinə gətiriblər. Hətta Xəzər Türkləriylə birlikdə yaşayan ferqli din mensublarının özlerinə aid məhkəmələri  vardı.

Zənnimcə Jean Paul Pouksun sözleri bu meseleye bir az da açıqlıq getirecek.Paul: “Türkler dünyada en geniş eraziye yayılmalarına, çoxlu imperiyalar qurmalarına baxmayaraq yox etdikleri, rədd etdikləri heç bir medeniyyet yoxdur…”
İrqçilik ilk defe Aropada ortaya çıxmış 1789cu ilde Fransız devrimi ile daha da derinleşmişdir.Bizlerin öz şanlı tariximizi örnek alacağımıza qərb irqçiliyinə meyl etmeyimiz olduqca acınacaqlı bir vəziyyətdir.Hele 21ci əsrdə irqçilik bizi yerimizdə saydırmaqdan, inkişafdan tamamilə kənara atmaqdan başqa bir işə yaramaz.Qısası buyurun xəritə başına keçin-Türk dünyasının ne vəziyyətdə olduğunu özünüz görün(isdər geopolitik olsun,isder iqdisadi).
Yenə də sözümü Peyğəmbərimizin (s.a.s) sözüylə-“Bir ərəbin qeyri ərəbə,qeyri ərəbin də ərəbə heç bir üstünlüyü yoxdur.Üstünlük ancaq takvadadır”.Axı deyəsən biz də müsəlmanıq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma