seks və müasirlik 2.

Kitablardan əlini çək, müasirlik başqa şeydir

Oxumaqla adam olmur qurban sənə.

Tərbiyyə zad boş söhbətdir

Yalan demiş atan sənə.

Mən anlatım sən də öyrən “gədələrin” niyyətini

Cücə gəlib ban öyrədir xoruzlara

Vurun, söyün hər nə desəz az qalacaq domuzlara

Keçək mətnin əsasına

“Nə deyəsən beləsinə

Debil deyir dədəsinə

Bəyənməyir tərbiyyəni

Sən demə “əxlaq” nağılmış

Bar qızları müasirmiş

Bakirələr dalda qalmış.

İçməyən qız, çəkməyən qız

On beşində yatmayan qız

Cahil imiş.

Tupoy imiş ar namusdan danışanlar

Qanmaz imiş Allahına inananlar

Streotipmiş bakirəlik, qırmaq lazım

Müasir ər olmaq üçün, açılan qız almaq lazım

Söyüş söymək  qızlar üçün adi halmış

Söyməyənlər əməllicə dalda qalmış

Öz şeyinin ölçüsündən yazmaq-əsl hünər budur

Cəmiyyətə əsəbləşmək, qızmaq-əsil hünər budur.”

Mən gülürəm sən də qoşul

Birgə gülək tarzanlara

Məzələnək, mırta qoyaq yazmaq üçün yazanlara.

28.04.12