Hakimiyyətə daha çox kim layiqdir?



İqtidar, kürsü, hakimiyyet, hegemonluq kimi sözler heyatımızın bir parçasına çevrilib .Nece deyerler ömür yoldaşımız olublar.
Zaman zaman atanı oğul,oğulu ata qatiline çeviren, qardaşı qardaşa düşmen eden, müharibelere, dağıntılara, bezen de birliye beraberliye sebeb olan bu meqama mertebeye göresen daha çox kim layiqdir?

Fikrimi bir az daha somutlaşdırsam hansı xüsusiyyetlere sahib şexsler ‘ora’ daha çox layiqdir.
Hakimiyyet, kreslo davası eger xalq, millet, milli menafe, din, inanç namine deyilse o dava zülmden başqa bir şey deyildir.

Xalqımı temsil eden şexs milletimin derdini öz derdi, davasını öz davası kimi qebul edib, xalqın acısını üreyinde hiss etmirse ‘O’ şexs milletimi temsil etmir, ede de bilmez.Menim xalqımın başındakı şexs parçalayıcı deyil birleşdirici olmalı,sömüren deyil xalqı üçün yaşayan biri olmalıdır,ezen deyil ezilenin yanında olmalıdır.Bayrağı, milleti, torpağı namine sözünü demeyi bacaran,lazım gelende zülme dur demeyi bilen biri olmalıdır.Belke de menim xeyalımda canlandırdığım xalqımın ‘ağ atlı oğlanı’nı oxuyarken güleceksiniz ancaq menim müselman-türk xalqım buna layiqdir.menim xalqımın temsilcisi haqq ve haqqaniyetin temsilcisi olmalıdır.Yurdumun en ucqar guşesinde sıxıntı çeken Türk oğlu türk varsa onun derdi ile dertlenmelidir.Bu meqamda Xelifei
Raşidundan Hz Ömeri yada salmaq lap yerine düşer:
Hz.Ömer deyerdi: Hetda Ferat sahilinde bir quzunu qurd yese onun hesabını Ömerden soruşacaqlar.
Ucsuz bucaqsız bir memleketin en ucqar yerinde baş verenden Ömer özünü sorumlu tuturdusa 86.6 min kv.km Azerbaycanımın her qarışından cavab verecekler…
Partiyasından, hakimiyetinden asılı olmayaraq hakimiyetin tek sahibinin xalq olduğu unudulmamalıdır.Kreslo Türk qardaşlarımızın dediyi kimi amaç yox arac olmalıdır.Xalqa xidmet etmek üçün vasite olaraq görülmelidir.Xalqın serveti özününküleşdirilmemeli, heç bir halda xalq ikinci plana qoyulmamalıdır.Bir şeyi yaddan çıxartmamaq lazımdır-şah qanun deyil qanun şahdır.Qanunu sadece qara millete aid edib şahı qanun edenlere tövsiyem çevrilib tarixe baxsınlar.Qol gücü ile dünyanın en gülcü imperiyaları hetda ayaqda dura bilmeyib.Ancaq bir şeyi de bilirem ki qanı qanından olmayan qandaşını düşünmez.
Ancaq yaddan çıxartmamalıyıq ki bu dünyanın o biri terefi de var.Bu qeder inasanın haqqını nece vereceklerini düşündükce men özüm qorxudan titreyirem.Göresen düşünmürler bunu? Sualma cavab  Islam Xəlifəsinin (Bəziləri bunu Hz Əliyə, bəziləridə Hz. Ömərə aid edirlər) həyatından gelir:
Bir gün sahabi-kiramdan biri Islam xəlifəsini ziyarətə gəlir ziyarete gedir. Xəlifə o an xalqı qebul edir şikayetlerini dinleyirmiş.Otaq qaranlıq olduğundan Xəlifə şam işığında gelenleri qebul edir.Sıra sahabi efendimize çatır. Xəlifə gelişinin sebebini soruşur.Sahabi Xəlifə üçün darıxdığını onu görmek istediyini deyince İslam Xəlifəsi celd şamı söndürür,başqa bir şam yandırır.Sahabi efendimiz bunun sebebini soruçduğunda  Xəlifə- evvelki şamı dövletin pulu ile almışdım onun işığında xalqı qebul edirdim.Ancaq sen meni görmek üçün gelmisen men seni dövletin pulu ile aldığım şam işığında qebul ede bilmezdim.Onu söndürüb öz pulumla aldığım şamı yandırdım.
Ancaq üzümü xalqıma tutub deyirem: Unutmayın ki siz necesinizse sizi yönetenler de eledirler-sözünü qulağınıza küpe edin.


Advertisements
namiqoglu tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma